"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova

"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə Akimova"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində milli iradənin, dövlətçilik əzminin və tarixi ədalətin təntənəsi kimi əbədi yaşayacaq. Bu, yalnız 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbə deyil, onilliklər boyu davam edən torpaq həsrətinin sona çatması, milli ləyaqətimizin bərpası və Azərbaycanın öz taleyini özü müəyyənləşdirən qüdrətli dövlət olduğunu dünyaya nümayiş etdirməsidir". Bu fikirləri Sonxeber.az-a açıqlamasında millət vəkili Elnarə Akimova bildirib.
"Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu" - millət vəkili Elnarə AkimovaOnun sözlərinə görə, Zəfərin tarixi əhəmiyyəti onun hərbi nəticələri ilə məhdudlaşmır: "Bu qələbə xalqımızın yaddaşında dərin iz qoymuş işğal və məcburi köçkünlük faciəsinə son qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq mövqelərini, milli özünəinamını və gələcək inkişaf perspektivlərini də əsaslı şəkildə dəyişdi. Azərbaycan sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və milli birlik sayəsində ən mürəkkəb tarixi vəzifələri belə həyata keçirmək mümkündür. Bu tarixi nəticənin əldə olunmasında Müzəffər Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və strateji rəhbərliyi həlledici rol oynadı. Onun rəhbərliyi ilə uzun illər ərzində ölkənin iqtisadi potensialı artırıldı, beynəlxalq mövqeləri möhkəmləndirildi, müasir ordu quruculuğu həyata keçirildi. Bütün bu istiqamətlər vahid məqsədə - Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına xidmət edirdi. Prezident İlham Əliyev işğal problemini milli təhlükəsizlik və dövlət suverenliyi məsələsi kimi daim diqqət mərkəzində saxlayaraq ardıcıl və prinsipial siyasət həyata keçirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi həmin siyasətin tarixi nəticəsini ortaya qoydu. 44 gün ərzində Azərbaycan Ordusu böyük qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdi. Bu qələbədə Ali Baş Komandanın qətiyyətli rəhbərliyi, hərbçilərimizin şücaəti və xalqımızın misilsiz həmrəyliyi həlledici amillər oldu. İlham Əliyevin müharibə dövründə beynəlxalq media qarşısında nümayiş etdirdiyi prinsipial mövqe isə Azərbaycanın haqq mübarizəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdırdı, informasiya mübarizəsində ölkəmizin mövqelərini gücləndirdi.

Şuşanın azad edilməsi Zəfərin həm hərbi, həm də mənəvi zirvəsi oldu. Azərbaycanın mədəniyyət paytaxtının azadlığı milli kimliyimizin, tarixi yaddaşımızın və mənəvi bütövlüyümüzün bərpası baxımından müstəsna əhəmiyyət daşıyırdı. Zəfər prosesi 2020-ci illə yekunlaşmadı. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Beləliklə, ölkəmiz ərazi bütövlüyünü və suverenliyini təmin edərək müasir dövlətçilik tarixinin ən mühüm strateji məqsədinə nail oldu. Bu, Prezident İlham Əliyevin ardıcıl və prinsipial siyasətinin məntiqi nəticəsi idi.

Bu gün qələbəmizin real bəhrələri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində, Böyük Qayıdış proqramının icrasında özünü göstərir. Yenidən qurulan şəhər və kəndlər, müasir infrastruktur, açılan məktəblər, fəaliyyətə başlayan Qarabağ Universiteti Qarabağın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Doğma yurdlarına qayıdan ailələr Zəfərin ən böyük mənəvi nəticəsinin - torpaqlarımızda həyatın yenidən canlanmasının canlı təcəssümüdür. Bu qələbənin arxasında minlərlə şəhidimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı dayanır. Ona görə də Zəfər Günü həm böyük qürur, həm də şəhidlərimizin əziz xatirəsi qarşısında məsuliyyət günüdür. Onların fədakarlığını yaşatmaq, qazilərimizə və şəhid ailələrinə qayğı göstərmək dövlətin və cəmiyyətin mənəvi borcudur.

Zəfər tarixini Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən ayrı təsəvvür etmək mümkün deyil. Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm dövlətçilik təməllərini yaratdı, milli maraqlara əsaslanan inkişaf strategiyasını müəyyənləşdirdi. İlham Əliyev isə bu siyasi kursu davam etdirərək ölkəmizin hərbi, iqtisadi və diplomatik gücünü artırdı, həmin strateji xətti tarixi qələbəyə çevirdi. Bu, dövlətçilikdə varisliyin və siyasi ardıcıllığın parlaq nümunəsidir.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifə əldə edilmiş Zəfəri davamlı inkişaf, iqtisadi qüdrət, sosial rifah və regionda dayanıqlı sülhlə möhkəmləndirməkdir. Azərbaycan öz suverenliyini təmin etmiş, regionda yeni reallıqlar yaratmış dövlətdir. Bundan sonrakı mərhələdə də milli maraqların qorunması və sülhün beynəlxalq hüquqa hörmət əsasında təmin edilməsi əsas prioritetlərimiz olaraq qalmalıdır. 8 Noyabr bir daha təsdiqləyir ki, milli birlik, güclü dövlət və qətiyyətli liderlik xalqı tarixi qələbələrə aparan əsas amillərdir. Zəfər Azərbaycanın öz gücünə inamının, milli ləyaqətinin və dövlətçilik əzminin əbədi rəmzidir. Bu qələbə tariximizə yazılıb, onun qorunması və gələcək nəsillərə ötürülməsi isə hər birimizin məsuliyyətidir".

Müəllif: İlkin Məmmədkərimov


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 345   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. "Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:. "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab İlham Əliyevə. Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altınd

7 noyabr
.

Prezident Ağdama getdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub. "Qafqazinfo" xəbər verir ki, səhiyyə naziri Anar Bayramov dövlətimizin başçısına inşaat işlərinin gedişi ilə bağlı məlumat verib. Bildirilib ki, ümumi sahəsi 6 hektarda

7 noyabr
.

Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir"

"Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevi

5 noyabr
.

XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz"

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir". xəbə

7 noyabr
.

"Zəfər Gününün noyabrın 8-də qeyd olunması təsadüfi deyil" - millət vəkili Pərvanə Vəliyeva

8 Noyabr - Zəfər Günü milli birliyimizin, sarsılmaz iradəmizin, Vətən sevgimizin və dövlətimizin qüdrətinin təntənəsini özündə əks etdirən möhtəşəm tarixi gün və Azərbaycan dövlətinin hərbi-siyasi gücünü, Azərbaycan Ordusunun döyüş qabiliyyətini, xalqımızın milli həmrəyliyini və Vətən uğrunda fədakarlığın

7 noyabr
.

Müstəqil dövlətin Konstitusiya günüdür

1995-ci il noyabrın 12-də Azərbaycan xalqı referendum yolu ilə öz dövlətinin Əsas Qanununu - Konstitusiyasını qəbul etdi. Bu Konstitusiya müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ilk Milli Konstitusiyasıdır. "Konstitusiya" latın sözü olub quruluş, təsisat mənası verir. Dövlətin al

6 noyabr
.

İlham Əliyev brazilyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev brazilyalı həmkarı Luiz İnasio Lula da Silvanı təbrik edib. Qaynarinfo xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan Braziliya ilə dostlu

5 noyabr
.

Prezidentdən atmosfer havasının çirklənməsinə qarşı mübarizə ilə bağlı sərəncam

Prezident İlham Əliyev Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadən xəbər verir. Sərəncam atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, hava çirklənməsinin insan sağlamlığına və ətraf mühitə mənf

4 noyabr
.

Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb

Azərbaycan mədəniyyət ictimaiyyəti Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb. -a istinadən təbrik mətnini təqdim edir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası

7 noyabr