"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, "Ferrari" rəhbərliyi pilotlar arasında mövcud bərabərliyi dəyişməyi planlaşdırmır. Komandanın rəhbəri Frederik Vassyör həm Hemiltona, həm də Leklerə eyni münasibətin göstərilməsini nəzərdə tutan mövqeyini qoruyur.
Lakin yeddiqat dünya çempionu bununla razı deyil. Hemilton mövsümün əvvəlindən şəxsi sıralamada Lekleri qabaqlamasının komanda qərarlarında ona daha çox üstünlük verilməsi üçün əsas yaratdığını düşünür.
Britaniyalı pilotun Leklerin komanda yoldaşlarına qarşı aqressiv davranması ilə bağlı açıqlamaları vəziyyəti daha da gərginləşdirib. Nəşrin yazdığına görə, Vassyör bu məsələyə müdaxilə etməyə məcbur qalıb.
Bundan başqa, "Ferrari"nin prezidenti Con Elkann və digər rəhbər şəxslər Həmiltonun komanda yoldaşı barədə ictimai açıqlamalarından narazı qalıblar.
Nəşrin məlumatına görə, rəhbərlik xüsusilə bu açıqlamaların komandanın nüfuzuna vura biləcəyi zərər narahat edir. Vassyörün mövqeyi isə belədir: əvvəlcə "Ferrari", daha sonra pilotların şəxsi maraqları.
Nəşr hesab edir ki, Hemiltonun Leklerlə qarşıdurmanı ictimai müstəviyə daşımaqda davam etməsi onun komanda daxilindəki mövqeyinə mənfi təsir göstərə bilər.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 93 Tarix: 07 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sabah" Zinəddinlə yollarını ayırdı
"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. "Qafqazinfo" xəbər verir ki, yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, 26 yaşlı futbolçu 2025-ci ildən komandada çıxış edirdi
6 noyabrİslam ikiqat Avropa çempionudur!
Azərbaycanlı cüdoçu İslam Rəhimov İtaliyada keçirilən yarışda qızıl medal qazanıb. "Qafqazinfo" xəbər verir ki, bu haqda Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, idmançımız finalda Niderland təmsilçisi Yoxem van Harteni ipponla məğlub edərək ikinci dəfə Avropa çempionu olub
30 oktyabr"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu
"Fənərbaxça"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. "Qafqazinfo" xəbər verir ki, İstanbul klubunu portuqaliyalı mütəxəssis Sergio Konseysao çalışdıracaq. Türkiyə mətbuatının məlumatına görə, onun bu gün İstanbula gələcəyi gözlənilir. Qeyd edək ki, bir neçə gün öncə "Fənərbaxça"nı
2 noyabr4 güləşçimiz DÇ-də mübarizəyə başlayır
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında mübarizəyə start verəcək. "Qafqazinfo" xəbər verir ki, 1/16 finalda İslam Bazarqanov (57 kq) hindistanlı Rahul Rahulla, Turan Bayramov (74 kq) isə gürcüstanlı Giorgi Elbakidze ilə üz-üz
31 oktyabrBu gün 3 güləşçimiz DÇ-də mübarizəyə başlayacaq
Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulacaq. 59 kq çəki dərəcəsində yarışan Ruzanna Məmmədov təsnifat mərhələsində yaponiyalı Natsuki Yamaquçi ilə qarşılaşacaq. Sərbəs
29 oktyabr"Real Madrid" Yaponiya millisinin qapıçısını izləyir
"Real Madrid" klubu İngiltərənin "Aston Villa" komandasında çıxış edən yaponiyalı qapıçı Zion Suzukiyə maraq göstərir. "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 24 yaşlı qolkiperin çıxışını yaxından izləyir və onu qapıçı mövqeyinin uzunmüddətli perspektiv
7 noyabr