FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştirak ediblər.

Tədbir çərçivəsində Zəfər Gününə həsr edilmiş videoçarx nümayiş olunub.

Kəmaləddin Heydərov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edərək bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə və 2023-cü ildə keçirilmiş antiterror tədbirləri Azərbaycanın gücünü, qüdrətini və xalqımızın birliyini bütün dünyaya nümayiş etdirib.

Nazir bildirib ki, ötən əsrin 80-ci illərinin sonlarında Ulu Öndərin ölkə rəhbərliyində olmadığı zamanı tarixi fürsət bilən Ermənistanın millətçi dairələri Azərbaycana qarşı açıq formada əsassız ərazi iddialarına başladılar:

"Bundan sonra Ermənistandan azərbaycanlıların kütləvi deportasiyası, separatçılıq meyillərinin güclənməsi, Sumqayıt hadisələri və digər terrorçu əməllər ölkəmizi ağır vəziyyətə saldı. Həmin vaxt ölkədə hakimiyyət uğrunda mübarizə, xaos və anarxiya şəraitində Azərbaycan dövlət müstəqilliyini itirmək, qardaş qırğını və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Məhz belə bir məqamda xalq öz Xilaskarı Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddətdə ictimai-siyasi sabitliyi təmin etdi, parçalanmaq təhlükəsində olan ölkəmizi davamlı inkişaf yoluna çıxardı. Qarabağ probleminin həllini dövlət siyasətinin başlıca prioritetlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider beynəlxalq müstəvidə Azərbaycanın haqlı mövqeyinin müdafiəsi, xalqın milli birliyinin və mübarizə əzminin möhkəmləndirilməsi, güclü Ordunun formalaşdırılması istiqamətində misilsiz xidmətlər göstərdi".

Nazir diqqətə çatdırıb ki, altıncı ildönümünü qeyd olunan tarixi Zəfər Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir:

"İlham Əliyevin Silahlı Qüvvələrin möhkəmləndirilməsi və ölkənin müdafiə potensialının artırılması sahəsində yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilib. Bu tarixi Zəfər milli kimliyimizin, həmrəyliyimizin, ləyaqətimizin və gücümüzün təcəssümüdür. Əldə olunan Qələbə xalqımızın milli qürur mənbəyi kimi dövlətçilik tariximizdə əbədi yaşayacaq".

Fövqəladə hallar naziri Zəfərlə başa çatan Vətən müharibəsi günlərində FHN-in şəxsi heyətinin də şərəflə xidmət etdiyini xatırladaraq, Nazirliyin cəbhəyanı rayonlarda gördüyü işlərdən bəhs edib. O, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, 44 günlük müharibə dövründə əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Nazir işğaldan azad olunmuş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işlərindən danışıb. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərləri və görülən işləri birbaşa nəzarətdə saxlamaları sayəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir, doğma torpaqlarımıza həyat geri qayıdır.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilibFHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 134   Tarix: 07 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən və Ümumxalq Hüzn Günündən bilavasitə əvvəlk

6 noyabr
.

Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı

"Rəhbərlik gəldi, əyləşdi. Dedilər ki, yeni qız gəlib. Ondan əvvəl də aparıcı seçimi ilə bağlı belə bir axtarış aparılırdı. Uşaqlar deyirdilər ki, təcrübəçilər gəlsinlər, aparıcılıq üçün seçim edilsin. Amma heç kim tapılmamışdı. Yalnız bir oğlan təcrübəçi seçilmişdi, o da hələ təcrübə keçirdi. Mə

5 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək

Azərbaycanda sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarındakı səhvlə bağlı olduqda dövlət rüsumu ödənilməyəcək. report-a istinadən xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb. Sənəd 2027-ci ilin büdc

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr