Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev ilə görüşüb.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə bağlı Baş nazir Rumen Radevə bir daha başsağlığı verdi.
Bolqarıstanın baş naziri başsağlığına və ifadə olunmuş həmrəyliyə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulandı, dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyan ikitərəfli münasibətlərimizin inkişafından məmnunluq ifadə edildi.
Görüşdə enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilərək, bu istiqamətdə tərəfdaşlığı möhkəmləndirmək üçün yaxşı perspektivlərin olduğu vurğulandı, ölkələrimiz arasında elektrik enerjisi dəhlizi layihəsinin yaradılması, həmçinin bağlantılarla bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti və Bolqarıstanın baş naziri müxtəlif sahələrdə əlaqələrimizin inkişafı ilə bağlı məsələləri müzakirə etdilər.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 144 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXankəndidən verilən Zəfər mesajı
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən etdiyi müraciət Azərbaycanın son altı ildə keçdiyi yolun hərbi, siyasi və mənəvi nəticələrini ümumiləşdirən mesaj kimi diqqət çəkir. Dövlət başçısının çıxışını şanlı Qələbənin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi təsadüf
11 noyabrZəfərin Xankəndidən ucalan səsi
Elə tarixi anlar var ki, sanki zaman dayanır, keçmişin ağrıları, bugünün qüruru və gələcəyin əzəməti göz önündə canlanır. Elə məkanlar var ki, oradan səslənən sözlər adi müraciət çərçivəsini aşaraq bütöv bir xalqın tarixi yaddaşına, milli iradəsinə və dövlətçilik salnaməsinə həkk olunur. 8 Noyabr - Zəfə
11 noyabrHeydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto
Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant
10 noyabrPrezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva tədbird
11 noyabrPrezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşüb. AZƏRTAC xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Maya Sandu ilə görüşləri, həmçini
12 noyabr