"ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib" - BƏHRUZ QULİYEV
"ABŞ-ın İrana qarşı həyata keçirdiyi təzyiq siyasətinin yeni mərhələyə qədəm qoyduğunu müşahidə edirik. Noyabrın 11-də "The New York Times" qəzetində dərc olunan məlumatlar göstərir ki, Vaşinqton artıq yalnız hərbi-dəniz blokadası və iqtisadi sanksiyalarla kifayətlənmək istəmir. ABŞ administrasiyası İranın quru sərhədləri vasitəsilə həyata keçirdiyi ticarət və iqtisadi əlaqələri də məhdudlaşdırmaq niyyətindədir.
Burada diqqətçəkən əsas məqam ondan ibarətdir ki, ABŞ-ın İranı iqtisadi baxımdan tam təcrid etmək planı müəyyən regional müqavimətlə üzləşib. Xüsusilə Türkiyə, İraq və Pakistanın İranla quru sərhədlərini bağlamaq və ya ciddi şəkildə məhdudlaşdırmaq istiqamətində Vaşinqtonun çağırışlarına ehtiyatlı yanaşması yeni geosiyasi mənzərə yaradır.
Məsələnin mahiyyətinə gəldikdə, ABŞ əvvəlcə İranın dəniz limanlarına qarşı blokada siyasəti həyata keçirib, daha sonra aviasiya sektoruna və digər iqtisadi sahələrə yönələn sanksiyaları genişləndirib. İndi isə İranın quru sərhədləri vasitəsilə xarici ticarət imkanlarını məhdudlaşdırmaq istəyir. Bu məqsədlə ABŞ Mərkəzi Komandanlığı "Iron Gate" adlı xüsusi işçi qrupu yaradıb. Həmin strukturun əsas vəzifəsi İranın quru sərhədlərindən və Xəzər dənizi istiqamətindən silah sistemlərinin, ikili təyinatlı texnologiyaların, sanksiyalara məruz qalan malların və qanunsuz maliyyə axınlarının daşınmasının qarşısını almaqdır.
Ancaq burada mühüm bir məqamı nəzərə almaq lazımdır: söhbət hazırda birbaşa yeni hərbi əməliyyatın başlanmasından getmir. ABŞ-ın əsas məqsədi qonşu dövlətlərin öz sərhəd və gömrük mexanizmlərini daha sərt tətbiq etməsinə nail olmaq, bununla da İranın iqtisadi nəfəsliyini daraltmaqdır. Yəni Vaşinqton hərbi gücdən əlavə, iqtisadi və logistik təzyiq mexanizmlərini də işə salır." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Sonxeber.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Türkiyə, İraq və Pakistanın mövqeyi göstərir ki, region dövlətləri bu siyasətin mümkün nəticələrini öz milli maraqları prizmasından qiymətləndirirlər. Məsələn, İraq İranla geniş iqtisadi və enerji əlaqələrinə malikdir. Pakistanın da İranla ticarət və enerji münasibətləri mövcuddur. Türkiyə isə regionda həm iqtisadi, həm də geosiyasi sabitliyin qorunmasında maraqlıdır. Bu dövlətlər anlayırlar ki, sərhədlərin tam bağlanması yalnız İrana deyil, onların öz iqtisadiyyatına, sərhədyanı ərazilərində yaşayan əhaliyə və təhlükəsizlik maraqlarına da ciddi zərbə vura bilər.
"Hesab edirəm ki, burada daha geniş siyasi məna da var. ABŞ İranı təcrid etmək istəyir, amma region dövlətləri özlərini Vaşinqtonun bu strategiyasının avtomatik iştirakçısına çevirmək niyyətində deyillər. Bu, ABŞ-ın regiondakı siyasətinə qarşı vahid hərbi-siyasi cəbhənin formalaşması demək olmasa da, dövlətlərin müstəqil mövqe nümayiş etdirdiyini göstərir.
Digər tərəfdən, Donald Tramp administrasiyasının yanaşmasında da müəyyən taktiki dəyişikliklər müşahidə olunur. ABŞ dövlət katibi Marko Rubionun iqtisadi təzyiqin nəticə verdiyi və eyni məqsədə hərbi zərbələr olmadan da nail olmağın mümkünlüyü barədə açıqlamaları Vaşinqtonun hazırda iqtisadi mühasirəyə daha çox üstünlük verdiyini göstərir.
Bununla belə, düşünmürəm ki, ABŞ yaxın perspektivdə İrana qarşı təzyiq siyasətindən geri çəkiləcək. Əksinə, Vaşinqtonun sanksiyaların icrasına nəzarəti gücləndirməsi, İranın maliyyə və ticarət kanallarını məhdudlaşdırması, qonşu dövlətlərə diplomatik təzyiqləri artırması mümkündür. Lakin bu siyasətin hansı nəticələr verəcəyi artıq təkcə ABŞ-ın iradəsindən asılı deyil. Türkiyə, İraq, Pakistan və digər regional aktorların davranışı da həlledici əhəmiyyət daşıyacaq.
Burada ən ciddi təhlükə isə iqtisadi təzyiqin yenidən hərbi qarşıdurmaya çevrilməsi ehtimalıdır. İran özünün iqtisadi və strateji maraqlarına qarşı bu cür addımları təhdid kimi qiymətləndirərsə, regionda gərginliyin daha da artması mümkündür. Xüsusilə, Hörmüz boğazı ətrafında təhlükəsizlik məsələsi, enerji daşımaları və beynəlxalq ticarət marşrutları baxımından bunun nəticələri qlobal miqyasda hiss edilə bilər.
Beləliklə, ABŞ-ın yeni strategiyası İranı yalnız hərbi deyil, iqtisadi və logistik baxımdan da sıxışdırmağa hesablanıb. Ancaq region dövlətlərinin öz milli maraqlarını önə çəkməsi Vaşinqtonun planlarının reallaşdırılmasını çətinləşdirir. Bu mənzərə bir daha göstərir ki, Yaxın Şərqdə heç bir geosiyasi strategiya regional dövlətlərin maraqlarını nəzərə almadan uğur qazana bilməz. ABŞ İranı təzyiq altında saxlaya bilər, lakin regionun bütün dövlətlərini bu siyasətin iştirakçısına çevirmək o qədər də asan olmayacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
Boşanma zamanı evin taleyi necə həll olunur? - Əmlak bölgüsünün qaydaları - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
"Son rolunu oynamaq ona qismət olmadı" - Aslan Fətullayevin ölümü ilə bağlı kövrək təfərrüatlar
Sərxan Kərəmoğlu 25 il əvvəl özünə hazırlatdırdığı qəbri göstərdi
Dublində Avropa Siyasi Birliyinin sammiti: Azərbaycanın beynəlxalq diplomatiyada artan rolu və yeni geosiyasi perspektivlər
Xoşqədəm Baxşəliyeva ADY-dən danışdı: "Ora biabırçılıqdır" - Foto
Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Ərazi bütövlüyünün bərpasından sonra Konstitusiyanın əhəmiyyəti daha da artıb
Avropa Siyasi Birliyinin Dublin sammiti: yeni geosiyasi reallıqlar və Azərbaycanın artan strateji əhəmiyyəti
Gündə 4 qoz yemək orqanizmdə hansı dəyişikliklər yaradır?
Avropa Siyasi Birliyinin Dublin sammiti: dəyişən geosiyasi reallıqlar, təhlükəsizlik çağırışları və Azərbaycanın strateji mövqeyi