Azərbaycanda yeni güzəştli mənzillər satışa çıxarılır - Tarix
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində ümumilikdə 1 049 mənzili güzəştli şərtlərlə satışa çıxarır.
Satış prosesi 16 dekabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.
Satışa çıxarılan mənzillərdən 839-u Binəqədi, 201-i Şirvan, 5-i Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, 4-ü isə Yevlax Yaşayış Kompleksində yerləşir.
Bundan əlavə, gözləmə qaydasında mənzil seçimi həmin gün saat 12:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.
Mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunmuş "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Mənzil almaq hüququ yalnız bu sistemdə elektron kabineti olan vətəndaşlara şamil olunur. Elektron kabinet sahibləri qeydiyyat tarixi və sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində bərabər hüquqa malikdirlər.
Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi və müvafiq su, qaz və elektrik sayğacları ilə təmin olunub.
MİDA-nın məlumatına görə, yaşayış binaları dövlət tikinti normalarına uyğun layihələndirilib və inşa edilib. Mənzillər üzrə daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışlar da verilib.
Mənzillərin seçimi və "Güzəştli mənzil" sistemindən istifadə qaydaları barədə ətraflı məlumatı MİDA-nın rəsmi internet saytından (www.mida.gov.az) əldə etmək mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 259 Tarix: 14 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib
İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund
18 sentyabr 2021