Kanye Uest məhkəməyə verildi

Kanye Uest məhkəməyə verildiOpera müğənnisi və bəstəkar Çeyz Teylor reper Kanye Uestə qarşı məhkəmə iddiası qaldırıb. Teylor iddia edir ki, 2019-cu ildə Uest onu ABŞ-nin Vayominq ştatında məktəb orkestrinin məşq otağına kilidləyərək bibliya mövzulu "Navuxodonosor" operası üçün cəmi dörd gün ərzində musiqi yazmağa məcbur edib.

Oxu.Az "Rolling Stone" jurnalına istinadən xəbər verir ki, nəşrin sərəncamında iddia ərizəsinin mətni var.

İddia ərizəsinə əsasən, əvvəlcə Kanye Uest Çeyz Teyloru operada solo partiyanı ifa etməyə dəvət edib. Musiqiçi həmin vaxt operanın artıq tam hazır olduğunu düşünüb.

Çeyz Teylor məşqlərin başlamasına bir həftə qalmış Şimali Karolinadan Vayominqə uçub. Onu orta məktəbə apararaq orkestrin məşq otağına yerləşdirib və qapını bağlayıblar. Yalnız bundan sonra musiqiçiyə operanın hələ hazır olmadığı və musiqi partiyalarının böyük hissəsini cəmi dörd gün ərzində yazmalı olduğu bildirilib.

"Teylorun tabe olmasını təmin etmək üçün cavabdehlər, o cümlədən Uest, ona yüksək qonorar, prodüser kimi adının qeyd olunması və gələcək əməkdaşlıq vəd ediblər", - deyə iddia ərizəsində qeyd olunub.

Sənəddə bildirilir ki, Teylor sərbəst buraxılmasını tələb etsə də, müraciətləri nəzərə alınmayıb.

"Navuxodonosor" operasının premyerası 2019-cu ilin noyabrında baş tutub. Kanye Uest əsərini 40 il ərzində Yeni Babil çarlığını idarə etmiş və Qüdsü ələ keçirmiş II Navuxodonosora həsr edib.

Operanın süjeti Bibliyanın "Daniel peyğəmbərin kitabı"nda təsvir olunan hadisələr əsasında qurulub. Reper öz həyatı ilə Babil hökmdarının taleyi arasında birbaşa paralellər aparıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 221   Tarix: 15 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"4 ildir bu xəstəliyə görə kökəlmirəm"

Aktrisa Pərvin Abıyeva arıq qalması ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az xəbər verir ki, sənətçi "MTV Maqazin"ə açıqlamasında pəhriz və idmanla əlaqəli olmadığını bildirib. Pərvin bunun səbəbinin səhhətindəki problemlə bağlı olduğunu deyib:. "Dörd ildir arıq qalmağımın pəhri

14 noyabr
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

8 noyabr
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

6 noyabr
.

Oksana Rəsulova: "Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı"

"Qapqara" verilişinin yeni buraxılışının qonağı aktrisa Oksana Rəsulova olub. Sənətçi uşaqlıqdan aktrisa olmaq istəsə də, valideynlərinin məsləhəti ilə tibb təhsili aldığını bildirib. Doqquz il təhsil alaraq iki diplom əldə edən aktrisa həkim kimi fəaliyyət göstərmədiyinə görə peşman olmadığın

10 noyabr
.

"Klassik yumor 15 saniyəlik videolara qalib gələcək"

Aktyor Nicat Rəhimov sosial şəbəkələrdə yayılan qısa yumor videoları ilə klassik yumoru müqayisə edib. Axşam.az xəbər verir ki, aktyor bu barədə "Həyatın dadı" verilişində danışıb. O, klassik yumorun zamanla daha çox dəyər qazanacağını bildirib:. "Klassik yumor sosial şəbəkələrdəki 1

15 noyabr
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

1 noyabr
.

Sərxan Kərəmoğlu 25 il əvvəl özünə hazırlatdırdığı qəbri göstərdi

Aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. xəbər verri ki, o şəxsi instaqram hesabında 25 il əvvəl özünə qəbir hazırlatdırdığını bildirib:. "O biri tərəfin evini 25 il qabaq hazırlamışdım. Allah 25 il sonra bir də təmir etdirməyi özümə nəsib etsin! Zarafat bir yana, Allahda

11 noyabr
.

Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib

Müğənni Şöhrət Məmmədov Azərbaycandan getməsi ilə bağlı yayılan iddialardan danışıb. xəbər verir ki, o şəxsi instaqram hesabında paylaşım edərək Niderlanda köçməsinin səbəbini açıqlayıb. İfaçı qeyd edib ki, həyat yoldaşı niderlandlıdır. Bu səbəbdən də o Niderlandda yaşamağa qərar verib. Şöhrət Məmmədo

5 noyabr
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırova bildiri

2 noyabr