Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib.
Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyyat təklif edib. Kişi şirniyyatı dişləyən kimi içərisində gizlədilmiş partlayıcı qurğu işə düşüb. Ağız nahiyəsindən ağır xəsarətlər alan şəxs yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Polis araşdırması zamanı müəyyən edilib ki, şirniyyatın içərisində çöl donuzlarının ovlanmasında istifadə olunan partlayıcı qurğu olub.
Hazırda hüquq-mühafizə orqanları həmin qurğunun şirniyyatın içinə necə yerləşdirildiyini və ölən şəxsin tanışının əlinə hansı şəraitdə keçdiyini araşdırır.
Hadisə kənd sakinləri arasında böyük təşvişə səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 266 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Odessaya hərbi yük daşıyan gəmini vurdu
Rusiya qoşunları Odessa vilayətindəki Çornomorsk limanına hərbi yüklər daşıyan gəmini vurub. -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. "Zərbə nəticəsində dəniz yolu ilə keçən limana hərbi yüklər çatdıran yük gəmisi vurulub", - deyə bildirili
14 noyabrKoşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15 noyabr"Microsoft"un çökməsi milyardlarla dollar zərər vura bilər
"Microsoft" korporasiyasının fəaliyyətində yaranan qlobal nasazlıq Avstraliya iqtisadiyyatına milyardlarla dollar zərər vura bilər. -ın məlumatına görə, bu barədə "The Guardian" nəşri yazıb. "RSM Australia" şirkətinin təhlükəsizlik sahəsi üzrə eksperti Aşvin Palın sözlərin
15 noyabrİlon Maskın avtomobil nəhəngi Çində ağır zərbə aldı
"Tesla" elektromobil satışlarına görə Çində ən çox avtomobil satan 10 brendin siyahısından kənarda qalıb. xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyasının (CPCA) oktyabr ayına dair statistikasında məlumat verilib. Bildirilib ki, şirkət oktyabrda Çin bazarında cəmi 8 81
15 noyabrAna Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15 noyabr