Ronaldinyo illər sonra peşəkar futbola qayıtmasının səbəbini açıqladı
Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo peşəkar futbolçu karyerasını başa vurduqdan illər sonra yenidən yaşıl meydanlara qayıtmaq qərarının səbəbini açıqlayıb.
Oxu.Az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, Ronaldinyo futbola qayıdışını "Ravenna" klubunun prezidenti İqnatsio Çipriani ilə dostluğu və gələcək planları ilə əlaqələndirib.
"Bütün bunlar "Ravenna" klubunun prezidenti İqnatsio Çipriani ilə dostluğum və gələcəklə bağlı planlarımızla əlaqədardır. Həyatımda xüsusi və təkrarsız bir an yaşamaq istəyirəm. Ümid edirəm ki, bu gün digər futbolçular üçün də xüsusi olacaq.
Karyeramı başa vurduqdan sonra geriyə baxdım və istədiyim hər şeyi qazandığımı anladım. İndi yenidən futbol oynamaq imkanım yaranıb və bundan zövq alıram. Bundan əlavə, azarkeşlərə gözəl bir gün yaşatmaq istəyirəm. Bu yeni macəraya böyük məmnuniyyətlə başlayıram", - deyə o bildirib.
46 yaşlı braziliyalı futbolçunun "Ravenna"nın heyətində debütünü İtaliya C Seriyasında "Forli" ilə matçda edəcəyi gözlənilir.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 173 Tarix: 15 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Fənərbaxça"dan möhtəşəm geridönüş
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Fənərbaxça" doğma meydanda "Liverpul"u 3:2 hesabı ilə məğlub edib. "Qafqazinfo" xəbər verir ki, hesabda geri düşən İstanbul təmsilçisinin heyətində 29-cu dəqiqədə Qrinvud, 73-cü dəqiqədə Arçi Braun, 79-cu dəqiqədə is
4 noyabr"Ferrari"də Hemilton və Lekler arasında gərginlik artır
"Ferrari"nin pilotu Lyuis Hemilton komanda daxilində Şarl Leklerlə bərabər statusda olmasından narazıdır və qərarların qəbulunda özünə üstünlük verilməsini istəyir. xəbər verir ki, bu barədə İtaliyanın "Autoracer" nəşri məlumat yayıb. Mənbənin bildirdiyinə görə, "Ferrari"
7 noyabrAzərbaycan Premyer Liqasında XIII turun oyunlarının vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli müəyyənləşib. Bu barədə -a Peşəkar Futbol Liqasından məlumat verilib. "Neftçi" - "Zirə" oyunu noyabrın 27-də, "Turan Tovuz" - "Kəpəz" matçı noyabrın 28-də keçiriləcək. Misli Premyer Liqası. II dövrə
13 noyabrUEFA Çempionlar Liqası: "Sabah" Norveçdə "Vikinq"lə üz-üzə gəlir
"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. report-a istinadən xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv bu gün Norveçdə "Vikinq"in qonağı olacaq. Qarşılaşma Stavanger şəhərində, Bakı vaxtı ilə saat 00:00-da star
4 noyabrDevid Bekhemin növbəti uğuru: Tarixi siyahıya düşdü
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi və "İnter Mayami" klubunun həmsahibi Devid Bekhem 2027-ci ildə ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək. xəbər verir ki, bu barədə MLS-in rəsmi saytında məlumat verilib. Mərasim 2027-ci il aprelin 16-da Texas ştatının Frisqo şəhərində yerləşə
15 noyabr"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər - Foto
Türkiyənin "Qalatasaray" klubu Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə rəsmi "X" hesabında paylaşım edib. xəbər verir ki, klubun paylaşımında "Dost və qardaş ölkə Azərbaycanın Zəfər Günü mübarək!" sözləri yer alıb. "Fənərbağça" klubu da 8 Noyabr - Zəfər Gün
8 noyabrToraldan atmacalı açıqlama - Video
Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov ötən gün Lixtenşteynlə oyunöncəsi keçirilən mətbuat konfransındakı atmacalı cavabı ilə diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, oyunda baş məşqçinin şans verdiyi istənilən mövqedə oynaya biləcəyini deyə futbolçu jurnalistin "qapıda da"
13 noyabrBabək Quliyev UEFA-dan təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev Avropa Futbol Assosiasiyaları İttifaqından (UEFA) növbəti təyinat alıb. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Bildirilib ki, o, Türkiyənin Trabzon şəhərində keçiriləcək 17 yaşadək futbolçular arasınd
9 noyabr