COVID keçirənlərin yarıdan çoxu 5 ildir qoxu hiss etmir
COVID-19 virusundan sonra yaranan qoxu hissinin itməsi uzun illər davam edə bilər. ABŞ-nin Virciniya Birlik Universitetinin alimlərinin beş il ərzində apardıqları tədqiqatın nəticələrinə görə, koronavirusa yoluxduqdan sonra bu problemlə üzləşən xəstələrin təxminən 55 faizində beş il keçməsinə baxmayaraq, qoxu hissi tam bərpa olunmayıb.
Sonxeber.az AZƏRTAC-a istinadla xəbər verir ki, alimlər COVID-19-dan sonra qoxu hissini itirmiş və xəstələrin milli bazasına daxil edilmiş 2 mindən çox insanın məlumatlarını təhlil ediblər.
İki il davam etmiş müşahidənin nəticələrinə görə, iştirakçıların 38 faizində qoxu hissinin tam, 54 faizində isə qismən bərpa olunduğu qeydə alınıb. Daha 7 faiz iştirakçı qoxu hissinin bərpa olunmadığını və ya vəziyyətinin pisləşdiyini bildirib.
Ötən ilədək qoxu hissi tam bərpa olunan iştirakçıların payı 44 faizə yüksəlib. İştirakçıların 48 faizi qoxu hissinin qismən bərpa olunduğunu bildirib. 7 faizində isə problem davam edib və ya vəziyyət pisləşib.
Tədqiqat zamanı qoxu hissinin bərpasının yaşdan asılı olduğu da müəyyən edilib. 40 yaşdan aşağı iştirakçıların 62 faizində qoxuları ayırd etmək qabiliyyətini tam bərpa etmək mümkün olduğu halda, daha yaşlı insanlar arasında bu göstərici 34 faiz təşkil edib. Tədqiqatçıların fikrincə, bunun mümkün səbəblərindən biri yaş artdıqca qoxu sisteminin hüceyrələrinin regenerasiya qabiliyyətinin azalmasıdır.
Mütəxəssislər qoxu hissinin bərpası üsullarından biri kimi qoxu təlimini qeyd edirlər. Bu üsul sinir yollarını stimullaşdırmaq məqsədilə müxtəlif qoxuların müntəzəm olaraq hiss etdirilməsini nəzərdə tutur.
Tədqiqatın müəllifləri COVID-19-un nəticələrindən biri olaraq qalan uzunmüddətli qoxu hissi itkisinin müalicəsi üçün daha effektiv üsulların hazırlanmasının zəruriliyini vurğulayırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜzü yumaq üçün ən yaxşı vaxt - Dermatoloqdan tövsiyə
Üz dərisinə qulluq zamanı yalnız istifadə olunan vasitələr deyil, onların tətbiq edildiyi vaxt da əhəmiyyət daşıyır. Dermatoloq Con Kibbi üzün yuyulması üçün səhər və axşam saatlarının əksər insanlar üçün uyğun olduğunu bildirib. Qaynarinfo xəbər verir ki, Kolorado Universitetinin Tibb Məktəbinin dermatologiy
27 oktyabrSəhər yeməyi üçün ən pis vaxt - Diyetoloqların cavabı
Səhər yeməyini günortadan sonraya saxlamaq sağlamlıq üçün arzuolunmaz nəticələrə səbəb ola bilər. Diyetoloqların fikrincə, günün ilk qida qəbulu üçün ən uyğun vaxt oyandıqdan sonrakı 1-2 saatdır. Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell" nəşri diyetoloqların tövsiyələrinə istinadə
10 noyabrKişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişafı anemiyaya səbəb ola bilər. O qeyd edib ki, bağırsaq xərçəngi, xüsusilə 4
31 oktyabrYuxu iflici zamanı beyində nələr baş verir?
"Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir". xəbər verir ki, bunu neyrobioloq Baland Cəlal "The Guardian" nəşrinə müsahibəsində deyib. Alimin sözlərinə görə, yuxu iflici zaman
14 noyabrBir ayağın qəfil şişməsi ciddi xəstəliyin əlaməti ola bilər
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər. Qaynarinfo xəbər verir ki
5 noyabrMəşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Zərdəçalın tərkibində olan kurkumin maddəsi qaraciyəri yaşla bağlı dəyişikliklərdən, iltihabdan və zədələnmədən qoruya bilər. xəbər verir ki, bu qənaətə "Food & Function" elmi jurnalında dərc olunan araşdırmanın müəllifləri gəliblər. Tədqiqatçılar bağırsaq, onun mikroflorası və qaraciyə
6 noyabrHepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrGündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
Adətən, böyük əksəriyyət üçün gündə yeddi-doqquz saatlıq yuxu norma sayılsa da, bəzi insanlar cəmi dörd-beş saatlıq yuxu ilə kifayətlənərək özlərini tamamilə enerjili və sağlam hiss edirlər. Elm adamları bu nadir vəziyyətin arxasında duran genetik səbəbləri araşdırmağa davam edirlər. "Qafqazinfo"nu
3 noyabr