40 yaşdan yuxarı şəxslərin nəzərinə - Sabahdan...
Sabahdan Azərbaycanda vaksinasiya prosesində növbəti mərhələyə başlanılacaq.
Sonxeber.az qaynarinfo-ya istinadən xəbər verir ki, martın 22-dən etibarən 40 yaşdan yuxarı vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.
Peyvəndləmə prosesi "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ölkə üzrə mərhələli şəkildə davam edir.
Vətəndaşlar https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu" elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir. Bunun üçün "COVID-19 vaksin randevu" elektron xidmətində vətəndaş ilk olaraq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil edib "Yoxla" düyməsinə basmalıdır. Bundan sonra vətəndaş təqdim olunan siyahıdan peyvənd məntəqəsini, randevu tarixini və saatını seçib, mobil nömrəsini daxil etməlidir. Qeydiyyat başa çatdıqdan sonra daxil edilən mobil nömrəyə növbənin qeydə alınması ilə bağlı mesaj göndərilir. Mesajda birinci dozanın vurulacağı tarix, saat və məkan qeyd edilir.
Peyvəndin birinci dozası vurulduqdan 28 gün sonra ikinci dozanın vurulması üçün təkrar qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Çünki ilkin müraciət zamanı artıq ikinci doza üçün də eyni saat aralığına və məkana avtomatik elektron növbə verilir.
Xatırladaq ki, Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinə yanvarın 18-dən başlanılıb. Ölkəmizdə Çin istehsalı olan "CoronaVac" peyvəndindən istifadə olunur.
Sonxeber.az
Telegramda izləyin
Baxılıb: 4251 Tarix: 21 mart 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanlı bacı-qardaş Dünya Kubokunda FİNALA ÇIXDI
Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun təsnifat mərhələsi davam edir. xəbər verir ki, batut gimnastikası üzrə fərdi yarışlarda iki azərbaycanlı idmançı finala vəsiqə qazanıb. Gimnastikanın bu növü üzrə kişilər arasında fərdi yarışlarda Maqsud Mahsudov
21 fevralNəriman Axundzadə bu tarixdə ABŞ-yə yollanacaq
"Kolambus Kryu" klubuna keçən Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin iki həftədən sonra ABŞ-yə yollanacağı gözlənilir. xəbər verir ki, bu barədə "Report"a 21 yaşlı hücumçu ilə əməkdaşlıq edən futbol agenti Tural Əsgərov açıqlama verib. O, forvardın viza işləri tamamlana
12 fevralYeni il gecəsi öldürülən Emilin paylaşdığı son VİDEO
Xəbər verdiyimiz kimi, Yeni il gecəsi Bakıda ağır cinayət hadisəsi baş verib. xəbər verir ki, Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live Bar" gecə klubunun qarşısında qətl törədilib. Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə, saat 02:00 radələrində klubun daxilind
6 yanvarGecə paltaryuyan maşın qoşanların nəzərinə
Mütəxəssislər gecə saatlarında xüsusilə yatarkən paltaryuyan maşının işlək vəziyyətdə saxlanılmasının təhlükəli ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. xəbər verir ki, onların sözlərinə görə, elektrik naqillərində yaranan qısaqapanma, cihazın mühərrikinin həddindən artıq qızması və ya su sızmas
27 yanvarSabah çimərliklərdə hava necə olacaq?
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyulun 2-də mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) +2
1 iyul 2025"5 il öncə paltar reklam edən indi cərrahdır"
Amerikaya köçən tele-aparıcı Qənirə Ataşova sosial media hesabında açıqlaması ilə diqqət çəkib. -a istinadən bildirir ki, Qənirə Ataşova plastik cərrah kimi fəaliyyət göstərən Səma Qasımova haqqında İnstaqramda hekayə bölümündə bu sözləri yazıb:. Doktor Səma Qasımova 2020-ci ildə paltar reklamı ilə məşğu
4 yanvar 2025Psixoloqlara görə, yalançını ifşa etməyin yeganə real yolu
Araşdırmalar göstərir ki, insanların yalanı aşkar etmə uğuru cəmi 54%-dir; bu isə təxminən bəxtəbəxt qərar vermək kimidir. Ekspertlər bildirirlər ki, göz təması aldatma üçün zəif göstəricidir, əsl ipucu isə hekayədəki detal çatışmazlığında gizlənir. xəbər verir ki, bir çox mədəniyyətdə gözü qaçırmağı
25 martBakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlandı
Bakıda iş adamının avtomobilindən külli miqdarda pul oğurlamaqda ittiham olunan 1973-cü il təvəllüdlü Fikrət Cəfərovun məhkəməsi başa çatıb. -a istinadən xəbər verir ki, oğurluq hadisəsi bu il fevralın 26-da baş verib. Bakı şəhər sakini F.Cəfərov həmin gün saat 22:00-da Nərimanov rayonunda yerləşən "Ne
29 iyul 2025