Bakıda xəstəxananın vəzifəli şəxslərinə CİNAYƏT İŞİ AÇILDI - Tibb bacısı İFŞA ETDİ
Bakıdakı 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb.
Sonxeber.az Report-a istinadən xəbər verir ki, cinayət işi ABŞ vətəndaşı olan azərbaycanlının şikayəti əsasında açılıb.
Belə ki, adıçəkilən xəstəxananın 3-cü şöbəsinin tibb bacısı işləmiş İbrahimova İradə Gülbala qızı 23 iyul 2013-cü il tarixdə ölkə hüdudlarını tərk edərək Macarıstana gedib və bu ölkədə yaşayıb. Amma buna baxmayaraq o, Bakıdakı işindən azad olunmayıb.
Nəticədə 2013-cü ilin iyul ayından 2016-cı ilin fevral ayına kimi İ.İbrahimovanın adı 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasın əməkdaşları siyahısında saxlanılıb. Xidməti vəzifələrini icra etmədiyi halda qeyd edilən müddətdə xəstəxananın vəzifəli şəxsləri tərəfindən hər ay üzrə müxtəlif məbləğdə, ümumilikdə isə 7054 manat 76 qəpik pul vəsaiti onun adına əmək haqqı kimi hesablanıb. Həmin pullar müvafiq sənədlərlə rəsmiləşdirilib və Azərbaycan Beynəlxalq Bankının plastik əmək haqqı kartına köçürülməklə Avtomatlaşdırılmış Terminal Məntəqələrində nağdılaşdırılıb.
ABŞ vətəndaşı olan azərbaycanlı məsələdən xəbər tutub və bu barədə bir neçə dəfə hüquq-mühafizə orqanlarına müraciət edib. Mayın 24-də Nizami Rayon Prokurorluğunda 1 saylı Uşaq Yolxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, 1 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə onlara etibar edilmiş özgə əmlakını mənimsənilərək dövlətə xeyli miqdarda ziyan vurulması faktı ilə bağlı hazırda Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1462 Tarix: 07 iyun 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda pensiyaların VERİLMƏ TARİXİ DƏYİŞƏ BİLƏR - hər ayın eyni günü…
Pensiya və sosial müavinətlər milyonlarla insan üçün əsas və bəzən yeganə gəlir mənbəyidir. Xüsusilə yaşlılar, əlilliyi olan şəxslər, aztəminatlı ailələr və digər həssas sosial qruplar gündəlik xərclərini məhz bu ödənişlər hesabına qarşılayırlar. Buna görə də ödənişin məbləği qədər onun vaxtında həyat
28 iyunAzərbaycan tomat ixracından gəlirini 5 %-dən çox artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 97 min 927 ton tomat ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 119,8 milyon ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 6 milyon dollar (5,2 %) çox, həcm baxımında
27 iyunPensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Pensiya yaşının gələcəkdə mərhələli şəkildə artırılaraq 70 yaşa çatdırılması məsələsi vaxtaşırı ictimai müzakirələrə səbəb olur. Xüsusilə dünyanın bir sıra ölkələrində əhalinin yaşlanması və orta ömür uzunluğunun artması fonunda pensiya islahatlarının gündəmə gəlməsi Azərbaycanda da bu istiqamətdə mümkü
28 iyunŞabranda itkin düşən kişinin meyiti göldə tapıldı
Şabran rayonunda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hacıqaraqaşlı kəndində baş verib. Məlumata görə, itkin düşən Çölquşçu kənd sakini, 1974-cü il təvəllüdlü Kamil Mirzəyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti kənddə yerləşə
27 iyunABŞ İranı yeni zərbələrlə təhdid etdi
ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 26-da İranı yeni zərbələrlə hədələyib. xəbər verir ki, bu barədə vitse-prezident özünün "X" sosial şəbəkə hesabında paylaşım edib. ABŞ rəsmisi vurğulayıb ki, Tehran rəsmiləri istənilən vaxt Vaşinqtonla təmasa keçərək imzalanmış sazişdəki mübahisəl
27 iyunMəktəblilərin yay tətili qısaldılacaq? - AÇIQLAMA
Elm və təhsil naziri Emin Əmrullayev müsahibəsində bildirib ki, təhsil nailiyyətləri yüksək olan ölkələrdə yay tətili daha qısadır. Bəs Azərbaycanda yay tətilləri qısaldıla bilərmi?. -a danışan təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, həqiqətən də təhsil göstəriciləri yüksək olan bəzi ölkələ
28 iyunAzərbaycanın bəzi yerlərində leysan yağır
Azərbaycanın bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 27-si saat 10:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 54 (aylıq normanı
27 iyun