"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""
Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum...
"Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim. O vaxt pis yola düşsəydim, indi villalarda yaşayırdım. Onların çoxu ilə Filarmoniyadakı konsertlərdə tanış olmuşdum. Mahnımı oxuyub birbaş evə gəlirdim. Habil Əliyev deyirdi ki, gəl mənimlə yaşa, səni milyoner edəcəm. İnanmırsınızsa Flora Kərimovadan soruşun mənim haqqımda. O bütün bunlara şahidlik edib. Bir dəfə də Həbib İsmayılovun yoldaşı, Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu. Mən də onu təpiklə vurdum. Tükəzban mənə deyirdi ki, Həbib niyə səni istəməlidir ki? Ona dedim ki, Həbib mənim atam yaşımdadır, mən onunla yaşayanam?! Onlar mənim evimi yıxdılar, yoxsa oxuyurdum da. Hər dəfə köhnə lentlərə baxanda ağlayıram (ağlayır)"
Sonxeber.az moderator.az-a istinadən bildirir ki, bunu "Lalə" qızlar ansamblının ilk solistlərindən biri olan müğənni Elmira Əliyeva deyib. Sənətçi daha sonra əlavə edib.
"Atası Həbib İsmayılovun mənə etdiyi pislikləri qızı İlhamə Quliyeva da davam etdirirdi. Bir dəfə imkansızlıq ucbatından bir verilişə çıxmışdım. İlhamə Quliyeva məni efirdə görəndən sonra verilişin prodüsserinə zəng edib demişdi ki, onu efirdən çıxarın! Səhəri gün verilişdə problemim həll olunduğu gün idi, amma mənə dedilər ki, sabah gəlməyin. Daha sonra bildim ki, bunu İlhamə edib. Onlar pislik etməyi çox yaxşı bacarırdı. Mən bu gün çox pis vəziyyətdə yaşayıram. İmkansızlıq ucbatından oğlumu evləndirə bilmirəm, artıq 40 yaşın içindədir. Bir otaqlı evdə yaşayıram, onu necə evləndirim? Deyirəm ki, apar məni qoy qocalar evinə. Onsuz da 82 yaşına kimi o qədər zülmlər çəkmişəm ki. Nə təqaaüd alıram, nə də mükafat. Mən bu sənətə canla-başla xidmət etmişəm, amma dəyərim heç vaxt verilmədi. Bundan əvvəlki Mədəniyyət nazirinə də, Bahar Muradovaya da müraciət etmişəm, mənə heç bir köməklik olunmayıb" deyə sənətçi bildirib
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"The Odyssey" rekordlar qırır: Rejissorun qadağaları diqqət çəkir
Rejissor Kristofer Nolanın Homerin məşhur "Odisseya" dastanı əsasında çəkdiyi "The Odyssey" filmi nümayişə başladıqdan sonra böyük maraqla qarşılanıb. Film bir çox ölkədə rekord göstəricilər əldə edərkən, bəzi yerlərdə biletlərin qara bazarda satıldığı bildirilir. Qaynarinfo xəbə
23 iyulSəhnəmizin Florasının 85-ci baharından - Görüntülər
Ötən gün 85 yaşı tamam olan Xalq artisti Flora Kərimovanın yubiley gecəsi keçirilib. "Qafqazinfo" xəbər verir ki, gecədə dostları, yaxınları və ailə üzvləri sənətkarı tək qoymayıblar. Şəhər restoranlarından birində təşkil olunan doğum günü mərasimindən görüntüləri təqdim edirik:
24 iyulŞükufə Yusupovanın vəziyyəti necədir?
Xalq artisti Şükufə Yusupovanın vəziyyəti açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, aktrisanın müalicəsi Yeni Klinikanın müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir. Qeyd edək ki, avqustu
31 avqustAzərbaycanın Xalq artisti vəfat etdi
Azərbaycanın Xalq artisti, rejissor və aktyor Aleksandr Şarovski vəfat edib. Qaynarinfo xəbər verir ki, Xalq artisti 78 yaşında dünyasını dəyişib. Aleksandr Şarovski Şarovski Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi və intensiv terapiya şöbəsində kompleks müalicə edilirdi. Qeyd edək ki, Aleksand
9 sentyabrƏlikram Bayramov: "İngiltərə uduzanda 2-3 gün özümə gələ bilmədim"
Müğənni Əlikram Bayramov 2026-cı il dünya çempionatında azarkeşlik etdiyi İngiltərə millisinin çempion ola bilməməsindən təəssüfləndiyini bildirib. Sənətçi Qaynarinfo-ya açıqlamasında deyib ki, turnir başlamazdan əvvəl İngiltərənin dünya çempionu olacağını proqnozlaşdırıb:. "Dünya çempionatınd
20 iyulBir şilləyə görə küsdü, boşandığı qadınla eyni evdə yaşadı
Azərbaycan kino səhnəsinin ən yadda qalan simalarından biri olan bu sənətkar tamaşaçını təkcə sözlə deyil, baxışı, jesti və özünəməxsus intonasiyası ilə güldürməyi bacarırdı. Onun yaratdığı obrazlar illər keçsə də köhnəlmir, bu gün də eyni maraqla izlənilir. Lakin şöhrətli səhnə həyatının arxasında çoxlarını
23 avqustŞarovski II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi bu gün saat 14:30-da Rus Dram Teatrında keçiriləcək. xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Dəfn mərasimi isə İkinci Fəxri xiyabanda baş tutacaq. Qeyd edək ki, 78 yaşlı A.Şarovski bu gün vəfat edib
9 sentyabr