Mingəçevirdə təcili yardım stansiyasına hücum olub? - AÇIQLAMA
Mingəçevirdə vətəndaş Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında (TTTYS) dava salıb.
Sonxeber.az Oxu.az-a istinadən xəbər verir ki, axşam saatlarında TTTYS-nin növbətçi bölməsinə gələn şəhər sakini dispetçer otağına daxil olaraq əməkdaşları təhqir edib, avadanlıqlara ziyan vurub.
Məsələ ilə bağlı "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"nə (TƏBİB) sorğu ünvanladıq.
Məsələ ilə bağlı TƏBİB-in ictimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının TTTYS-na 19.09.2021-ci il tarixində saat 21:02-də Yusibova Nərgiz üçün mədə ağrısı narahatçılığı ilə çağırış edilib:
"Çağırış edən şəxsə həmin saatda növdə olan hər 2 təcili yardım briqadasının digər çağırışlarda olduğu bildirilib və bir qədər gözləmələri məsləhət görülüb. Lakin xəstə yaxını Məmmədov Bəxtiyar gözləməyib, xəstəni təcili yardım bölməsinə aparıb. Xəstəni qəbul edən həkim xəstədə cərrahi müdaxiləyə ehtiyacın olmadığını bildirdikdən sonra ona ilkin tibbi yardım göstərib. İlk tibbi yardımdan təxminən 7-10 dəqiqə ərzində Yusibova Nərgiz Vasif qızının ağrıları azalıb.
Xəstə təcili yardımda olduğu müddətdə xəstə yaxını B.Məmmədov TTTYS-nin dispetçer otağına daxil olub, orada kobud ifadələrlə işçiləri təhqir edib, stol, stulları dağıdıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib. Sonra təcili yardıma gedərək həkimdən xəstənin daha 1 saat burada qalmasını tələb edib. Lakin həkim buna ehtiyac olmadığını bildirərək xəstəni evə göndərib və ixtisas həkiminə müayinə olunmağı məsləhət görüb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 908 Tarix: 20 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabrVətəndaş ABB-dən narazıdır
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar
26 oktyabrBakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabrAli təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri
28 oktyabrYağış yağacaq, şimşək çaxacaq
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ
28 oktyabrErmənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
28 oktyabr