"Bir çıxış yolumuz qalır ki, ÜST-ə diz çöküb yalvaraq" - Şənbə-bazarla bağlı AÇIQLAMA
Azərbaycanda əhalinin əksəriyyətinin ictimai nəqliyyatdan istifadə etməsinə baxmayaraq, hələ də şənbə və bazar günləri avtobuslar işləmir. Nəzərə alsaq ki, insanların bir çoxu həftə sonları da çalışır, həmin günlər əhali taksi xidmətindən istifadə etmək məcburiyyətində qalır. Bu isə 1 gün üçün 10-15 AZN taksiyə pul vermək deməkdir.
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Aqil Abbas açıqlama verərkən bildirib ki, hər kəs Operativ Qərargaha müraciət etsə də, xeyri yoxdur:
"Bunu bütün deputatlar, jurnalistlər, ziyalılar, Azərbaycanda böyükdən-kiçiyə hər kəs deyir ki, şənbə-bazar insanlar əziyyət çəkirlər, işə gedənlər var. Axı iş yalnız 5 gündən ibarət deyil. İçtimai nəqliyyat artıq həftə sonları da işləməlidir. Operativ Qərargaha bununla bağlı tədbir görməsini deyirsən,"bu qulaqdan alır, digər qulağdan ötürür". Onlara heç maraqlı deyil. Hər kəs nəqliyyatla bağlı yazır, etiraz edir, bunu deməyən artıq qalmayıb. Neçə dəfə deyilsə də, bir əncam çəkən yoxdur. Bir çıxış yolumuz qalır ki, hamı yığışsın, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancıya diz çöküb yalvarsın, bəlkə, o xanım icazə verər.
Azərbaycanda çox adamda maşın var, lakin bəzən onlar da avtobus ya metrodan istifadə edirlər.
Teatrı açmayan adam şənbə-bazar günü içtimai nəqliyatı açandırmı? Ona görə də ümüd qalır Hande Harmancıya".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4267 Tarix: 20 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabrVətəndaş ABB-dən narazıdır
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar
26 oktyabrBakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabrAli təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri
28 oktyabrYağış yağacaq, şimşək çaxacaq
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ
28 oktyabrErmənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
28 oktyabr