Pandemiya ərzağı bahalaşdırdı - VİDEO

Pandemiya ərzağı bahalaşdırdı - VİDEOAparıcı ölkələrin bazara təminatsız pul buraxması qiymətləri qaldırdı

Milli.Az Real TV-yə istinadən xəbər verir ki, əksər beynəlxalq analitika qurumları hazırda dünya bazarında tüğyan edən bahalaşmanı pandemiyanın yaratdığı iqtisadi tənəzzülü aradan qaldırmaq üçün atılan addımlarla izah edirlər.

Onların fikrincə, ABŞ və Almaniya kimi aparıcı ölkələrin mərkəzi banklarıNIn pandemyanın vurduğu ziyanı kompensasiya etmək üçün iqtisadiyyata milyardlarla təminatsız pul buraxması fond bazarlarında tarazlığı pozub, ərzaq və aqrar xammal qiymətlərini artırıb. Yəni bazarda pul artıb, təklif olunan ərzaq isə pandemiya şəraitində azalıb.

Bu proses 2021-ci ilin əvvəlində qlobal taxıl ehtiyatlarının nəzərəçarpacaq dərəcədə azalması ilə daha da kəskinləşdi. Üstəlik, Rusiya və bir sıra başqa ölkələr ixrac kvotaları tətbiq etməyə başlayıblar və xarici bazarlara ixrac olunan buğda üçün gömrük rüsumlarını artırıblar. Nəticədə, dünya üzrə taxıl məhsullarının qiyməti avqustda 2020-ci ilin avqust ayı ilə müqayisədə 31 faiz artıb.

Bu marafonda buğdanın qiyməti xüsusilə bahalaşıb və ötən ilin avqustu ilə müqayisədə 43,5 faiz artım qeydə alınıb. Məsələn, keçən ilin avqustunda dünya bazarında buğdanın tonu 190 dollardan satılırdısa, bu il avqustunda birja qiymətləri 290 dollara qədər qalxıb. Azərbaycanın əsas buğda təchizatçılarından biri olan Rusiyada isə ərzaq buğdasının qiyməti 300 dollara çatıbı.

Taxılın bahalaşması avtomatik olaraq heyvandarlıq məhsullarını da bahalaşdırıb. Məsələn, dünya bazarında ət məhsullarının qiymətləri 2020-ci ilin iyul ayı ilə müqayisədə 22 faiz artıb. Bu, digər aqrar məhsulların da bahalaşmasına səbəb olub. Təkcə avqust ayında bitki yağları 6,7 faiz, şəkər isə 9,6 faiz bahalaşıb.

Lakin beynəlxalq analitiklər bunu bahalaşmanın son həddi saymırlar. Ərzaq sektorunda fəaliyyət göstərən iri şirkətlərin ekspertləri düşünürlər ki, yaxın iki - dörd il ərzində qarğıdalı, soya paxlası və buğda bazarlarında qiymətlər artmaqda davam edəcək. Çünki pandemiyanın təsirlərini aradan qaldırmaq üçün dünya iqtisadiyyatına uzun illər lazım gələcək.

Analitiklər öz fikirlərini tutarlı səbəblərlə izah edirlər. Birincisi, 2021-2022-ci illər mövsümündə heyvandarlıqda yemə tələb artacaq, həmçinin ərzaq istehlakında da artım gözlənilir, insanlar immuniteti yüksəkltmək üçün daha yaxşı və kalorili qidalanmağa üstünlük verirlər. Beynəlxalq analitkilərin fikrincə, bahalaşma həmçinin nəqliyyat xərclərindəki kəskin artımla bağlı olacaq ki, bu da idxal edilən ərzağın qiymətini daha da artıracaq./milli.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1596   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Ermənistanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərəcəkmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi İyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək. Bu gün hamını maraqlandıran sual Ermənistanda keçiriləcək parlament seçkilərinə Azərbaycan müşahidə heyəti göndərəcəkmi?. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildirib ki, Azərbaycandan mütəmadi olaraq başqa ölkələrd

13 may
.

Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak

11 may
.

Sabah 31 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal

13 may
.

Adil Kərimlinin alim dayısı vəfat etdi

Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib. "Qafqazinfo" xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib. O, bu gün Gəncə şəhərində "Köhnə Səbiskar" qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində A.Kərimli də iştirak edib. Qeyd edək ki

12 may
.

Süni intellekt insan təfəkkürünü zəiflədir, yoxsa imkanlarını genişləndirir? - AÇIQLAMA

Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə onun insan düşüncəsinə təsiri ilə bağlı müzakirələr də artır. Bəziləri hesab edir ki, AI insanları tənbəlləşdirir və düşünmə qabiliyyətini zəiflədir, digərləri isə bunu sadəcə işi asanlaşdıran texnoloji vasitə kimi qiymətləndirir. Bəs doğrudanmı insanla

12 may
.

Sabah 31 dərəcə isti olacaq

Azərbaycanda mayın 13-də havanın 31 dərəcə isti olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətl

12 may
.

Sumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb

Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb. Bu barədə -ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizli

12 may
.

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Biləcəri ETSİ ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-lu

12 may
.

Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video

Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək. "Qafqazinfo"nun xəbərinə görə, bu barədə "AzParking MMC"nin məlumatında bildirilib. Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyya

11 may