Kinoteatrlar bu tarixdə AÇILA BİLƏR - Nazirlik müraciət ETDİ - AÇIQLAMA
Artıq 2 ilə yaxındır ki, kinoteatrlar pandemiya ilə əlaqədar fəaliyyət göstərmir. Kinosevərlər "Cinema"ların açılacağı günü səbirsizliklə gözləyirlər. Bəs bu vaxta kimi kinoteatrların açılması üçün hansı qurumlara müraciət edilib?
Məsələ ilə bağlı Sonxeber.az-a "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə açıqlama verib.
O, Mədəniyyət Nazirliyinin bununla əlaqədar Operativ Qərargaha müraciət etdiyini vurğulayıb:
"Beynəlxalq təcrübəyə əsaslanaraq, fərqli yanaşma olmadığından, MDB ölkələri, Avropa, ABŞ, hetta Asiada və bunun kökü olan pandemiyanın başladığı bir çox digər inkişaf etmiş ölkələrdə yoluxma sayı azaldıqdan sonra kinoteatrların açılma ehtimalı çoxalır. Qonşu ölkə Rusiya və qardaş ölkə Türkiyədə isə kinoteatrlar artıq açılıb.
Məsələ ondan ibarətdir ki, insanlar zala yalnız "COVID-19 vaksin sertifikatı" ilə buraxılacaqlar. Ticarət mərkəzlərinə vaksinlə daxil olurlarsa, oradan da "Cinema"ya vaksinlə getmiş olacaqlar.
Zal mütləq hər dəfə xüsusi məhlullarla dezinfeksiya olunacaq. Beynəlxalq təcrübəyə əsaslanaraq, düşünürik ki, bir oturacaqdan bir olmaqla ara məsafəsi qoyulacaq.
Qeyd etmək istəyirəm ki, artıq dünyanın bir çox ölkələrində "Cinema"lar açılır. Bunun əsas səbəbi odur ki, noyabr-dekabr aylarında çox maraqlı dünya premyeraları gözlənilir. Bizdə də bununla bağlı Mədəniyyət Nazirliyinə müraciət olundu, nazirlik isə bununla bağlı Operativ Qərargaha müraciət edib. Biz inanırıq ki, qısa zamanda bu müraciətə baxılacaq və bizim xeyrimizə pozitiv qərar veriləcək".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2709 Tarix: 20 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər. xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdak
11 maySabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal
13 mayAdil Kərimlinin alim dayısı vəfat etdi
Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib. "Qafqazinfo" xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib. O, bu gün Gəncə şəhərində "Köhnə Səbiskar" qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində A.Kərimli də iştirak edib. Qeyd edək ki
12 maySabah 31 dərəcə isti olacaq
Azərbaycanda mayın 13-də havanın 31 dərəcə isti olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətl
12 maySumqayıtda bağçada mərmiyə bənzər əşyalar aşkarlanıb
Sumqayıt şəhəri 57 nömrəli körpələr evi uşaq bağçasında yardımçı otaqlardan birinə baxış zamanı mərmiyə bənzər iki əşya aşkarlanıb. Bu barədə -ə adıçəkilən təhsil müəssisəsindən məlumat verilib. Bildirilib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, ərazi nəzarətə götürülüb, təhlükəsizli
12 mayBu ərazilərdə 4 saat işıq olmayacaq
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Biləcəri ETSİ ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-lu
12 maySabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq - Video
Bakıda bəzi parklanma məntəqələrində məhdudiyyət tətbiq ediləcək. "Qafqazinfo"nun xəbərinə görə, bu barədə "AzParking MMC"nin məlumatında bildirilib. Qeyd olunub ki, Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə əlaqədar paytaxtda bir neçə məntəqədə nəqliyya
11 may