Hakimləri sevindirəcək addım - Qanuna dəyişikliyin DETALLARI
"Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik ediləcək.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov qanuna dəyişikliyin detallarını açıqlayıb.
Deputat bildirib ki, "Məhəkəmələr və hakimlər haqqında" qanunun 93-4-cü maddəsində hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən, yüksək hakim vəzifəsinə təyin edilə bilirlər:
"Qanunvericilikdə əvvəllər belə bir hal yox idi. Belə ki, 20 illik iş təcrübəsi hakim vəzifəsinə təyin olunan şəxslərin hakimlik stajına aid edilmirdi. İndi isə hakim təyin olunan şəxs əvvəllər hansısa bir qurumda hüquqşünas kimi çalışıbsa, 93-4-cü maddənin tələblərinə uyğun olaraq hakim vəzifəsinə təyin edilibsə, hüquqşünas kimi iş təcrübəsi onun hakimlik stajına əlavə olunur. 20 illik iş təcrübəsi varsa, 20 illik hakim stajına malik kimi hesablanır. Bu da gələcəkdə əmək haqqı, pensiya və digər məsələlərdə nəzərə alınır. Ümumilikdə müsbət dəyişiklikdir".
Qeyd edək ki, "Məhkəmələr və hakimlər haqqında" qanun 93-4-cü maddəsi (Hakim vəzifəsinə təyin edilmənin xüsusi qaydası) belədir: Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin I hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 illik iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan şəxslər bu Qanunun 93-3-cü maddəsində nəzərdə tutulmuş prosedurlardan kənar Məhkəmə-Hüquq Şurasının təklifinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada yüksək hakim vəzifələrinə təyin edilə bilərlər. Hakim vəzifəsindən öz arzusu ilə azad olunaraq, bu Qanunun 93-3-cü maddəsinin yeddinci hissəsində nəzərdə tutulan orqanlarda işləyən şəxs həmin maddədə nəzərdə tutulmuş prosedurlardan kənar, Məhkəmə-Hüquq Şurasında müsahibədən keçirilməklə, bu Qanunun 94-cü maddəsi ilə müəyyən edilmiş qaydada yenidən hakim vəzifəsinə təyin edilə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1350 Tarix: 20 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabrVətəndaş ABB-dən narazıdır
Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar
26 oktyabrBakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabrAli təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR
Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri
28 oktyabrYağış yağacaq, şimşək çaxacaq
Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ
28 oktyabrErmənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini
28 oktyabr