"ƏDV geri al" layihəsi ilə bağlı AÇIQLAMA

"ƏDV geri al" layihəsi ilə bağlı AÇIQLAMA"ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 119,7 milyon manatadək vəsait qaytarılıb.
Sonxeber.az xəbər verir ki, Azərbaycanda pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi 2020-ci ilin may ayından etibarən uğurla tətbiq edilir. Həmin tarixdən bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün yaradılmış xüsusi portalda (www.edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib, sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296.851.431 çek üzrə 119 milyon 660 min 913,04 manat həcmində ƏDV məbləği geri qaytarılıb. 2020-ci ilin may ayından indiyədək portala çek əlavə edən müştərilərin sayında sürətli artım dinamikası müşahidə edilir ki, bu da "ƏDV geri al" layihəsinə olan kütləvi marağın göstəricisidir.

Xatırladaq ki, istehlakçıların sistemə daxil etdiyi nəzarət-kassa aparatı (NKA) çekləri barədə məlumatların Dövlət Vergi Xidmətinin informasiya bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır və çekin təsdiqləndiyi dərhal istehlakçının elektron kabinetində əks olunur. Alınmış mallara görə ödənilmiş ƏDV istehlakçının portala müraciətinin daxil edildiyi tarixdən 30 gün müddətində müvəkkil bank tərəfindən qaytarılır. Bu müddət ərzində fiziki şəxs olan istehlakçılara pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizi qaytarılır.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəfin ƏDV ödəyicisi olması mütləqdir. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

Bununla belə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği); nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər.

Araşdırmalar göstərir ki, 2 min manatdan aşağı olan çeklər üzrə imtina hallarına səbəblər, əsasən, satıcının ƏDV ödəyicisi olmaması, alıcılar tərəfindən alınmış malların geri qaytarılması və ya çekin tərtib edildiyi vaxtdan 90 gün keçdikdən sonra sistemə daxil edilməsidir. Həmçinin, təcrübədə dəyəri 2 min manatdan yuxarı olan çeklər üzrə də müraciətlərin öz təsdiqini tapmaması hallarına rast gəlmək mümkündür. Buna səbəb məlumatların kassa çeklərində əks etdirilməli olan məlumatlarla uyğun gəlməməsi, malın adının "Sərbəst satış", "Satış", "Məhsulun adı" və s. bu kimi ümumi sözlər, bir hərf, rəqəm və ya yalnız rəqəmlərlə qeyd edilməsi, o cümlədən digər kod və rekvizitlərin tam şəkildə əks olunmamasıdır.

Bundan başqa, ƏDV-nin qaytarılması üçün NKA çekinin fiskal İD-sinin www.edvgerial.az portalına daxil edilməsi zamanı yeni nəsil NKA-nın quraşdırıldığı obyektin fəaliyyətinin pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyətinə uyğun olmadığı hallarda da müraciət sistem tərəfindən qəbul edilmir.

Qeyd edək ki, "Kapital Bank"ın "BirBank" və ya Azərbaycan Beynəlxalq Bankının "Iba mobile" tətbiqlərinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiqlər vasitəsilə də çekin üzərində olan QR kodu (çekin sonunda yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsini daha rahatlıqla geri ala bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2845   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR

Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri

28 oktyabr
.

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28 oktyabr
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

28 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr