Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanıldı - Video

Şəhid anasını oğlunun sağ olduğuna inandıran şəxslər saxlanıldı - VideoVətən müharibəsində iştirak edərək qəhrəmancasına həlak olmuş şəhidlərimizdən birinin qohumlarının Daxili İşlər Nazirliyinə etdikləri müraciətlə əlaqədar zəruri əməliyyat tədbirlərinə başlanılıb.

Sonxeber.az DİN-ə istinadən xəbər verir ki, araşdırma zamanı həmin şəhidin döyüşlərdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi, bundan sonra onun anasının övladının bəlkə də, dünyasını dəyişmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu "falçı"lara müraciət etməkdə gördüyü müəyyən edilib.

Bu məqsədlə o, Xəzər rayonunda yaşayan və "falçı" kimi tanıdığı bir qadına müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində "fala" baxaraq övladının dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu anasına bildirərək onu aldadıb. Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyətləri yaranıb və onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər.

Bundan sonra adları çəkilən şəxslər öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar. Bu şəxslər hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar. Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar. Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədərək bir neçə dəfə İxtiyar Orucovun telefonu ilə şəhidin anası ilə danışıb və sağ olduğuna dair onlarda yalnış təsəvvür yaradıb. Daha sonra hər iki şəxs şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsi ilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıb bu məqsədlə onladan 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.

Faktla bağlı Daxili İşlər Nazirıiyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İxtiyar Orucov və Balaxan Hüseynli tutularaq hər iki şəxsə ittiham elan edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Onlar şəxs ifadələrində törətdikləri qanun pozuntusunu etiraf ediblər. Hazırda həmin cinayət əməlinin digər iştirakçılarının olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1832   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR

Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri

28 oktyabr
.

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28 oktyabr
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

28 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr