Aslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görə

Aslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görə"Keşlə" futbol klubu hüquqşünas Aslan İsmayılovun feysbukda paytaxt təmsilçisi barədə yaydığı iddialara cavab verib.

"Qafqazinfo" xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı bəyanatda bunlar qeyd olunub:

"Keşlə" və AFFA haqqında şər və böhtan xarakterli məlumatlar paylaşan hüquqşünas Aslan İsmayılovun klubun guya hansısa borcunu ödəməməsi barədə ittihamları ilə bağlı bildiririk ki, "İnter PİK" MMC ilə "Keşlə Futbol Klubu" MMC arasında 2017-ci il 23 oktyabrda "İnter Arena"nın əvəzsiz istifadəsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə istifadə olunan ərazinin kommunal ödənişləri və əmlak vergisinin "Keşlə Futbol Klubu" MMC tərəfindən ödəniləcəyi qeyd edilib. 2018-ci il fevralın 1-də müqaviləyə 1 saylı dəyişiklik edilib, "İnter Arena"da sahələrdən isifadə üçün 13 000 manat ödəniləcəyi razılaşdırılıb (Kommunal ödənişlər və əmlak vergisi əlavə olaraq ödənilməklə).

2019-cu il martın 1-də isə "Keşlə Futbol Klubu İctimai Birliyi" rəhbərliyi, "Keşlə Futbol Klubu" MMC-nin "İnter PİK" MMC-yə olan 27 890 manat borcu ödəməyi öz üzərinə götürüb, bu öhədliklər aşağıda qeyd olunan tarixlərdə hissə-hissə icra edilib:

01.03.2019 – 3,000.00 (üç min) manat
24.07.2019 – 5,000.00 (beş min) manat
21.10.2019 – 3,000.00 (üç min) manat
26.11.2019 – 3,000.00 (üç min) manat
15.04.2020 – 2,000.00 (iki min) manat
10.09.2020 – 1,000.00 (bir min) manat
05.08.2021 – 2,000.00 (iki min) manat
02.09.2021 – 3,000.00 (üç min) manat
20.09.2021 – 3,000.00 (üç min) manat
20.09.2021 – 2,890.00 (iki min səkkiz yüz doxsan manat)

Ödənişlərdən də göründüyü kimi, qeyd olunan borc məbləği əvvəlcədən 5 800 manat olmayıb, razılığa uyğun olaraq, 27 890 manat vəsait "Keşlə" klubu tərəfindən hissə-hissə ödənilib", – vurğulanıb.

Bəyanatda qeyd olunub ki, hüquqi baxımdan heç bir aidiyyəti olmadığı halda Aslan İsmayılov "İnter PİK" MMC ilə "Keşlə Futbol Klubu İctimai Birliyi" arasında mövcud müqavilənin şərtlərinin yerinə yetirilməsi barədə ictimaiyyətə dəqiqləşdirilməmiş və yalan məlumat verib, bununla da klubun işgüzar nüfuzuna xələl gətirib:

"Aslan İsmayılovun "Keşlə" klubuna qərəzli münasibətini, klubumuzun adının hallandırılması vasitəsilə ictimaiyyətə yalan məlumat verməsini nəzərə alaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğundan məsələnin nəzarətə götürülməsini xahiş edirik".

Klub ödəniş çeklərini də rəsmi feysbuk hesabında paylaşıb.

Aslan İsmayılov da öz növbəsində "Keşlə"nin bəyanatını cavabsız qoymayıb. O, futbol klubunun bəyanatına cavab olaraq bildirib:

"Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ardınca "Keşlə" də mənə hədə-qorxu gəldi. Ancaq bunlar məhkəmə ilə yox, Prokurorluqla qorxudurlar. Yazdıqlarına və paylaşdıqları qəbzlərə diqqətlə baxın. Bunlarda vicdandan başqa, ağıl da yox imiş. Statusu bu gün, yəni 20 sentyabr 2021-ci ildə paylaşmışam. Bunlar da məni yalanda ittiham edib pulların ödənildiyini, yəni mənim yalan yazdığımı bildirirlər. Özlərinin paylaşdıqları qəbzlərdən də görünür ki, 5800 manat məbləğ bu gün, yəni 20.09.2021-ci il tarixində, yəni mən status yazandan sonra Paşa Bank vasitəsilə köçürülüb. Özü də pul alana tez çatsın deyə digər qəbzlərdən (standart yazılıb) fərqli olaraq, bu günə olan iki qəbzin Bank Qeydində "təcili" yazılıb. Ən yaxşı halda pul yiyəsinə sabah çatacaq. Bunların bu ağlı ilə futbolumuzun yaxşı günü ola da bilməzdi".

Qeyd edək ki, Aslan İsmayılovun məlum paylaşımı ilə bağlı AFFA da açıqlama yayıb.
Aslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görəAslan İsmayılovdan Baş Prokurorluğa müraciət edildi - Yazdığı statusa görə


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2626   Tarix: 20 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR

Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri

28 oktyabr
.

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28 oktyabr
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

28 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr