Ərdoğan: "Türk Evi ABŞ-da yaşayan qohum xalqlara və dost cəmiyyətlərə xidmət göstərəcək"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evinin açılışında 36 mərtəbəli binanın təkcə Türkiyə vətəndaşları və soydaşlarına deyil, həmçinin ABŞ-da yaşayan qohum xalqlara və dost cəmiyyətlərə də xidmət göstərəcəyini, qurumun qapılarının hər kəsin üzünə açıq olduğunu bildirib.
O, yeni mərkəzin ərsəyə gəlməsində Türkiyənin mərhum sabiq prezidenti Süleyman Dəmirəl başda olmaqla, bir çox şəxslərin xidmətlərini qeyd edib.
"Türk Evi keçmiş xarici işlər nazirimiz mərhum İhsan Sabri Çağlayangil tərəfindən dövlətimizə qazandırılan torpaq sahəsi üzərində inşa edilib. 1977-2013-cü illərdə xidmət göstərən binamızı yeniləməyə qərar verdik və buna nail olduq. Bu binanın Nyu-Yorkda BMT-nin qarşısında inşa olunması xüsusi bir məna daşıyır. Türkiyə BMT-nin qurucu üzvlərindən biri olaraq beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olması üçün göstərilən fəaliyyətlərə aktiv dəstək verir", - deyə dövlət başçısı bəyan edib.
Ərdoğanın sözlərinə görə, Türk Evində ölkənin BMT-dəki daimi nümayəndəliyi, Nyu-Yorkdakı konsulluğu və Şimali Kipr Türk Cümhuriyyətinin daimi təmsilçiliyi yerləşəcək. Bina Türkiyə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərəcək./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1391 Tarix: 20 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropa Azərbaycanla əməkdaşlığı genişləndirir
Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin iyulun 1-də Azərbaycana səfəri 2022-ci ildən sonra onun ölkəmizə ikinci səfəri kimi dəyərləndirilir. Belə ki, 2022-ci ildə Ursula fon der Lyayen Azərbaycana səfər etmiş və həmin səfər çərçivəsində Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsind
2 iyulİlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Türkiyə Respublikasının ədliyyə naziri Akın Gürleki qəbul edib. AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Akın Gürlek Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizi
2 iyul"Türk xalqlarının birliyi ideyası əsrlər boyu formalaşıb" - DEPUTAT
"Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb", - bunları -a danışa
30 iyunİlham Əliyev Aleksandr Lukaşenkonu təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Dövlət bayramı - Belarus Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularım
3 iyul