Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdı

Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdıRüşvət ittihamı ilə həbs edilən Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin cinayət işi üzrə bəzi məqamlar bəlli olub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ittihama əsasən, İmran Ağayev koronaviruslu xəstələrin Hospitalın "VİP korpusu"na yerləşdirilməsi qarşılığında köməkçisi Qulu Orucov vasitəsilə qanunsuz şəkildə pul yığıb.

Q.Orucov ittiham üzrə özünü təqsirli bilərək törətdiyi əməlləri etiraf edib: "Hospitalda qeydiyyatçı vəzifəsində işləyirdim. Eyni zamanda İmran həkimin qeyri-rəsmi köməkçisi idim. İmran Ağayev "Medi Style" klinikasının direktoru olduğundan həmin klinikada baş həkimin müavini vəzifəsində işləyən Lamiyə Əzizova ilə də qiyabi tanışlığım var idi. Lamiyə bir neçə dəfə "Medi Style"a müraciət etmiş COVID-19 xəstələrinin bizim Hospitala yerləşdirilməsini xahiş edib. Aprelin 10-da Lamiyə ərinin qohumları olan iki nəfərin xəstəxanaya yerləşdirilməsini xahiş etdi. Buna görə 4 min manat verməsini dedim. Xəstələr hospitala yerləşdirildikdən sonra palatada onlardan pulu aldım. Daha sonra İmran həkimin otağında özünə verdim".

Q.Orucovun sözlərinə görə, baş həkim bu işin qarşılığında ona 200 manat "şirinlik" verib. O, həmçinin etiraf edib ki, 2021-ci ilin martında hospitalda müalicə alan FHN-in əməkdaşını pul müqabilində 20-ci korpusdan "VİP korpus"a köçürüb. Bu iş üçün aldığı 500 manatı baş həkimə verib. İmran Ağayev həmin puldan ona 100 manat qaytarıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Lamiyə Əzizova və Qulu Orucov xəstələrin klinikaya yerləşdirilməsi və ödənişlə bağlı məsələləri vatsapda yazışaraq həll ediblər. Həmin mesajları təqdim edirik:

Lamiyə Əzizova: Qulu müəllim, VİP razılaşdı. Ambulansı göndərirəm, 4 min manat ödəniş edəcəklər. Ər-arvaddırlar, yoldaşımın qohumlarıdır. 30 dəqiqəyə orada olacaqlar. Analiz verməyiblər, artıq orada gotürərlər də.

Bundan sonra L. Əzizova xəstələrin şəxsiyyət vəsiqəsinin şəkillərini ona göndərib.

Q.Orucov: Mən indi bunları 14-ə keçirim, 14 verim bunlara, ya 18? 14 bildiyiniz məhşur 14-dür. 18 isə yeni açılan VİP-dir. Yaxşı rentgen elətdirərik.
Koronavirus xəstələrindən pulu belə alıblar - Mesajlar üzə çıxdıL.Əzizova: Vallah bilmirəm ki, siz hansını məsləhət görürsüz. Ətrafları genişdir, gedib reklam edəcəklər. Yaxşı yer deyin.

İmran Ağayevin köməkçisi Qulu Orucov və Lamiyə Əzizova daha sonra ödənişin necə ediləcəyi ilə bağlı danışıblar. Q.Orucov ödənişi kimə edəcəklərini soruşub.

L.Əzizova: Sizə etsinlər də. Ambulansa 600 ödəyəcəklər, qalanını da ora ödəsinlər, ya ambulansa?

Q.Orucov: Yox, səhər özüm gedəcəyəm yanlarına, birinci 18-ə verirəm. Bəyənsələr qalarlar orada, bəyənməsələr 14-ə keçirərəm. Özüm götürərəm, 14-də indi boş palatam yoxdur.

L.Əzizovanın "Onda mən heç nə deməyim özlərinə orada başa salarlar, qəbulda" mesajına cavab olaraq Q.Orucov "Nə başa salsınlar? Heç kimə pul deməsinlər, səhər mən yaxınlaşacağam" yazıb.

Q.Orucov: Lamiyə xanım istəyirsizsə, Təcili Tibbi Yardıma ödəniş eliyəndə "summa"nı da ödəsinlər. Sizə necə uyğundursa, elə də edək. Mən indi gecə orada deyiləm, istəmirəm orada kiməsə versinlər, kimsənin məlumatı olsun bununla bağlı. İstəyirsizsə, təcili tibbi yardıma versinlər, onlar da sizə çatdırar, siz özünüz doktora verərsiniz. Necə istəyirsiz.

L.Əzizova: Yox, daha bir də desəm, özümə qarşı şübhə yaradacağam, dedim səhər sizə yaxınlaşacaqlar.

Q.Orucov: Yaxşı, nə vaxt gəlirlər? 15-ə verəcəm, 15-ci korpus (VİP)

Səhəri gün Q.Orucov Lamiyəyə "Sabahınız xeyir, mən onlara dəydim, keflərini soruşdum, siz özünüz danışa bilərsiniz o məsələni? Üstlərindədirmi, gedim götürümmü mən onu?" mesajını yazıb.

L.Əzizova isə "Qulu müəllim, mən onlara demişdim ki, səhər sizə yaxınlaşacaqlar, yəni deyəcəklər ki, ödənişi edin. Siz yaxınlaşıb deyə bilərsiniz, ödənişə görə yaxınlaşmısız. Bir də onlara deyin ki, ödənişi mənə edəcəksiniz, vəssalam, onlar biləcəklər".

Baş həkim İmran Ağayev isə ittihamlar üzrə özünü təqsirli bilməyib. O, hospitalda müalicənin tamamilə pulsuz olduğunu bildirib: "2020-ci ilin iyul ayından FHN-in Tibb Xidmətinin rəisi Kamran Əliyevlə "Medi Style" Hospital MMC-nin direktoru kimi müqavilə bağladıq. Əvvəllər həmin xəstəxanaya xəstələr Təcilli Tibbi yardım briqadaları, eləcə də müxtəlif özəl xəstəxanalardan gətirilirdi. 2021-ci ilin fevralından TƏBİB-in göstərişi əsasında xəstəxanaya yalnız Təcilli Tibbi yardım briqadaları tərəfindən gətirilən xəstələr yerləşdirildi. Lamiyə məndən qohumları ilə bağlı məsələni xahiş edəndə bildirdim ki, kiminsə pul müqabilində xəstəxanaya yerləşdirilməsi mümkün deyil. Lakin vətəndaş Təcili Tibbi yardım maşını ilə deyil, hər hansı özəl klinikanın öz ambulans maşını ilə xəstəxanaya gətirəndə özəl klinikaya ödəniş edə bilər, bunun xəstəxanaya heç bir aidiyyəti yoxdur".

Qeyd edək ki, İmran Ağayev Fövqəladə Hallar nazirinin müavini Faiq Tağızadənin bacısı oğludur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2202   Tarix: 21 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR

Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri

28 oktyabr
.

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28 oktyabr
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

28 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr