Bakıda iranlı qadınla sevgi yaşayan 25 yaşlı oğlanın başına gələnlər – TƏFƏRRÜAT

Bakıda iranlı qadınla sevgi yaşayan 25 yaşlı oğlanın başına gələnlər – TƏFƏRRÜATSentyabrın 17-də Nizami rayon Məhkəməsində Masallı rayon Qarğalıq kənd sakini, 1995-ci il təvəllüdlü Sadiq Mürsəlov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az xəbər verir ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə maraqlı faktlar üzə çıxıb.

Bəlli olub ki, Sadiq 2019-cu ildə instaqram sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı, BMT-nin nəzarəti altında Bakıda yaşayan Şirin adlı qadınla tanış olub. İlkin vaxtlarda qadın ona İranda yaşadığını bildirib və onlar arasında sevgi münasibəti formalaşıb. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs deyib:

"Tanışlıq müddətində hər ikimiz bir-birimizə şəxsi foto və videolarımızı göndərmişik. Şirin könüllü olaraq özünün çılpaq və yarımçılpaq foto və video görüntülərini "Telegram" sosial şəbəkəsi üzərindən mənə göndərib. Danışıqlarının birində həmin qadın yaxın vaxtlarda Bakı şəhərinə gələcəyini və mənimlə görüşmək istədiyini dedikdə mən də Bakı şəhərinə gəlib, qardaşım Anarın mənzilində bir neçə gün qonaq qaldım. Şirinlə ilk görüşümüz 01 fevral 2020-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən "Ganjlik Mail" ticarət mərkəzindəki açıq restoranların birində oldu. Həmin vaxt bərabər şəkil çəkdirdik. Bundan bir neçə gün sonra, 03 fevral 2020-ci il tarixdə Şirinlə ikinci görüşümüz Qara Qarayev metrostansiyasının yaxınlığındakı çay evində baş tutdu. Bu dəfə də hər ikimizin istəyi ilə xatirə olaraq yaymamaq, paylaşmamaq, özündə saxlamaq məqsədi ilə mobil telefonla fotoşəkillər çəkdik. 20 yanvar 2021-ci il tarixinədək Şirinlə mütəmadi əlaqə saxladıq. 12 yanvar 2021-ci il tarixində Şirin "Telegram" sosial şəbəkəsi vasitəsi ilə mənə sms göndərib, yazışmalarının, foto və video görüntü paylaşımlarının atası tərəfindən aşkar edildiyini və bunu araşdırmağı Bakı şəhərində yaşayan dostuna həvalə etdiyini dedi. Həmin gün mənə zəng gəldi, tanımadığım kişi səsi ilə danışan biri hansı səbəbdən xanımı narahat etdiyimi soruşdu, ardınca məni təhqir etməyə başladı. Güman etdim ki, bu şəxs Şirinin dediyi kimi ya Bakıda yaşayan dostu, ya da ki, onu tanıyan, köhnə sevgililərindən biridir".

Sadiq bildirib ki, əvvəldən Şirinin subay olduğunu düşünüb. Yalnız bu ilin fevral ayında ona edilən zəngdən sonra onun 10 ildən artıqdır evil olmasını, 10 yaşında övladının olduğunu bilib: "3 fevral 2020-ci il tarixdə Şirin mənə təkrar sms yazaraq, atasının bu dəfə telefonunda yazışmalarını tutduğunu bildirdi və tapşırdı ki, mənə tanımadığım nömrələrdən zəng gələrsə, cavablandırmayım. Bir neçə gün zəng edilən həmin nömrədən eyni kişi səsi ilə danışan şəxs zəng edib, Şirinin həyat yoldaşı olduğunu, 10 ildir ki, evli olduğunu, Şirin adı tanıdığı şəxsin həqiqətdə adının Faezeh olduğunu, artıq uzun müddətdir ki, Bakıda yaşadıqlarını, 10 yaşında qızının olduğunu bildirdi və onun arvadı ilə olan münasibətim haqqında maraqlanmağa başladı. Mən bildirdim ki, bu məsələdən əl çəksin, əlimdə arvadının o qədər şəkili var, bu şəkillərdən istifadə edərsəm, yaxşı olmaz. Şirinin əri olduğunu iddia edən şəxs onun bu sözündən sonra əlimdə olan foto və video çəkilişləri göndərməyimi istədi. Mən də onu inandırmaq üçün "Ganjlik Mail"da və çayxanaların birində çəkdirdiyimiz, arvadının yanağından öpdüyüm anın görüntüsü olan fotoşəkili göndərdim".

Gizli münasibətdə olduğu iranlı qadının ərinin Sadiqdən foto və videoları silməsini tələb etməsindən sonra o, qarşı tərəfdən 5 min manat tələb edib və pulu onlayn qaydada göndərməsini istəyib. Bundan sonra İran vətəndaşı olan N.N Nizami rayon 25-ci Polis Bölməsinə şikayət edib.

Məhkəmə prosesində zərərçəkmiş şəxs kimi tanınan iranlı qadın həqiqətən Sadiqlə sevgi münasibətində olduğunu, onunla görüşdüyünü təsdiq edib. O, son vaxtlar hipomaniya xəstəliyindən əziyyət çəkdiyini, buna görə də etdiyi hərəkətlərin ciddiyətini anlamadığını vurğulayıb. Şirin N. artıq Sadiqlə barışdıqlarını, ona yüngül cəza verilməsini xahiş edib.

Fevralın 15-də tutulan Sadiq 2 gün sonra polisin nəzarətində olmaqla sərbəxt buraxılıb. Nizami rayon Məhkəməsi isə onun 3 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib və gənc oğlan sentyabrın 17-də məhkəmə zalında həbs edilib./AZXEBER.COM


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2850   Tarix: 21 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR

Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri

28 oktyabr
.

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28 oktyabr
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

28 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr