Bakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTO

Bakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTO4 səviyyədən ibarət olacaq Bənövşəyi xəttin 4-cü stansiyasının inşasına başlanılıb.

Bu barədə Oxu.Az-a "Bakı metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, Bənövşəyi xəttin "Memar Əcəmi" və "8 Noyabr" stansiyalarında olduğu kimi, burada da tikinti "Qruntda divar" üsulu ilə aparılıb. Bu üsul ekoloji cəhətdən daha təmiz olması ilə yanaşı, məhdud məkanda inşaatın effektiv aparılmasına, habelə qənaətə nail olmağa imkan verir.

Bu üsulun tələblərinə uyğun olaraq, tikinti işlərinə qədər "Divarda qrunt"un monolit dəmir-beton panelləri quraşdırılıb. Ötən dövrdə 1010 və 1021 metr uzunluğunda olan iki tunelin inşası da başa çatdırılıb.

Stansiya kompleksinin ümumi uzunluğu 170 metrdir və üç inşaat zonasından ibarətdir. İnşaatın birinci mərhələsi kimi ərazidə torpaq örtüyü hamarlanıb. Birinci zonada tikinti-quraşdırma işlərinə başlanılıb və örtüyün armatur-karkas elementləri yığılır. Bir hissəsi artıq betonlanıb.

Stansiyanın dərinliyi yerləşdiyi ərazinin relyefindən asılı olaraq 29-32 metrdir. Bu kompleks 4 səviyyədən ibarət olacaq. Yuxarı səviyyədə kassa zalı və vestibül yerləşəcək. İkincisi keçid və yaxud texniki səviyyədir. Üçüncü səviyyə platformaya keçid xarakterli mezonin səviyyəsi olacaq. Platforma səviyyəsində qatarların hərəkət edəcəyi stansiya yolu və gözləmə zalı yerləşəcək. Platforma Bənövşəyi xəttin digər stansiyaları kimi 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Uzunluğu 144 metr olan platformanın altı texniki qurğular üçün nəzərdə tutulub.

Stansiyanın 4 giriş-çıxışı yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək. Burada da səviyyədən səviyyəyə keçid məqsədilə eskalatorlar quraşdırlacaq və pilləkənlər inşa olunacaq. Xəttin digər stansiyaları kimi burada da əlil arabalarının stansiyaya düşürülməsi üçün liftlər quraşdırılacaq.

Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. "B-04" stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.

Qeyd edək ki, şərti adı "B-04" olan stansiya Bənövşəyi xətt üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşir.
Bakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTOBakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTOBakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTOBakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTOBakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTOBakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTOBakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTOBakıda yeni metro stansiyasının inşasına başlanıldı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1973   Tarix: 21 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək

"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format

27 oktyabr
.

Vətəndaş ABB-dən narazıdır

Son vaxtlar sosial şəbəkələrdə vətəndaşların banklarla bağlı narazılıqları bitmir. Bu dəfə şikayət Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlıdır. xəbər verir ki, vətəndaş sosial şəbəkədə sözügedən bankdan narazılığını bildirib. "3 gündür ABB operatorları bir mesaja baxıb cavab verə bilmirlər? Kar

26 oktyabr
.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ali təhsil daha əlçatan ola bilər: Təhsil kreditləri ilə bağlı TƏKLİFLƏR

Azərbaycanda ali təhsil almaq istəyən tələbələr üçün təhsil haqqı və digər xərclər bəzən ciddi maliyyə çətinlikləri yaradır. Təhsil Tələbə Krediti Fondunun təqdim etdiyi imkanlar bu yükün azaldılmasına xidmət etsə də, kreditlərin əldə olunma şərtləri, faiz dərəcələri və geri ödəniş qaydalarının tələbələri

28 oktyabr
.

Yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 29-da ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağ

28 oktyabr
.

Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. 2020-ci il oktyabrın 28-də düşmənin silahlı birləşmələri şəhərdə dinc sakinlərin sıx məskunlaşdığı yaşayış məntəqələrini, mülki və ticarət obyektlərini

28 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

"Həzi Aslanov"-"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olundu

"Həzi Aslanov"İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub. Qaynarinfo xəbər verir ki, "Həzi Aslanov"Əhmədli" sahəsində tətbiq edilən məkik hərəkət ləğv edilib. "İçərişəhər"Həzi Aslanov" istiqamətində birbaşa hərəkət bərpa edilib. Xatırladaq ki

27 oktyabr