Kartof həm qida, həm də müalicə vasitəsidir

Kartof həm qida, həm də müalicə vasitəsidirKartof bəşər tarixində yetişdirilən ən qiymətli ərzaq növlərindən biridir.

Bəzi slavyan ölkələrində "ikinci çörək" adlandırılan kartof mətbəxdə geniş istifadə edilir. Çox az xörək, qəlyanaltı və salat tapmaq olar ki, onun hazırlanmasında kartofdan istifadə edilməsin. Əvvəllər kartofdan ərzaq kimi istifadə olunmurdu. Almaniyada dekorativ bitki kimi onu park və bağlarda əkir, Fransada isə qadınlar kartof çiçəkləri ilə saçlarını bəzəyirdilər.

Rusiyada ilk dəfə kartofun dadına I Pyotr baxıb. İlk dəfə fri-kartof Amerika prezidenti Tomas Cefersonun aşpazı tərəfindən qonaqlar üçün hazırlanıb. 2000-ci ildə Belarusun paytaxtı Minskdə kartofa heykəl qoyulub. 2008-ci ildə isə BMT tərəfindən "Kartof ili" elan edilib. Kartof eyni zamanda çəkisizlik şəraitinə düşən ilk tərəvəzdir. 1995-ci ildə onu "Kolumbiya" kosmik gəmisində də yetişdiriblər.

Sonxeber.az Azertag.az-a istinadən bildirir ki, statistikaya görə, il ərzində hər ABŞ vətəndaşı il ərzində 60, almanlar 120, belaruslar 180 kiloqram kartof yeyir. İslandiyada ən yaxşı içki növlərindən biri kartofdan hazırlanır.

Kartof qanda xolesterinin tərkibini aşağı salır, arterial təzyiqin tənzimlənməsinə kömək edir. Sellüloza və pektin maddələri ilə zəngin olan kartof bağırsaqlar üçün çox faydalıdır. Kartof nişastası əsasında bişirilən kisel mədə və bağırsağı təmizləyir, toplanan zərərli maddələri aparır, iltihab əleyhinə təsir göstərir, selikli qişanın bərpa olunmasına kömək edir.

Çiy kartof şirəsi qıcqırmanı aradan qaldırır, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi zamanı müalicəni sürətləndirir.

Kartofdan kosmetoloji məqsədlərlə də istifadə olunur.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2335   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Koronavirusa qarşı kimin immuniteti daha güclüdür?

Çində koronavirusa yoluxmuş 70 min insanın analizləri əsasında araşdırma aparılıb. Məlum olub ki, bu xəstəliyin yalnız 1% -i uşaqlarda və yeniyetmələrdə olur. Ən az risk 0-19 yaş arasıdır. Həkimlər bunu yaşdan asılı olaraq orqanizmin qoruyucu funksiyalarının zəifləməsi ilə əlaqələndirirlər. Uşaqları

8 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

On qaşıq bal, üç diş sarımsaq - İnsanları qışdan çıxaran təbii üsullar

Qışın yaxınlaşdığı günlərdə mövsümi dəyişikliklərə hazır olmaq lazımdır. Bunu üçün antibiotik əvəzinə ən təsirli qidalardan istifadə etmək məsləhət görülür. -a istinadən həmin qidaları təqdim edir:. İspanaq antioksidant baxımdan son dərəcə zəngin olduğu üçün orqanizmi hüceyrə səviyyəsində qoruyar. Faydalanma

10 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Vitamin və minerallarla zəngin QİDALAR

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs

11 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021