Qohumunu qəsdən "Niva" ilə vurub öldürən şəxs saxlanıldı
Goranboy rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Sonxeber.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 22-i saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin qohumu, 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi "Niva" markalı avtomobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ə.Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən F.Qasımov şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1545 Tarix: 23 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kəlbəcərdə otlaq sahədə mina partladı
Kəlbəcər rayonunda mina hadisəsi baş verib. -ın məlumatına görə, hadisə otlaq sahədə baş verib. Ərazidə ard-arda iki mina partlayışının olduğu bildirilir. Hadisə nəticəsində bir neçə heyvan tələf olub, sakinlərdən xəsarət alan yoxdur. Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) -ın sorğusuna cava
10 iyulXaçmazda elektrik dirəyindən yıxılan kişi ölüb
Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoçaqlı kəndində qeydə alınıb. Belə ki, 1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dirəyində naqil quraşdırarkən hündürlükdən yıxılıb və aldığı xəsarətlər nəticəsind
12 iyulPitbullun hücumuna məruz qalan 4 yaşlı qız həyatını itirib
Almaniyanın Maqdeburq şəhəri yaxınlığında baş verən faciəvi hadisədə pitbull cinsindən olan it 4 yaşlı qıza hücum edib. Ağır xəsarətlər alan azyaşlı həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Maqdeburq yaxınlığındakı Osternienburge
10 iyul13 yaşlı qızın hicabla hovuza girməsinə mane olan rus qadın həbs edildi
Türkiyənin Antalya vilayətinin Alanya rayonunda yaşayış kompleksinin ümumi istifadə üçün nəzərdə tutulmuş hovuzunda baş verdiyi bildirilən hadisə ictimaiyyətin geniş müzakirəsinə səbəb olub. İddialara görə, 13 yaşlı qızın hicab ilə hovuza daxil olmasına saytın Rusiya vətəndaşı olan idarəçisi mane olub
10 iyulAğır yol qəzası: eyni ailədən 3 nəfər həlak olub
Türkiyənin Malatya vilayətinin Arguvan rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində eyni ailənin üç üzvü həyatını itirib, bir nəfər isə xəsarət alıb. xarici mediaya istinadla xəbər verir ki, qəza Arguvan rayonunun Morhamam məhəlləsi ərazisində qeydə alınıb. İlkin məlumat
6 iyulMəhkəmə binası qarşısında silahlı insident: 2 nəfər yaralanıb - VİDEO
Türkiyənin Adana vilayətinin Kozan rayonunda məhkəmə binasının qarşısında iki qrup arasında baş verən silahlı insident nəticəsində 2 nəfər ayağından yaralanıb. xarici mediaya istinadla xəbər verir ki, hələlik naməlum səbəbdən başlayan mübahisə qısa müddət ərzində silahlı qarşıdurmaya çevrilib. Tərəfləri
8 iyul"Gözümə gün düşdü" - Aşan avtobusun sürücüsü DANIŞDI+VİDEO
Xəbər verdiyimiz kimi, Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu sərnişin avtobusu aşıb. "Qafqazinfo" xəbər verir ki, həmin avtobusun sürücüsü Ramil Abışov hadisə ilə bağlı danışıb. O, qəza anını belə təsvir edib:. "Restorandan çıxıb gəlirdim, hava təzə-təzə işıqlanırdı. Gözüm
12 iyulElə bir paylaşım etdi ki, 89 polis gecə boyu onu axtardı - VİDEO
Türkiyənin Şırnak şəhərində sosial şəbəkədə vida xarakterli video paylaşdıqdan sonra itkin düşən 14 yaşlı B.B.B. polis əməkdaşlarının gecə boyu apardığı axtarış nəticəsində sağ-salamat tapılıb. xarici mediaya istinadla xəbər verir ki, yeniyetmə itkin düşməzdən əvvəl "Snapchat" hesabında "Bildiyini
9 iyul