Azərbaycanda şəhid atası saxlanıldı: Qudasını öldürüb

Azərbaycanda şəhid atası saxlanıldı: Qudasını öldürübGoranboy rayonunda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.

Bu barədə AZXEBER.COM-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, sentyabrın 22-i saat 14 radələrində 1966-cı il təvəllüdlü Fərrux Qasımovun xəsarət alması nəticəsində ölməsi barədə Goranboy Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin qohumu, 1956-cı il təvəllüdlü Əmiraslan Nağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı idarə etdiyi "Niva" markalı avtomobillə Fərrux Qasımovun üzərinə sürməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Əmiraslan Nağıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Əmiraslan Nağıyev Vətən müharibəsi şəhidi, gizir Vüsal Nağıyevin atasıdır. Hadisə zamanı dünyasını dəyişən Fərrux Qasımov isə şəhidin qayınatası olmaqla yanaşı, eyni zamanda da dayısıdır. Hadisə şəhid Vüsal Nağıyevin adını daşıyan küçədə baş verib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2557   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı (VİDEO)

Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib. Sakinlər də çətinliklə hərəkət edirlər. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki

12 may
.

May pensiyaları bu tarixdə ödəniləcək

Mayın 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Həmçinin bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcə

13 may
.

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!

Azərbaycanın avtomobil yollarında mayın 12-də müşahidə ediləcək vəziyyət açıqlanıb.​. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarınd

11 may
.

Lökbatandakı yanğının nəticəsi açıqlandı: Anbarın 21 min kvadratmetri yanıb

Ötən gün Lökbatanda baş verən yanğında anbarın 21 min kvadratmetri yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 00 kvadratmetr olan müxtəlif təyinatl

13 may
.

Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)

Birinci Qarabağ müharibəsinin daha 3 itkin-şəhidi dəfn olunacaq. Qaynarinfo xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumatında bildirilib. İtkin-şəhidlərin hər 3-ü hərbçidir.Daha 3 itkin-şəhi

13 may
.

Sabah 31 dərəcə isti olacaq

Azərbaycanda mayın 13-də havanın 31 dərəcə isti olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətl

12 may
.

Bakıda yerüstü və yeraltı piyada keçidlərində eskalator və liftlərin yenilənməsinə başlanılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Bakı şəhərində yerləşən yerüstü və yeraltı piyada keçidlərində eskalator və bəzi liftlərin yenilənməsi istiqamətində hazırlıq işlərinə başlanılır. Bu işlər çərçivəsində sakinlərdən daxil olan şikayətlər əsasında paytaxtı

12 may
.

Azərbaycanda hantavirus yayılıb? (RƏSMİ)

Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə

12 may
.

Məşhur tarixi abidənin sökülməsi böyük narazılıq yaratdı

İstanbulun Sancaktepe rayonunda üzərində Səlcuq simvolu, Osmanlı tuğrası və ay-ulduz yerləşən abidənin sökülməsi zamanı ortaya çıxan görüntülər böyük narazılıq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, abidənin sökülməsi zamanı çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olu

12 may