Nazirlikdən daha bir qazi ilə bağlı AÇIQLAMA
Vətən müharibəsi qazisi Səid İskəndərov 44 günlük Vətən müharibəsində iştirak etdiyi üçün ona verilən "Xocavəndin azad olunmasına görə" medalını satışa çıxarıb.
O, diqqətdən kənarda qaldığı üçün belə bir addım atdığını bildirib.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial mediada medalını ehtiyac üzündən satmaq istədiyini elan edən Vətən müharibəsi iştirakçısı İskəndərov Səid İman oğlu ilə əlaqə saxlanılıb:
"O, 27.07.2021-ci il tarixdə Hərbi hospitalda müayinədən keçdiyini, müayinə sənədləri olduğunu, lakin əlilliyinin qiymətləndirilməsi üçün hərbi həkim komissiyası tərəfindən hələ şəhadətnamə təqdim olunmadığını və tibb müəssisəsi tərəfindən göndəriş (F-88) daxil edilmədiyini bildirib.
Məlumat üçün bildirik ki, hərbi həkim komissiyasının həmin şəhadətnaməsi şəxsin xəsarət və ya xəstəliklərinin hərbi səbəblə əlaqəsini təsdiq edir.
S.İskəndərov barəsində qeyd olunan şəhadətnamə təqdim olunduqda və e-sistemə göndəriş daxil edildikdə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinəyə cəlb edilərək əlilliyi qiymətləndiriləcək".
Qeyd edilib ki, hazırda onun sağlamlıq durumu fiziki baxımdan normaldır:
"Yalnız psixoloji dəstəyə ehtiyacı var. S.İskəndərov işsiz deyil, hazırda "Azərpoçt" MMC-də əməliyyatçı (aylıq əməkhaqqı 320 manat) işləyir. Ona Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") tərəfindən sığorta ödənişi (550 manat) və "YAŞAT" Fondu tərəfindən maddi-məişət şəraitinin yaxşılaşdırılmasına dəstək olaraq maddi yardım (2500 manat) edilib.
S.İskəndərovun istəyi daha yüksək əməkhaqqı olan işdə çalışmaq və ya özünüməşğulluq proqramına cəlb edilməkdir.
İşsiz olmadığı üçün həmin proqrama cəlb edilməsi mümkün olmasa da, S.İskəndərov gün ərzində ərazi məşğulluq mərkəzinə müraciət edəcək və yüksək əməkhaqqı olan vakansiyalarla tanış olacaq. İstəyinə və əmək bacarıqlarına uyğun olduğu halda yüksək əməkhaqqı olan işlə təmin olunacaq.
S.İskəndərov ona ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlillik dərəcəsi təyin edildiyi halda dövlət tərəfindən mənzillə təmin edilmək üçün qeydiyyata alına bilər.
O, həssas qrupların ərzaq dəstəyi ilə təminatı proqramı ilə əhatə olunmaq üçün qeydiyyata alınıb".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1827 Tarix: 23 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabrTelekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy
27 oktyabrAğac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabr