"BakıKart"ın balansını onlayn artırmaq mümkün oldu -VİDEO
Bakı Nəqliyyat Agentliyinin (BNA) həyata keçirdiyi tədbirlər nəticəsində mövcud avtobus parkının 70%-dən çoxu "BakıKart" sisteminə inteqrasiya edilib.
Sonxeber.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, "BakıKart"a inteqrasiya əmək münasibətlərinin rəsmiləşdirilməsi, şəffaflığın artırılması baxımından vacibdir. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi, həmçinin nəqliyyat axının intellektual idarə olunması və sərnişin axının öyərnilməsi üçün də önəmlidir.
İş prosesinə uyğun olaraq digər marşrut xətlərinin də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiyası nəzərdə tutulub.
Bununla yanaşı vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadə edə bilməsi üçün də işlər davam etdirilir. Bununla bağlı fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub.
İlkin mərhələdə internet portalı üzrəindən ödəmə sistemini sərnişinlərimizin istifadəsinə təqdim edirik. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır. Kartın balansını 2 üsulla artırmaq mümkündür: birbaşa və ya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur. Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.
Həmçinin, "BakıKart" sisteminə inteqrasiya olunan "MilliÖn" ödəmə terminallarının sayı artırılaraq 1 000-ə çatdırılıb. Vətəndaşlar artıq yalnız avtobus dayanacaq məntəqələrində deyil, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində, marketlərdə yerləşdirilən "MilliÖn" terminalları vasitəsilə də "BakıKartın" balansını artıra biləcək. Yaxın bir həftə ərzində isə Bakıdakı "MilliÖn" terminallarında "BakıKart" ödənişi qəbul olunacaq. Məlumat üçün bildiririk ki, sərnişin ödəmə terminalının əsas ekranında nəqliyyat xidmətləri bölümünə daxil olaraq "BakıKart" işarəsini seçib kartı kart oxuyucuya yerləşdirərək ödəniş edə bilər.
Növbəti mərhələdə digər ödəmə və balans artırma üsullarının da tətbiqi istiqamətin işlər davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2047 Tarix: 24 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Göyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabrAylıq ödəniş gecikdi, mənzil satışa çıxarıldı? - SAKİNLƏRİN NƏZƏRİNƏ
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) aylıq ödənişlər gecikdiyi üçün sakinlərə əvvəlcədən xəbərdarlıq etmədən mənzilləri satışa çıxarması mülkiyyət hüquqları və müqavilə öhdəlikləri ilə bağlı ciddi suallar yaradır. Belə hallarda mənzilin hüquqi statusu, sakinlə MTK arasında bağlanmış müqaviləni
27 oktyabr"BakuBus" MMC-dən Sonxeber.az-ın yazısına REAKSİYA
Bir neçə gün öncə 13 nömrəli avtobusun hərəkət intervalı ilə bağlı yazmışdıq. -ın sorğusuna BakuBus MMC-dən cavab gəlib. Qurumun mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 13 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti hərəkə
26 oktyabrMasallının keçmiş icra başçısı Rusiyada vəfat etdi
Masallı Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Teymur Yəhyayev 71 yaşında vəfat edib. Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, bunu onun yaxınları bildirib. Keçmiş icra başçısı Rusiyanın Sankt-Peterburq şəhərində dünyasını dəyişib. Qeyd edək ki, Teymur Heydər oğlu Yəhyayev 1955-ci il yanvarı
26 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabr"Sabunçu Emin" və Elmar haqda da qərar veriləcək
Bakıda kafedə bir nəfərin ölümü ilə bitən kütləvi davanın təqsirkarları məhkəməyə çıxarılırlar. "Qafqazinfo"nun məlumatına görə, 24 yaşlı Rəhimov Emin Qoşqar oğlu və 33 yaşlı Cəfərov Elmar Şücaət oğlu barəsində olan təqdimata Binəqədi Rayon Məhkəməsində baxılacaq. Məhkəmə tərəfindən indilərd
26 oktyabrTelekommunikasiya xidmətlərinin keyfiyyətinə dair YENİ TƏLƏBLƏR
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər yenilənir. Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclsiin bugünkü iclasında müzakirəyə çıxarılan "Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsində əks olunub. Layihəy
27 oktyabrAğac kəsən kişinin arvadı faciəli şəkildə öldü
Goranboyda bədbəxt hadisə baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb
26 oktyabr