Azərbaycan xalqının haqlı Qələbəsi

Azərbaycan xalqının haqlı QələbəsiDövlət başçısı İlham Əliyev sentyabr ayının 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində videoformatda geniş çıxışında böyük əhəmiyyət kəsb edən bir sıra məsələlərə toxunmuşdur. BMT Baş Assambleyasının builki ümumi müzakirələri ölkəmiz üçün xüsusi önəm kəsb edir. Belə ki, Azərbaycanın Vətən müharibəsində şanlı Qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə Müzəffər Ali Baş Komandan kimi müraciət edərək, qalib Azərbaycan xalqını təmsil edir. Dövlət başçısınının BMT Baş Assambleyasının illik ümumi müzakirələri zamanı çıxışında bir daha 30 illik işğal dövründə Ermənistana dəstək missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili standartlara əsaslanan siyasətindən geniş bəhs edərək 44 gündə Azərbaycan Ordusunun tarixi Zəfərini şərtləndirən amillərə diqqəti yönəldib.
Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətə başladıqları 1992-ci ildən hazırkı postmünaqişə dövrünədək yalnız nəticəsiz səfərlərlə missiyalarını bitmiş hesab etdilər. Dövlətimizin başçısı İlham Əliyevin təbrincə desək, nə qədər belə mənasız, imitasiya naminə danışıqlar aparmaq olar? Xalqın səbri tükənməz deyil.
Ulu öndər Heydər Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həllini şərtləndirən amillərdən bəhs edərkən daim bildirirdi ki, dövlətin qətiyyəti, xalqın iradəsi, beynəlxalq dəstək əsasdır. Dövlətimizin qətiyyətli mövqeyi hər kəsə məlumdur. Xalqımız daim Ali Baş Komandanın hücum əmrini gözləyirdi. Dövlətimiz, xalqımız 30 il sülh danışıqlarını gözlədi. Amma hər dəfə Ermənistana beynəlxalq dəstək gördükdə sərt münasibətini bildirsə də, bunu dəstəyə müxtəlif adlar altında haqq qazandırdılar. "Vasitəçi neytral olmalıdır" çağırışı rəsmi Bakının bütün bəyanatlarının əsasında dayanırdı.
Azərbayan Ordusunun sentyabrın 27-dən etibarən əks-hücum əməliyyatlarını davam etdirərək göstərdiyi rəşadət bir çox məsələlərə aydınlıq gətirdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbulunda iştirak edən həmsədr dövlətlər qurumun keçirilən iclasında bu qətnamələrin öz əksini tapdığı bəyanatı qəbul etməməkdə israrlı olduqlarını nümayiş etdirdilər. Qoşulmama Hərəkatının üzvlərinin təkidi nəticəsində həmin bəyanat qəbul olundu. Belə ikili standartlar nümayiş etdirən dövlətlərin vasitəçiliyi əsasında münaqişənin sülh yolu ilə həllini gözləməyə dəyərdimi? Azərbaycan Ordusu son 44 gündə bu suala da cavab verdi.
Qeyd edək ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar problemin hərb yolunun olmadığını qeyd edirdilər. Azərbaycanı yalanları ilə sülh danışıqlarının nəticə verəcəyinə inandırmağa çalışan həmin dövlətlər, qurumlar da bu gün bu düşüncələrinin nə qədər yanlış olduğunun fərqindədirlər. Azərbaycan Ordusu münaqişənin hərb yolunun mövcudluğunu nümayiş etdirməklə yanaşı, işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduqlarını göstərdi.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən hücuma keçdikdə Azərbaycan Ordusu bunun qarşısını əks-hücum əməliyyatları ilə almağa çalışaraq böyük qəhrəmanlıqlar göstərəndə həm Ermənistan hakimiyyəti, həm də onlara dəstək verən dövlətlər məyus olduqlarını gizlədə bilmədilər.
Dövlət başçısı çıxışında münaqişənin son iki ili ərzində Ermənistanın qəsdən danışıqlar prosesini məhv etdiyini xüsusi olaraq müzakirəçilərin diqqətinə çatdırmışdır: "Ermənistan hökuməti "Qarabağ Ermənistandır və nöqtə" və "Bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq" kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız "yeddi şərt" irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu."
Azərbaycan Ordusu 44 gündə işğalçı dövlətə tarixdə heç zaman unutmayacağı dərsi verdi. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gələndə yeni ideyalarla çıxış edərək belə bir rəy yaratmışdı ki, münaqişənin həllində müsbət irəliləyişə nail olmaq mümkün olacaq. Amma günlər keçdikcə sərsəm bəyanatları ilə diqqətdə oldu. Gah danışıqların formatının dəyişdirilib qondarma "Dağlıq Qarabağ respublikası"nın prosesdə tərəf kimi iştirakının vacibliyini bildirirdi, gah da "Qarabağ Ermənistandır və nöqtə" deyib münaqişənin sülh danışıqları yolu ilə həllinin mümkünsüzlüyünə işarə etdi. Azərbaycan Ordusu Nikol Paşinyanın bu "işarəsinin" nə dərəcədə sərsəm, xülya olduğunu döyüş meydanında sübut etdi. Tarixi bilməyən, hər zaman dövlət başçısı İlham Əliyevdən tarix və hüquq dərsi alan Ermənistanın baş naziri 44 gündə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu etiraf etdi. Bir daha dərk etdi ki, yalanla həqiqət üzərində qələbə çalmaq mümkünsüzdür.
Müharibənin davam etdiyi 44 gündə 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, 4 qəsəbə döyüş meydanında işğaldan azad edildi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yollarla qaytarsın.
Azərbaycan həm döyüş, həm də diplomatik müstəvidə qalib oldu. BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edən dövlət başçısı İlham Əliyev qalib ölkənin Lideri olduğunu bir daha qətiyyətli mövqeyi ilə nümayiş etdirdi.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1196   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"

"Bu gün isə mahiyyət etibarilə problemlərin böyük hissəsini, - problemlər deyərkən qarşımızda duran qlobal problemləri nəzərdə tuturam, - arxada qoymuşuq". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

17 sentyabr
.

Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

"Biz birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə, beynəlxalq təhlükəsizlik, beynəlxalq ticarət, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları ilə əlaqədar məsələlərdə daha böyük rol oynasın". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələri

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

İlham Əliyev Bakı forumunun iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb. -a istinadən müraciətin tam mətnini təqdim edir:. "Sizi "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması" mövzusund

22 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr