Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü - Ermənistanın talançılıq siyasəti barədə məlumat verildi
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-Iv Lö Drian ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sonxeber.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparıb, münasibətlərin xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu qarşılıqlı olaraq ifadə ediblər.
Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan geniş miqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi və saxtalaşdırılması faktları barədə ətraflı məlumat verib.
Azad edilmiş ərazilərin onilliklər ərzində Ermənistan tərəfindən məqsədli şəkildə, insan həyatına başlıca təhdid olan mina və digər partlayıcılarla çirkləndirilməsinin doğurduğu humanitar fəsadlar qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı beynəlxalq humanitar hüquq öhdəliyini yerinə yetirməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı, həmçinin Ceyhun Bayramov Azərbaycanın münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verib. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətində olan bütün tərəflərlə əməkdaşlığa hazır olduğu vurğulanıb.
Nazirlər həmçinin beynəlxalq gündəlikdə olan cari məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1279 Tarix: 26 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sülhməramlıların sayı niyə gün-gündən artır? - Deputatdan AÇIQLAMA
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülməramlıları, üçtərəfli 10 noyabr bəyənatına zidd olaraq, bölgəyə 1960 hərbçi deyil, 8 minə yaxın sülhməramlı qüvvələrə xidmət edən hərbi-tibbi personalın dislokasiyasını təmin ediblər. Məsələ ilə bağlı saytına açıqlama verən deputat Bəhru
10 sentyabr 2021İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında
Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild
29 avqust 2021Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA
Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri
4 sentyabr 2021Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur
Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl
8 sentyabr 2021Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?
"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu
10 sentyabr 2021Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista
12 sentyabr 2021İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO
Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7
11 sentyabr 2021Türkiyənin Baş Ombudsmanı "Türk Şəhidliyi" abidəsini ziyarət etdi - FOTO
Bakının işğaldan azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının ombudsmanı Səbinə Əliyeva və türkiyəli həmkarı Şərəf Malkoç, həmçinin hər iki ölkənin nümayəndələri Şəhidlər Xiyabanı və Türk Şəhidliyi abidəsini ziyarət ediblər. xəbər verir ki, ombudsmanlar Əbədi Məşəl abidəsinin önün
15 sentyabr 2021