Universitetlər də açılır: Metroda hansı dəyişikliklər olacaq? - RƏSMİ
"Yeni tədris mövsümünün başlaması ilə əlaqədar olaraq artıq sentyabrın 20-dən pik saatlarda metroda qatarların intervalı azaldılıb".
Bu sözləri Lent.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, metronun "Həzi Aslanov" və "28 may" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib:
"28 may" stansiyası həm də yaşıl və qırmızı xəttlərin kəsişməsinin birləşdiyi sahədir. Bu səbəbdən artıq "İçərişəhər" və "Dərnəgül" istiqamətlərində avtomatik olaraq 2 dəqiqə artıq, yəni 4 dəqiqəyə bərabər interval olacaq.
Qeyd edim ki, hazırda tətbiq olunan interval texniki cəhətdən mümkün olan ən minimal intervaldır. Bununla belə koronavirus infeksiyası səbəbi ilə xüsusi karantin rejimi müddətinin uzadılması nəzərə alınaraq, sərnişinlərlə geniş kompleksdə iş aparılacaq. Bu isə o deməkdir ki, müvafiq təbliğat, təşviqat, maarifləndirmə işləri yanaşı metropolitendə sərnişin axını olan istiqamətlərin öyrənilməsi araşdırılacaq. Bununla bağlı gün ərzində metroda bir neçə dəfə monitorinq təşkil olunur. Monitorinqlər vasitəsilə pik saatlarda sərnişin axını müşahidə edilir və müvafiq addımlar atılır".
B.Məmmədov əlavə edib ki, bunlarla yanaşı gün ərzində ehtiyat qatarlar da nəzərdə tutulacaq:
"Zərurət yarandığı təqdirdə isə sözügedən qatarlar xəttə buraxılacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1612 Tarix: 28 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrAzərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabr2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabr