Valideynlərdən şikayət: "Bizi məktəblərə buraxmırlar" - AÇIQLAMA
Azərbaycanda övladlarının təhsili, onlara verilən kitabların təhvil alınması və digər məsələlərlə bağlı məktəblərə getmə zərurəti yaranan valideynlərdən COVID-19 pasportu tələb olunur.
Sonxeber.az xəbər verir ki, bu barədə "oxu.az"a həmin problemlə üzləşən bəzi valideynlər məlumat verib.
Onların sözlərinə görə, tələb olunan sənəd məsələlərinin həlli üçün məktəbə daxil olmaq istəsələr də, buna icazə verilmir.
Səbəb kimi isə Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pasportu ilə bağlı tələbinə əsasən qərar verildiyi bildirilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nın təsdiq edilməsi barədə" 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarında dəyişiklik edilməsi və "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" 2021-ci il 22 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında 21 sentyabr 2021-ci il tarixdə 275 nömrəli Qərar qəbul edilib:
"Sözügedən qərarda məktəbin əməkdaşlarının vaksinasiya məsələləri öz əksini tapıb.
Valideynlərin məktəblərə buraxılmaması halları isə əsasən, məktəbin içərisində sıxlığın yaranmaması məqsədini güdür.
Bununla belə, məktəbdə sənəd məsələlərinin həlli üçün məktəb rəhbərliyi ilə görüşmək istəyən valideynlərin müraciətinə fərdi qaydada baxılaraq, valideynlərə bunun üçün şərait yaradılır.
Eləcə də şagirdlərin dərsliklərini götürməyə məktəbə çağırılan valideynlər üçün müəyyən vaxt ayrılır və dərsliklər sinif müəlliminin özü tərəfindən məktəbin foyesində, yaxud məktəbin həyətində valideynlərə paylanılır".
Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev bir müddət əvvəl keçirdiyi brifinq zamanı valideynlərdən COVID-19 pasportu tələb edilmədiyini, amma hər bir vətəndaşın vaksinasiya prosesinə aktiv qoşulmalı olduğunu vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2068 Tarix: 28 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrAzərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabr2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabr