Bakıda avtobus sürücüsü qapını əlində aparır - YENİLƏNİB + VİDEO
Sosial şəbəkələrdə avtobusun qapısını əlində saxlayaraq sükanı idarə edən sürücünün videosu ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Oxu.Az-a verilən məlumata görə, sözügedən 106 nömrəli avtobus yol nəqliyyat hadisəsindən sonra bu vəziyyətə düşüb:
"Hadisə bu gün saat 10:40 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb. Sözügedən küçədə "BUS-Trans" şirkətinin müvəqqəti istismarında olan 106 nömrəli marşrut üzrə 99-RU-659 dövlət nömrə nişanlı avtobusun iştirakı ilə yol nəaliyyat hadisəsi qeydə alınıb. Daşıyıcının verdiyi məlumata görə, yük avtomobili işıqforda dönmə əməliyyatını həyata keçirərkən nəqliyyat vasitəsinin arxa hissəsi avtobusun sol ön hissəsinə dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmayıb".
14:50
Bakıda hərəkətdə olan sərnişin avtobusunun qapısı qırılıb.
Oxu.Az xəbər verir ki, nəqliyyat vasitəsinin görüntüləri paytaxt küçələrində hərəkətdə olan zaman lentə alınıb.
Sürücü avtobusun qırılmış qapısını sol əli ilə saxlayaraq nəqliyyat vasitəsinin hərəkətini davam etdirib.
106 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun qəzaya uğradığı və qaraja yollandığı ehtimal olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2961 Tarix: 28 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Peşə təhsili müəssisələrində yüzlərlə vakansiya niyə boş qalıb? - AÇIQLAMA
Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştatın boş qalması bu sahədə kadr təminatı, əməkhaqqı və tədrisin keyfiyyəti ilə bağlı məsələləri gündəmə gətirir. Vakansiyaların uzun müddət doldurulmaması həm tədris prosesinə, həm də əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssislərin hazırlanmasın
26 oktyabrDirektorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - Video
Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "Azərbaycan müəllimi" məlumat yayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, müəllimi
26 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrAzərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27 oktyabrUşaq kitablarında təhlükəli məzmun: Valideynlər NƏYƏ DİQQƏT ETMƏLİDİR?
Uşaq kitabları uşaqların dünyagörüşünün, nitq mədəniyyətinin və mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayır. Lakin bəzi uşaq nəşrlərində yer alan təhqiramiz, kobud və məzmun baxımından qəribə ifadələr bu mətnlərin uşaqlara təsiri ilə bağlı narahatlıq yaradır. Bu baxımdan, kitabların yaş qrupların
27 oktyabr2027-ci ildə "YouTube" dəyişir - Milyonlarla istifadəçiyə təsir edəcək
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir. "Yeni Sabah" xəbər verir ki, AV2 video format
27 oktyabr