Şagird nisyə siqaret verməyən satıcını bıçaqladı – MƏHKƏMƏ İŞİ
Mətndə çəkilən adların hamısı şərtidir...
Elvin yetkinlik yaşına çatmayıb, yeniyetməlik xarakterinin ona verdiyi qürur və özünütəsdiqetmə kimi hallar Elvində də müşahidə edilir.
O, Bakının Maştağa qəsəbəsindəki məktəblərin birində 9-cu sinifdə təhsil alır. Amma orta təhsilini tamamlamaq ona qismət olmayacaq. Niyə? Çünki adam bıçaqlayıb...
Oxu.Az məhkəmə istintaqının materialları əsasında həmin cinayət hadisəsinin təfərrüatını təqdim edir.
Elvində siqaretə aludəçilik də yaranıbmış, o, zaman-zaman məhəllədəki ərzaq mağazasından nisyə mal, əsasən də siqaret götürürmüş.
Hələ ki, nisyə alış-veriş mağaza sahibi Rəhmanla Elvin arasında mübahisə yaratmayıb, çünki Elvin nisyə götürdüyü malların pulunu vaxtında ödəyib.
Ancaq necə olursa...
Günlərin bir günü, daha dəqiq desək 2021-ci il mart ayının 28-də Elvin yenidən Rəhmana yaxınlaşır, ondan nisyə mal istəyir: 60 qəpiklik günəbaxan tumu, bir də siqaret.
Amma Rəhman birdən hirslənir, istintaqa ifadəsində bu hirslənməyinin səbəbini isə izah etməyib.
Yaranan emosional haldır, hamıda olur. Qəfil gələn qəzəb Rəhmanın ifadələrinə sirayət edir.
Rəhman övladı yaşında, bəlkə ondan da kiçik olan Elvinin üstünə qışqırır. "Pulun olanda başqa mağazaya gedirsən, borc lazım olanda mənim yanıma gəlirsən, rədd ol buradan!" deyir.
Bu söz Elvinə toxunur, o da hirslə deyir: "Sən kimsən mənə rədd ol deyirsən?".
Rəhman sakitləşmir, ifadələrində sərtlik və vulqarlıq çoxalır. Elvinin söz altında qalmadığını görəndə "rədd ol buradan küçük!" deyir, üstəlik onun valideynlərinin ünvanına təhqiramiz ifadələr işlədir.
Elvin bu sözləri həzm etmir, hissləri ağlını üstələyir, geri dönən Rəhmanın boynunun ardına bir yumruq ilişdirir. Rəhman hər iki əli ilə yeniyetmənin yaxasından tutur, onu "gör sənin başına nə oyun açacağam" deməklə hədələyir.
Elvin qorxur, Rəhmanın ona pis bir şey edəcəyi ehtimalını göz önünə gətirib əlini piştaxtadakı bıçağa atır. Dalbadal Rəhmana bir neçə bıçaq zərbəsi endirir və qaçır.
Hadisə ölümlə nəticələnmir, Rəhman xəstəxanaya çatdırılır, bu zaman Elvin bıçağı yolüstü qarşısına çıxan bataqlığa atır və yol kənarında olan su kranında əlini yuyur. Telefonu da söndürüb bir neçə gün yoxa çıxır, polislər isə onu axtarır. Əməlindən peşman olub aprelin 3-də evə gəldikdə isə atası polislərə məlumat verir və Elvin polisə aparılır.
İstintaq materiallarında göstərilir ki, tərəflər barışıb və Rəhmanın qarşı tərəflə bağlı heç bir şikayəti yoxdur.
Amma Bakı Ağır Cinayətlər Məhkəməsi Elvinin azadlıqdan məhrum edilməsi üçün hökm çıxarır.
Bu il sentyabrın 22-də məhkəmə Elvini Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilərək üç il müddətinə azadlıqdan məhrum edir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1412 Tarix: 29 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabr