İkili standartlar və beynəlxalq riyakarlığa son qoyulmalıdır

İkili standartlar və beynəlxalq riyakarlığa son qoyulmalıdırArtıq bir ildir ki, 30 ilin torpaq həsrətinə 44 gündə son qoyulmasını, ərazi bütövlüyümüzün bərpasını qürur hissi ilə qeyd edirik. Eyni zamanda, dünyanın ikili standartlara əsaslanan siyasəti fonunda Azərbaycan möhkəmlənən mövqeyi ilə regionda və dünyada yeni ab-hava formalaşdırır. Möhtərəm Prezidentimiz İlham Əliyevin istər Vətən müharibəsi, istərsə də postmünaqişə dövründə xalqa müraciətlərində, xarici və yerli mətbuata müsahibələrində, həmçinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərində səsləndirdiyi bəyanatlar, çağırışlar sırasında dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər əsas yer tutur.
Dövlət başçısı sentyabrın 27-də Türkiyənin nüfuzlu Anadolu Agentliyinə müsahibəsində bir daha ATƏT-in Minsk qrupunun vasitəçi kimi nə etməli olduğuna aydınlıq gətirərək bildirmişdir ki, əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Halbuki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvləri, dünya miqyasında ən güclü ölkələri kimi, siyasi çəkilərindən və imkanlarından istifadə edərək Ermənistana qarşı sərt addımlar ata bilərdilər. Amma görünən bu oldu ki, ATƏT-in Minsk qrupunun həmsədrləri ötən 27 ildə özlərinin vasitəçilik missiyalarında nə hərb, nə də sülh siyasətinə üstünlük verirdilər.
Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan Ermənistanın yeni ərazilərlə bağlı müharibə planı hazırladığını dəfələrlə bəyan etsə də dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları yenə də ənənələrinə uyğun olaraq gördüklərini görməzdən, eşitdiklərini isə eşitməzdən gələrək təcavüzkarın bu antibəşəri planlarını həyata keçirməsinə dəstək oldular. Son nəticədə 44 günlük İkinci Qarabağ müharibəsində azğınlaşmış Ermənistanı vaxtında dayandırmayan böyük dövlətlər, ATƏT-in Minsk qrupunun həmsədrləri davranışlarının acı fəsadlarını və məntiqi nəticəsini görməli oldular.
Münaqişənin həllindən sonra Minsk qrupundan əsas gözlənti regionda sülhün bərqərar olmasına, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstək göstərməsidir, lakin bu, müşahidə edilmir. Ölkə Prezidenti İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd edir ki, hazırkı dövrdə Minsk qrupunun fəaliyyətini görmürük. Qurumun fəaliyyəti ilə bağlı yeni məsələlər ortaya qoyulmalıdır. Təbii ki, öncə etimad mühitinin yaradılması əsasdır. Minsk qrupundan bu günə qədər postmünaqişə dövrü ilə bağlı təkliflər olmadığı halda onun fəaliyyətindən danışmaq yersizdir.
Bu günün əsas məsələsi Azərbaycan dövlətinin işğalçı Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanmasıdır. Qarşı tərəf hələ də tərəddüd edir, ATƏT-in Minsk qrupundan təklif gözləyir. Bu gözləntilər 30 illik işğal dövrünün reallıqlarının davamıdır. Bu baxımdan ki, ədaləti, beynəlxalq hüququ arxa plana keçirib məsələyə özlərinin korporativ maraqlarından yanaşan dünya gücləri artıq bir məqamı unutmasınlar ki, "Dağlıq Qarabağ" deyilən ərazi vahidi yoxdur, münaqişə həllini tapıb, bütün şərtləri diktə edən Azərbaycandır. Ermənistan və ona havadarlıq edən dövlətlər 10 noyabr 2020-ci il Bəyanatında yer alan bütün müddəaları yerinə yetirməlidirlər.
Müharibə günləri bir daha sübut olundu ki, Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır. Savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, "Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır". Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz.
Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının zirvəsində dayanan tarixi Şuşa Bəyannaməsi bütün məqamları özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyevin müsahibəsində vurğuladığı kimi, əgər bütün qonşular Türkiyə ilə Azərbaycan kimi münasibətlər qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı.
Azərbaycanın hazırda bərpa və quruculuq mərhələsini yaşayır. Anadolu Agentliyinə müsahibəsində jurnalistin dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri və bu səfərlərlə əlaqədar birinci xanım Mehriban Əliyevanın paylaşımları ilə bağlı sualından da bəhs edərək bildirib ki, ölkə Prezidentinin Zəfərimizlə bağlı sevincini bu səfərlər zamanı xalqımızla paylaşması, görüntülərin təqdim olunması hər birimizdə böyük qürur hissi yaradır. Dövlət başçısının da vurğuladığı kimi, bu paylaşımlar Qarabağımızın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamıza səfər zamanı başlandı, böyük maraq doğurdu, ən əsası uğurlu format kimi özünü təsdiqlədi.
Torpaqlarımız düşmən tapdağından azad edildiyi ilk gündən Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə səfərlərinin hər biri tarixi hadisədir. Təkcə Şuşaya 5 dəfə səfər edilib. Hər səfər bugünümüz və gələcəyimiz üçün önəmli, ən əsası dünyaya ünvanlanan mesajlarla, digər zəngin hadisələrlə yada qalıb. Cənab Prezidentin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri Böyük Qayıdışın daha bir addım yaxınlaşması deməkdir. Çünki hər səfər çərçivəsində yeni sosial obyektlərin təməli qoyulur, bərpadan sonra bəzilərinin açılışı olur.
Artıq bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpusların, qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, görkəmli mədəniyyət xadimlərinin nümayəndələri ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin sakinləri də də tez-tez bu torpaqlarımızda olur, sanki möcüzələr dünyasına düşdüklərini bildirirlər. 30 ilin işğalına 44 gündə son qoyulması böyük qəhrəmanlıq, misilsiz şücaətdir. Prezident İlham Əliyev bu Zəfərin müəllifi, qalib ölkənin qalib Sərkərdəsidir. Ölkə Prezidentinin vuğuladığı kimi, soydaşlarımız nə qədər əzab, əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan o anları duyğulanaraq diqqətə çatdırsa da bu gün o torpaqlarımızın sahibi kimi edilən səfərlərin, soydaşlarımızın tezliklə Böyük Qayıdışlarının sevincini bölüşməkdən qürur hissi keçirir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 774   Tarix: 29 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı

Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu

27 oktyabr
.

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə

27 oktyabr
.

Sosial şəbəkədə hərbçi adından istifadə iddiası: Təhqirlər və ordunun nüfuzuna kölgə salan davranışlar

Sosial şəbəkələrdə özünü hərbi qulluqçu kimi təqdim etdiyi iddia olunan "Məxvi_052" adlı profilin davranışları ciddi narahatlıq doğurur. Canlı yayımlar vasitəsilə insanları təhqir etmək, onların ailə üzvlərini, xüsusilə analarını hədəf alan nalayiq ifadələr işlətmək və ictimai etik normalar

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Məktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?

Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını

26 oktyabr
.

Sabah 21° isti olacaq

Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq

26 oktyabr
.

Göyçayda ilan sancan şəxs məmur imiş

Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz

27 oktyabr