Polisdən əməliyyat: Xəzər dənizinin dibindən oğurluq etmək istəyənlər saxlanıldı - VİDEO

Polisdən əməliyyat: Xəzər dənizinin dibindən oğurluq etmək istəyənlər saxlanıldı - VİDEODaxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyatlar zamanı xidməti ərazidə baş verən bir neçə hüquqazidd əməlin qarşısı alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, müvafiq dövlət orqanlarından idarəyə daxil olan müraciətdə Xəzər rayonu Zirə qəsəbəsində dənizin sahilində istismarı dayandırılmış qaz kəmərlərinin naməlum şəxslər tərəfindən kəsilməyə cəhd edildiyi bildirilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisəyə dərhal operativ reaksiya verərək, dəmir boruları ələ keçirmək istəyən paytaxt sakinləri Zahid Zeynalov və Mahmudalı Bayramovu saxlayıblar.

Araşdırma zamanı müəyyən edilib ki, onlar boruları satmaq məqsədi ilə kəsmək istəyiblər. Müvafiq mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən məlum olub ki, həmin kəmərlərin istismarı dayandırılsa da, borularda müəyyən miqdarda qaz olub. Əgər polislər tərəfindən hadisənin qarşısı vaxtında alınmasaydı, orada insan təlafatı ilə nəticələnən güclü partlayış ola bilərdi.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirir. Həyata keçirilən növbəti əməliyyat zamanı Xəzər dəninizin Türkan qəsəbəsi sahillərində paytaxt sakinləri Elman Nəsirov, Vüsal Əzizov və Mövla Dövlətova məxsus mühərriklə təchiz edilmiş qayıq saxlanılıb. Qayığa baxış zamanı dənizin dibi ilə çəkilən xüsusi əhəmiyyətli dövlət əmlakı hesab edilən 350 metr naqil aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin balıq tutmaq adı ilə müvafiq dövlət orqanlarından icazə və kvota aldıqları, amma dənizə çıxandan sonra həmin naqilləri oğurladıqları müəyyən edilib. Bu şəxslərə məxsus mühərriklə təchiz edilmiş qayığa baxış zamanı bir dənə də olsun balığın aşkar edilməməsi onların əsl məqsədlərinin məhz sualtı xətləri oğurlamaq olduğunu deməyə əsas verir. Sualtı naqilləri oğurlanmaqda şübhəli bilinən bu şəxslər əvvəllər də balıq tutmaq adı ilə dənizə çıxıb naqil oğurladıqları üçün su polisləri tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər və bu barədə digər dövlət orqanları məlumatlandırılıblar. Onlar bu dəfə dəb balıq tutma icazəsi ilə naqilləri oğurladıqları üçün polislər tərəfindən yenidən saxlanılıblar. Hazırda həmin şəxslər barəsində araşdırmalar davam etdirilir. Su polisləri tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı bundan sonra da qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı isə Neftçala rayonu Kür çayında yerləşən adalardan birində narkotik tərkibli çətənə kolları aşkar edilib. Adaya baxış zamanı ümumi çəkisi 7 kiloqram olan 41 ədəd yabanı halda bitən çətənə kolu aşkar edilərək götürülüb və məhv edilib.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının Ağstafa rayonunda keçirdikləri növbəti tədbir zamanı isə elektrik cərəyanını artıran cihazlardan istifadə etməklə qanunsuz balıq ovlamaqla məşğul olan rayon sakini İsmayıl Tatarov saxlanılıb. Ona məxsus qayığa baxış zamanı balıq ovlamaq üçün istifadə etdiyi elektrik avadanlıqları, qanunsuz ovladığı müxtəlif növ balıq və digər balıqovlama alətləri aşkar olunaraq götürülüb.

Bu şəxslə profilaktik söhbət aparılan zaman polislər tərəfindən ona izah edilib ki, elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq onun öz həyatı üçün ciddi təhlükə yaradır. Həmçinin, vətəndaşlarımız da bilməlidirlər ki, bu üsulla tutulan balığı istehlak etmək insan orqanizmi üçün olduqca ziyanlıdır.

Su Polisləri tərəfindən Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıqla ölkəyə müxtəlif təyinatlı məhsulların, həmçinin narkotik vasitələrin gətirilməsini həyata keçirməyə çalışan, eləcə də adı "Qırmızı Kitab"a düşən quşların ovlanması və digər ekoloji cinayətlər törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Neftçala, Lənkəran, Xaçmaz rayonlarında idarənin inzibati ərazisinə daxil olan ərazilərdə, həmçinin Qızılağac Dövlət Qoruğu, Abşeron, Ağgöl, Şirvan Milli Parklarında, Sarısu, "Şahdağ" Milli Qoruğu ərazisindəki su hövzələrində, qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan, adı "Qırmızı Kitab"a düşən quşları ovlayan şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1663   Tarix: 29 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Londonda azərbaycanlı qadın vəfat etdi - Foto

İngiltərədə azərbaycanlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib. Qeyd edək ki, N.Qasımzadə "Westminster"

12 may
.

Azərbaycanda partiyanın VƏZİFƏLİ ŞƏXSİ VƏFAT ETDİ - FOTO

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Lənkəran rayon təşkilatının sədr müavini Etibar Nəsirov vəfat edib. -ın məlumatına görə, o bu gün dünyasını dəyişib. Mərhumun hansı səbəbdən ölməsi məlum deyil

12 may
.

İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"

"İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşü zamanı çıxışında deyib. "Birincisi

10 may
.

Lökbatandakı yanğının nəticəsi açıqlandı: Anbarın 21 min kvadratmetri yanıb

Ötən gün Lökbatanda baş verən yanğında anbarın 21 min kvadratmetri yanıb. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 00 kvadratmetr olan müxtəlif təyinatl

13 may
.

Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında mayın 12-14-də günün ikinci yarısında hava şəraitinin arabir yağıntılı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal

11 may
.

Adil Kərimlinin alim dayısı vəfat etdi

Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib. "Qafqazinfo" xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib. O, bu gün Gəncə şəhərində "Köhnə Səbiskar" qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində A.Kərimli də iştirak edib. Qeyd edək ki

12 may
.

Suriya WUF13-ə nümayəndə heyəti göndərəcək

Azərbaycan və Suriya Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün Suriya nümayəndə heyətinin Bakıya səfərinə hazırlıq məsələlərini müzakirə ediblər. xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb. "Azərbaycanın Dəməşqdəki müvəqqəti işlə

11 may
.

Azərbaycanda tanınmış fotoqraf ÖLDÜ - FOTO

Qax rayon sakini Nəriman Zuliyev vəfat edib. -ın əldə etdiyi məlumata görə, N.Zuliyev rayonun ən tanınmış fotoqrafı hesab edilirdi. Onun hansı səbəbdən öldüyü məlum deyil

11 may
.

36 nömrəli məktəbdə imtahan gecikməsi - Valideynlər narazılıq edir

2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə birinci sinfə qəbul prosesinin mühüm mərhələlərinə bu gündən etibarən start verilib. Qaynarinfo-nun məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşkilatçılığı ilə rus bölməsi üzrə birinc

12 may