Kinoteatrlarda yeni qaydalar: Maska vacibdir, yanaşı oturmaq olmaz... – AÇIQLAMA
Oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə teatr və kinoteartların fəaliyyətinə icazə verilir.
Kinoteatrların izləyiclərini hansı qaydada qəbul edəcəyi haqqında suallarını Nizami Kino Mərkəzi, "CinemaPlus" və "Park Cinema"nın mətbuat katibləri cavablandırıb.
"CinemaPlus" kinoteatrlar şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Nərmin Həsənova bildirib ki, kinoteatrlarda qiymətlərin artıb-artmayacağı müzakirələrdən sonra məlum olacaq. Ara məsafəsi mütləq tətbiq ediləcək. Yalnız ailəvi gələn adamlar bir yerdə oturacaqlar:
"Vətəndaşlarımız biletləri həmişəki kimi onlayn və kassadan ala biləcəklər. Kinoteatrlarımızda maska taxmağa gəlincə isə foyedə və dəhlizdə mütləq maska taxılmalıdır. Zalda isə maska taxmaq lazım deyil.
Bildiyiniz kimi, bizim kinoteatrların əksəriyyəti iri ticarət mərkəzlərində yerləşir. Buna görə də kinoteatr əməkdaşları COVİD pasportlarını yoxlamayacaq. Çünki ticarət mərkəzlərinin əməkdaşları içəri yalnız COVİD pasportu olanları buraxırlar. Bəzi kinotetrlarımız var ki, ticarət mərkəzlərindən kənarda yerləşir. Belə halda, mütləq şəkildə COVİD pasportları yoxlanılacaq.
"ParkCinema" kinoteatrlar şəbəkəsinin mətbuat katibi Rüstəm Fətəliyev isə qeyd edib ki, vətəndaşlarımızı düşündürən suallardan biri də biletlərin qiymətinin necə olacağıdır:
"Biletlərin qiymətinin necə olacağı barədə müzakirələr gedir. Qiymət barədə cədvəli bu gün, ya sabah saytımızda yerləşdirəcəyik.
COVİD pasportlarının yoxlanmasına gəlincə isə restoran və kafelərdə necə yoxlanılırsa, kinoteatrlarımızda da həmin qaydada yoxlanılacaq. Qonaqlarımızdan bir xahişim odur ki, kinoteatrlarımıza gələrkən COVİD pasportla yanaşı, öz şəxsiyyət vəsiqələrini də götürsünlər. Maska taxmaq isə ümumi zaldan başqa, bütün yerlərdə məcburi olacaq".
Nizami Kino Mərkəzinin mətbuat katibi Arzu Əhədova bildirib ki, kinoteatra gələn şəxlərin COVİD pasportu əməkdaşların telefonlarında olan xüsusi proqramla yoxlanılacaq:
"Kassada bilet satışından əvvəl COVİD pasportu yoxlanılacaq. Kinoteatrımızda təlimata əsasən, yanaşı oturulmayacaq. Amma bəzi istisnalar var. Elə olur ki, kinoya baxmağa iki və daha artıq insan bir yerdə gəlir. İki nəfərdən artıq olmamaq şərtilə yanbayan bilet satıla bilər. Buna baxmayaraq, bizə rəsmi təlimat gəlməyib. Kinoteatr heyəti olaraq fikirləşirik ki, cüt olan tamaşaçıları bir yerdə oturtmaq olar. Çalışacağıq ki, ailəvi gələnlər isə tam yanaşı oturmasınlar. Bir ailədən beş-altı nəfər gəlibsə, onların iki-iki oturmasına şərait yaradılacaq. Təlimata əsasən, digər tamaşaçıları tək-tək, şahmat üsulu ilə əyləşdirəcəyik. Buna tam nəzarət edəcəyik.
Kassada, zalların qarşısında, girişdə maskalar, dezinfeksiya məhlulları yerləşdiriləcək. Hər seansdan sonra zalın havalandırılmasına xüsusi fikir veriləcək"./Trend
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 848 Tarix: 29 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabr