Taksidə siqaret çəkən sürücü və sərnişinlərlə bağlı monitorinq keçiriləcək
Bu gün Azərbaycanda sərnişinləri narazı salan məsələlərdən biri də ictimai nəqliyyatda, xüsusən də taksilərdə sürücülərin siqaret çəkməsidir. Ölkəmizdə 2017-ci ildə ictimai nəqliyyatda siqaret çəkilməsini qadağan edən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edilib. Lakin taksi sürücüləri, bir sıra hallarda isə sərnişinlər bu tələbə əməl etmir.
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, yol polisi əməkdaşları bu məsələ ilə bağlı tədbirlər görürlər. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə əsasən, sərnişindaşımalar üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün məmulatı çəkilməsinə görə qırx manatdan əlli manatadək məbləğdə cərimə tətbiq edilir.
N.Piriyev bildirib ki, adətən sərnişinlər özləri də sürücünün siqaret çəkməsinə etiraz edir və bu etiraz da taksidə siqaret çəkilməsi hallarını azaldır. Yəni bu qayda pozuntusu kütləvi xarakter daşımır, digər qayda pozuntuları ilə müqayisədə daha azdır.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə açıqlamasında təəssüflə bildirib ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun tez-tez pozulması hallarına rast gəlinir.
M.Quliyev qeyd edib ki, bununla bağlı məsələ komitənin iş planına daxil edilib: "Milli Məclisin payız sessiyasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunun icrası ilə bağlı bir monitorinq keçirəcəyik və onu da dinləməyə çıxaracağıq. Dinləmələrdə, həmçinin Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları iştirak edəcək. Monitorinq zamanı qanunun icrasının hansı səviyyədə olduğunu müəyyən edəcəyik və bunu müvafiq qurumların nümayəndələri ilə müzakirə edəcəyik".
Qeyd edək ki, taksidə siqaret çəkməyə görə cərimə sərnişinə də şamil edilir. Əgər sərnişin də taksidə siqaret çəkərsə, eyni məbləğdə cərimə tətbiq olunur./Trend
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1121 Tarix: 29 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabr