Rafael Cəbrayılovun ölümü ilə bağlı təfərrüatlar - Keçmiş deputat son nəfəsində nə deyib?
Keçmiş deputat Rafael Cəbrayılov bu gün səhər saatlarında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, koronavirus infeksiyasına yoluxan keçmiş deputat Binə qəsəbəsində yerləşən İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müalicə olunurmuş. Bir neçə gün əvvəl onun vəziyyəti ağırlaşıb və bu gün səhər saatlarında öldüyü məlum olub. Rafael Cəbrayılovun nəşi morqa aparılıb.
"Rafael Cəbrayılov işi"ndə zərərçəkən kimi tanınan şəxslərdən biri keçmiş deputatın ölümündən xəbər tutan kimi morqa gedib və orada Rafael Cəbrayılovun yaxınlarından heç kəsin olmadığını görüb.
Əldə etdiyimiz məlumata görə, keçmiş deputat son gününə qədər qardaşları Rauf Cəbrayılovla Elşən Cəbrayılovu ittiham edib. O, vəziyyəti ağırlaşan zaman zərərçəkənlərə xəbər göndərərək bildirib ki, baş verənlərdə onun suçu yoxdur. Onları aldadan qardaşları olub.
"Dedi ki, qardaşlarım məni müflis etdi, həbsxanaya düşməyimə səbəb oldu. Koronavirusdan öləcəyinə inanmırdı. Deyirdi ki, yaxınlarımın etdikləri məni öldürəcək. Sözlərindən məlum olurdu ki, həbsxanada da ona baş çəkməyiblərmiş", adının çəkilməsini istəməyən zərəçəkənlərdən biri bildirib.
Rafael Cəbrayılovun 8 nəfərə ümumi olaraq 1 milyon 550 min dollar borcu var idi. Onun borclu olduğu şəxslər aşağıdakılardır:
Təranə Fətəliyeva - 300 000 dollar
Məlahət Qurbanova - 580 000 dollar
Xatirə Nəcəfova - 200 000 dollar
Yusif Orucov - 200 000 dollar
Aynur Kazımova - 100 000 dollar
Şəfa Məmmədova - 80 000 dollar
Bəşir Məmmədov - 60 000 dollar
Allahverdi Səfərəliyev - 30 000 dollar
Bundan başqa Rafael Cəbrayılov deputat olarkən qardaşı Cəbrayılov Rauf Kamil oğlu tərəfindən Bakı şəhər sakininə satılan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın əldə edilməsində köməklik göstərilməsi ilə əlaqədar ona müraciət etmiş vətəndaşa bu barədə yalandan vəd edərək, həmin adla ondan 240 min manat məbləğində pul vəsaitini alıb.
Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan keçmiş deputatın işi məhkəmə mərhələsində idi.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1616 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Akif İslamzadənin son durumu açıqlandı
Tanınmış müğənni Akif İslamzadənin vəziyyəti stabildir. Bu barədə -a sənətçinin oğlu Ayxan İslamov məlumat verib. O bildirib ki, atasının səhhətində müsbət irəliləyiş müşahidə olunur:. "Vəziyyəti stabil olaraq qiymətləndirilir. Bu gün özü ayağa qalxıb, gəzib, rəngi də yaxşıdır, danışır. Hər gü
11 mayBu ərazilərdə 4 saat işıq olmayacaq
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Biləcəri ETSİ ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-lu
12 mayTanınmış estetik mərkəzin əməkdaşları hakim qarşısında
"UĞUR 77" estetik mərkəzdə yol verilən qanunsuzluqlarla bağlı başlanılan cinayət işi üzrə təqsirləndirilən Xəyalə İsmayılova, Murad Bağırov və Rəsmiyə Quliyeva barədə açılan cinayət işinin məhkəmə araşdırması başlayıb. -a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxr
12 mayTərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb
Tərtərdə 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb. report-a istinadən xəbər verir ki, mayın 10-u saat 13 radələrində 2024-cü il təvəllüdlü M.A. Tərtər şəhərində yaşadığı binanın 4-cü mərtəbəsinin eyvanından yıxılıb. Xəstəxanaya yerləşdirilmiş azyaşlı orada ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırmala
11 mayAdil Kərimlinin alim dayısı vəfat etdi
Mədəniyyət naziri Adil Kərimlinin ailəsinə itki üz verib. "Qafqazinfo" xəbər verir ki, nazirin dayısı 1946-cı il təvəllüdlü Zakir Abbasov vəfat edib. O, bu gün Gəncə şəhərində "Köhnə Səbiskar" qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində A.Kərimli də iştirak edib. Qeyd edək ki
12 mayLondonda azərbaycanlı qadın vəfat etdi - Foto
İngiltərədə azərbaycanlı qadın vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. Xeyli müddətdir bu ölkədə yaşayan Natəvan Qasımzadə dünyasını dəyişib. 34 yaşlı Natəvanın hamiləliklə əlaqədar qəfil vəfat etdiyi bildirilib. Qeyd edək ki, N.Qasımzadə "Westminster"
12 mayGəncədə 16 yaşlı oğlanın meyiti tapıldı
Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund
11 may