Maddi çətinliklə üz-üzə olan qazi evlə təmin olunacaq - YENİLƏNİB + AÇIQLAMA
"Maddi çətinliklə üzləşən qazi Ayxan İsayev evlə təmin olunacaq".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov bildirib.
Onun sözlərinə görə, qazimiz Ayxan İsayev sentyabrın 2-də Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən ev növbəsinə götürülərək məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilib:
"Prezidentin 25 yanvar 2021-ci il tarixli, şəhid ailələri və müharibə ailələrinin mənzil və ya fərdi evlərlə təminatını nəzərdə tutan sərəncamının əhatəsi çərçivəsində qazimizin evlə təminatı növbəlilik əsasında həyata keçiriləcək".
11:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İsayev Ayxan İlqar oğlunun hazırda ayağına protezin qoyulmamasının səbəbini açıqlayıb.
Qurumun yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qazi protezlə təmin olunacaq:
"Ağdaş rayon sakini 2001-ci il təvəllüdlü İsayev Ayxan İlqar oğluna bu il iyulun 7-də Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilən şəhadətnamədə qeyd olunan ayağın diz səviyyəsində və ya dizdən aşağı qazanılma olmaması, sağ baldır amputasiyası, bud arteriyasının travması diaqnozuna uyğun olaraq ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılıb. Hazırda qazinin ayağında həm mil, həm də İlizarov aparatı var. Bu da onun yüksək texnologiyalı protezlə təmin edilməsinə imkan vermir".
"Qazinin ayağının güdül hissəsi tam sağalaraq formalaşdıqdan sonra son nəsil protezlə təmin ediləcək. Bu barədə qazinin özü ilə də əlaqə saxlanılaraq ətraflı məlumat verilib", - deyə T.Qurbanov qeyd edib.
Qeyd edək ki, Ayxan İsayev müsahibələrinin birində hər dəfə xəstəxanaya müalicəyə gedən zaman ayağına protez qoyulacağına ümid edir.
Xatırladaq ki, A.İsayevin ailəsi maddi çətinliklə üz-üzədir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1296 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabr