Mübariz Mənsimov doğma qardaşını da aldadıbmış: Erməni və mafiya ilə əlaqəsi var - VİDEO
Adı FETÖ ilə yanaşı çəkilən Mübariz Mənsimovun öz dogma qardaşı Maarif Mənsimova qarşı dələduzluq etməsi barədə Türkiyə mətbuatında dərc olunmuş xəbərlər Azərbaycan ictimaiyyətində hələ də müzakirə olunur. Əsas səbəb M.Mənsimov indiyə qədər özünü həmişə "xeyirxah", "nümunəvi ictimai xadim" obrazda təqdim etməsidir.
Türkiyə mətbuatının yaydığı məlumatlardan isə ictimaiyyət aldanıldığını gördü. Çünki adam az qala hər salam verdiyi adama qarşı dələduzluq edibmiş!
Həmin təfərrüatlı xəbərlərdə bildirilir ki, FETÖ-yə (Fətullahçı terror təşkilatı) yardım etdiyi üçün beş il müddətinə cəzaya məhkum edilmiş Mübariz Mənsimov barəsində bu dəfə qardaşı Maarif Mənsimov şikayət edib. O, qardaşının dələduzluq etməsindən şikayətlənib.
Prokurorluğa təqdim olunmuş şikayət ərizəsində Maarif Mənsimov 2018-ci ilə qədər qardaşına məxsus "Palmali" Şirkətlər Qrupunda baş menecer olduğunu, yalnız gəmiçilik və nəqliyyat fəaliyyətini idarə etdiyini bildirib. Hətta Maarif Mənsimov ərizəsində qardaşının çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib.
Maarif Mənsimov ərizəsində qardaşının bir gəmini üç nəfərə satdığını, çirkli pulları yuyanlar və mafiya ilə yaxın əlaqələr qurduğunu, erməni əsilli mafiya başçısı Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi çirkli pulları yuyanlar ilə yaxın ticarət əlaqələri qurduğunu etiraf edib.
Mübariz Mənsimovun "Sberbank", "Lukoil" kimi yerli və xarici qurumlara ziyan vura biləcək saxtakarlıqlar etdiyi qeyd olunan ərizədə "Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım" - deyə o, prokurorluğa yazdığı ərizəsində bildirib.
Qardaşı Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov 17 il əvvəl qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də ala bilmədiyini də bildirib.
Şikayət ərizəsində Mübariz Mənsimovun bu villanı borcları qarşılığında banka girov qoyduğu və barəsində evdən çıxarılma ilə bağlı qərar verildiyi də vurğulanıb.
Beləliklə, Mübariz Mənsimov Türkiyədə iş gördüyü, tərəfdaş münasibətdə olduğu, şəriklik etdiyi, işə götürdüyü hər kəsə qarşı fırıldaqçılıq edib, aldadıb. Ən sonda isə qardaşına qarşı da etdiyi bu hərəkət Türkiyə mediasında geniş işıqlandırılıb. Bununla da M.Mənsimovun qaranlıq keçmişinə bir daha işıq salınıb. Lap Ramiz Rövşənin "Dünya qəfil işıqlansa" şeirində olduğu kimi. Sən demə adam xeyirxah yox, dələduz imiş!/Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3085 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı
Bakıda ucuz mənzillərin əsasən hansı ərazilərdə satıldığı açıqlanıb. "Xəzər" TV-yə istinadla xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri Vüqar Oruc deyir ki, hazırda paytaxtda nisbətən daha münasib qiymətə mənzillərə əsasən Qaradağ və Xəzər rayonlarında, eləcə də Sabunçunu
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrMəktəb dərsliklərində plagiat iddiaları: Müəllifləri hansı cəza gözləyir?
Məktəb dərsliklərində plagiat iddialarının ortaya çıxması tədris materiallarının hazırlanması, mənbələrdən istifadə qaydaları və nəşrəqədərki yoxlama mexanizmləri ilə bağlı suallar yaradır. Dərsliklərdəki mətnlərin orijinallığının, elmi dəqiqliyinin və istinadların düzgünlüyünün yoxlanılması təhsil materiallarını
26 oktyabrSabah 21° isti olacaq
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq
26 oktyabrGöyçayda ilan sancan şəxs məmur imiş
Göyçayda ilan sancan şəxsin kimliyi məlum olub. -a istinadən xəbər verir ki, ilan sancan şəxs 1986-cı il təvəllüdlü Hüseyn Hüseynovdur. O, Göyçay Rayon İcra Hakimiyyətinin Qarabaqqal kəndi üzrə icra nümayəndəsinin müavini vəzifəsində çalışır. Hüseyn Hüseynov ilan sancması səbəbindən Göyçay Rayon Mərkəz
27 oktyabr