Bakıda film kimi hadisə: Hamilə arvadı öldü, "məhkəməni" özü qurdu - İSTİNTAQ MATERİALLARI
2020-ci il oktyabrın 4-də Suraxanı rayonu, Hövsan qəsəbəsində hərəkətdə olan BMW markalı avtomobil eyni istiqamətdə hərəkət edən digər avtomobillə toqquşur.
İlk baxışda adi qəza kimi xarakterizə edə bilərdik, amma qəza faciə ilə nəticələnir. Bu faciə isə sürücülərdən birinə ikiqat mənəvi zərbə vurur...
BMW-dəki sürücü və qadın ər-arvaddır (Vüsal və Xatirə: şərtidir)...
Bu məsələ sonralar bıçaqlanma hadisəsinə qədər gəlib çıxır, Vüsal onun avtomobilini vuran şəxsi tapıb onun kürəyinə bıçaq saplayır.
Sonxeber.az "oxu.az"a istinadən istintaq materialları əsasında həmin cinayət hadisəsinin səbəblərini təqdim edir...
Vüsal bıçağa əl atan deyildi, o, səbirli, təmkinli idi. Vüsal bu yol qəzasını bəlkə də onun alnına yazılan tale, qismətlə əlaqələndirir.
Bəs onun emosiyalarını coşduran nə idi?
Vüsal və Xatirə 2020-ci ilin martında ailə həyatı qurublar, bu izdivacdan doğulacaq övladlarını həyəcanla gözləyirlər. Yol qəzası baş verəndə Xatirə yeddi aylıq hamilə olub, bu yol qəzası onun və bətnindəki körpənin həyatına son qoyur.
Hadisə ilə bağlı təhqiqat aparılır, Vüsal da taleyi ilə barışıb ədalət mühakiməsini gözləyir.
Vüsal səbir edir, dözür, amma istintaqın işindən və nəticənin çıxarılmasının gecikməsindən narahatlıq keçirir.
Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılan araşdırma yubanır və Namiq (digər sürücü - şərtidir) məsuliyyətə cəlb edilmir. Namiq bu azmış kimi Vüsalla da maraqlanmır.
Gedişatdan narazı qalan Vüsal qərara gəlir ki, Namiqə "məhkəməni" özü qursun.
Vüsal 2021-ci ilin fevralın 1-də Sadıqcan küçəsi ilə fikirli halda addımlayarkən gözü bir nəfərə sataşır və dayanır, sən demə onun gördüyü şəxs Namiqdir.
Namiq isə onu görmür, Vüsal oradan uzaqlaşır, evinə gedir və qərarını qətiləşdirir: "Namiqi özüm cəzalandıracağam".
Fevralın 7-də mətbəx bıçağını götürüb Namiqi gördüyü yerə gedir. Gecə saat 01:30-da çoxmərtəbəli yaşayış binasının giriş qapısının yanında dayanan Namiqə yaxınlaşır.
Namiq həmin ərazidə mühafizəçi işləyirmiş. O, Vüsalı tanımır, ondan nə lazım olduğunu soruşur. Vüsal isə xəstə olduğunu, ona kömək etməsini "xahiş edir".
Namiq ona yardım etmək istəyir, qabaqda gedir, arxasınca da Vüsal. Namiq qəfildən kürək nahiyəsində zərbə hiss edir, bədənindən qan axdığını görür. Vüsal ikinci bıçaq zərbəsini vurmaq istəsə də, Namiq özünü müdafiə edə bilir. Vüsal ərazidən uzaqlaşır.
İstintaq zamanı tərəflər arasında barışıq olmur.
Məhkəmə bu ilin avqustunda Vüsal haqqında hökm çıxarıb.
Hökmə əsasən, Vüsal Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinərək üç ay müddətinə azadlıqdan məhrum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1692 Tarix: 01 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye
27 oktyabrMarketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ
Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə
27 oktyabrAzərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib
Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız
26 oktyabrAzərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK
Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin
27 oktyabrAvtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər
Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin
27 oktyabrBakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabrBakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...
"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi
26 oktyabr