"Fotomüxbirliyin inkişafı medianın inkişafı deməkdir" - Mütəxəssisdən AÇIQLAMA

"Fotomüxbirliyin inkişafı medianın inkişafı deməkdir" - Mütəxəssisdən AÇIQLAMA"Fotoqrafiya "işıq", "yazmaq" və "çəkmək" sözlərindən yaranıb. Geniş anlamda isə "anın şəklini çəkmək" deməkdir".

Bu sözləri Sonxeber.az-a açıqlama verən bu sahədə ixtisaslaşan fotoqraf Famil Mahmudbəyli deyib.

O bildirib ki, fotomüxbirliyin inkişafı üçün müsabiqələrin təşkili vacibdir:

"Anı əbədiləşdirməyin özü əvəzolunmaz bir sənətdir. Bu icad sayəsində bizim çox xatirələrimiz canlı qalır. Ölkəmizdə də fotoqrafiyanın inkişafı üçün müxtəlif istiqamətdə tədbirlər və müsabiqələr təşkil edilir. Fotoqrafiya medianın da əsas hissəsidir, çünki jurnilistikanın əsası fakt və görüntüdür. Ona görə də fotomüxbirliyin inkişafı medianın inkişafı deməkdir.

Məhz bu səbəbdən Medianın İnkişafı Agentliyi tərəfindən belə müsabiqələr təşkil edilir. Bunun özü media aləminin inkişafında, daha da geniş arenaya çıxmasında mühüm rol oynayır. Bundan əlavə, fotomüsabiqələrin keçirilməsi fotoqrafların hər dəfə daha gözəl iş ortaya qoyması üçün rəqabətdir. Müharibədə qalib gələn və ərazilərini azad edən bir ölkə üçün isə torpaqlarının görüntüsündən gözəl heç nə ola bilməz. Onsuz da torpaqlarımız gözəldir, amma müsabiqələrin təşkil olunması, o ərazilərin çəkilməsi və bütün dünyaya nümayiş etdirilməsi ölkənin güzgüsüdür. Bu baxımdan, müsabiqələrin təşkili, fotomüxbirliyin inkişafı çox vacibdir.

Ölkəmizdə bu cür sərgi və müsabiqələrin kecirilməsi təqdirəlayiqdir. Günümüzdə, kiçikdən-böyüyə hər kəsin əlində müasir telefonlar olduğu bir zamanda, şəkil çəkməyən insan, yəqin ki, yoxdur. Digər xarici ölkələrdə mobil fotoqrafiya festivalları keçirildiyi kimi, Azərbaycanda da bu mövzuda festivalların keçirilməsini istərdim.

Bir çox insanlarda fotokamera yoxdur, amma əksər insanlarda mobil telfonlar var. Düzdür, telefonla çəkilən fotoların kefiyyəti bir o qədər yaxşı olmasa da, amma sənədli fotoqrafiyada əsas kefiyyət deyil, mahiyyətdir. Buna görə də ölkədə mobil fotoqrafiya müsabiqələrinin keçirilməsi ilə fotoqrafiyanın inkişafında daha çox müsbət nəticələr əldə etmək olar".

Aytəkin Cəlali


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1549   Tarix: 01 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Dövlətçilik əleyhinə xüsusilə ağır cinayətlər törətməkdə ittiham olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2026-cı il tarixli hökmünə əsasən, Mehdiye

27 oktyabr
.

Marketlərdə alıcıları belə aldadırlar? - EKSPERTDƏN XƏBƏRDARLIQ

Marketlərdə alıcıları cəlb etmək üçün müxtəlif endirim kampaniyalarından, xüsusi qiymət etiketlərindən və məhsulların diqqətçəkən təqdimat üsullarından istifadə olunur. Lakin bəzi hallarda bu üsullar istehlakçıların qiymət və məhsulun real xüsusiyyətləri barədə yanlış təsəvvür formalaşdırmasına səbə

27 oktyabr
.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Azərbaycan QHT-ləri İran Prezidentinə müraciət edib

Azərbaycan Qeyri-Hökumət Təşkilatları İran Prezidenti Məsud Pezeşkiana açıq məktubla müraciət ediblər. "Report"un məlumatına görə, məktubda deyilir:. "Hörmətli cənab Prezident!. Biz - Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilk öncə Sizə dərin ehtiramımız

26 oktyabr
.

Azərbaycanda bu şəxslər 1050 manat CƏRİMƏLƏNƏCƏK

Dövlət xidmətləri haqqında qanunvericiliyin pozulmasına görə cərimələr müəyyənləşir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni - 594-3-cü maddədə əksin

27 oktyabr
.

Avtomobil almaq istəyənlərə ŞAD XƏBƏR: Qiymətlər ucuzlaşa bilər

Azərbaycanda elektrik və hibrid avtomobillərə marağın artması fonunda benzin və dizellə işləyən avtomobillərin qiymətlərində gözlənilən ucuzlaşmanın bazara necə təsir edəcəyi müzakirə olunur. Belə bir dəyişiklik yalnız yeni avtomobillərin deyil, ikinci əl maşınların qiymətlərinə və alıcıların seçimlərin

27 oktyabr
.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...

"Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş binaların sökülməsi, ərazilərin yenidən qurulması və abadlaşdırılması nəzərdə tutulur. Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun olaraq, paytaxtın digər rayonlarında olduğu kimi, Nizami rayonunda da köhnə mənzi

26 oktyabr