İşdən çıxarılan direktorlar danışdı: Vəzifədən niyə gediblər?
Xəbər verdiyimiz kimi, dünən AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova və Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev tutduqları vəzifələrdən azad ediliblər.
Məsələ ilə bağlı Qaynarinfo-nun əməkdaşı vəzifəsindən azad edilən hər üç sabiq direktorla əlaqə saxlayıb və onların məsələ ilə bağlı fikirlərini öyrənib.
Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoylu:
"Mən AMEA prezidenti, akademik Ramiz Mehdiyevə vəzifəmdən azad olunmağım üçün ərizə ilə müraciət etdim. Dünən Rəyasət Heyətinin qərarları ilə Dilçilik İnstitutunun direktoru vəzifəmdən azad olundum. Vəzifə ömürlük deyil. Amma işə də gedib-gələcəm. Gələn həftə AMEA-da müşavir vəzifəsinə təyin oluna bilərəm".
Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova:
"Bir müddət əvvəl ayağım sınmışdı və ağrılarım çox idi. Mərtəbələri qalxıb-düşə bilmirdim. Səhhətim buna imkan vermirdi. 54 il AMEA-da çalışdım. Artıq işdən getməyimlə bağlı ərizə yazdım. Dünən Rəyasət Heyətinin qərarları ilə vəzifəmdən azad olundum".
Qeyd edək ki, Maisə Rəhimova Xalq artisti, sabiq deputat Zeynəb Xanlarovanın qudasıdır.
Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyev:
"Öz ərizəmlə vəzifəmdən azad olunmuşam. Səbəblərini açıqlamaq istəmirəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2695 Tarix: 02 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bir neçə yol bağlanır
Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA
27 oktyabrErmənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas
27 oktyabrÇıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI
Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu
26 oktyabrRazi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu
Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə
27 oktyabrAzərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu
27 oktyabr"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı
Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad
27 oktyabr"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc
Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu
27 oktyabr