Kim zəmanət verir ki, bu şərhləri yazanlar adam öldürməyəcək?

Kim zəmanət verir ki, bu şərhləri yazanlar adam öldürməyəcək?"Polisin arvadı şöbədə nə gəzir axı?!"

"Qeyrətli kişidir, düz edib"

"Yaxşı edib, bir qadın ailəsinə, ərinin işinə hörmətsizlik edirsə, o kişi düz edib"

"Kişi bezib, onun da mənliyi var"

"Ölməli insandır ki, öldürülüb, səhər çıx, axşam gəl. Evdə də şikayət eşit"

Yazını belə sözlərlə başlamaq heç də ürəkaçıcı hal deyil. Ancaq reallıq ondan ibarətdir ki, bu sözlər polisin ondan şikayətə gələn arvadını elə polis şöbəsində amansızlıqla qətlə yetirməsinə sosial şəbəkədə yazılan minlərlə şərhdən sadəcə bir neçəsidir.

Ölkənin gündəminə çevrilən bu məsələ ətrafında çoxsaylı müzakirələr aparıldı. Amma nəticə etibarilə əvvəlki qadın qətllərində olduğu kimi, bu dəfə də münasibət fərqli olmadı. Müxtəlif adlar altında gizlənən profil sahibləri həyat yoldaşını amansızlıqla qətlə yetirən polisə az qala, haqq qazandırdılar. Öldürülən qadınla bağlı məsələnin təfərrüratına varmadan birbaşa mərhumu ittihama keçdilər. Onların arasında çəkinmədən "Mən də belə edərdim", "Oğuldur, mənim başıma da gəlsə, bundan betərini edərdim" yazan potensial cinayətkarlar belə var.
Kim zəmanət verir ki, bu şərhləri yazanlar adam öldürməyəcək?Çox təəssüf ki, ölkəmizdə hər qətlə yetirilən qadın haqda "yəqin bunu haqq edirdi" imici hələ də bəzi təfəkkürlərdə dəyişmir. Baxmarayaq ki, bir neçə bənzər hadisədə qadınların illərlə zorakılığın qurbanına çevrilməsi, sonda isə öldürülməsi sübuta yetirilib. Elə Xanım Məmmədovanın qardaşı Aqil Əliyev də bacısının əri tərəfindən zorakılığa məruz qaldığını bildirib. Onun sözlərinə görə, mərhum bacısı ərinin belində gəzdirdiyi xidməti dubinka ilə döyülüb, buna görə də ata evinə sığınıb. Bir müddət sonra isə yenidən "hər şey düzələr" fikri ilə öz evinə qayıdıb. Ancaq hər şey daha da pisləşib. Və nəticə - polis bölməsində açılan yeddi güllə yarası... Bir sıra hallarda qadın polisə müraciət edən zaman "ailədaxili məsələdir" deyə problemə hüquq-mühafizə orqanları tərəfindən də səthi yanaşılır. Qardaşının bildirdiyinə görə, işi araşdıracaq təhqiqatçı Xanım Məmmədovaya polis bölməsində heç nə olmayacağı zəmanətini də veribmiş.

Bir tərəfdə övladlarının gözü qarşısında analarını öldürən polis, digər tərəfdə isə bu ağır faciəyə yazılan rəğbət şərhləri... Bəs sosial şəbəkədə heç bir məsuliyyət hiss etməyən, zorakılığa səsləyən istifadəçilərlə necə mübarizə aparaq?
Kim zəmanət verir ki, bu şərhləri yazanlar adam öldürməyəcək?İnternet məsələləri üzrə ekspert Osman Gündüz mövzu ilə bağlı "Qafqazinfo" ya bildirib ki, real həyatda olduğu kimi virtual aləmdə də arzuolunmaz, qanunazidd hallara rast gəlirik: "İndi sosial media açıq şəbəkədir. İnsanlar bəzən bundan sui-istifadə edirlər. Qeyri-qanuni müəyyən təbliğatlar həyata keçirirlər. Bütün dünyada olduğu kimi Azərbaycanda da belə hallar var. Qarşısını almaq üçün Azərbaycan qanunvericiliyində bir sıra addım atılıb. Cinayətlə və inzibati xətalarla bağlı məsələlər qanunvericilikdə öz əksini tapıb. Bütün bunlar da məsuliyyət yaradır. Düşünürəm ki, bununla bağlı hüquq-mühafizə orqanları daha çox monitorinq aparmalıdır. Real dünya kimi virtual dünya da bunun bir hissəsidir. Ayrı-ayrı ölkələrdə artıq polis və xüsusi xidmət orqanlarında bununla bağlı ayrıca şöbələr var. İnternet üzərindən aparılan cinayətləri biz kibercinayət adlandırırıq. Bu da cinayətin bir növüdür. Mən hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyətini qənaətbəxş hesab etmirəm. İstər peşəkarlıq, istərsə də operativlik baxımından. Düşünürəm ki, bu sahə ilə bağlı qurumlarımız ciddi iş aparmalıdırlar. Peşəkarlıq artırılmalıdır və qanunazidd əməllərin qarşısı alınmalıdır. Hər hansı profil adı altında yazanlar tapılmaya bilər. Bu, bütün dünyada olan problemdir. Ancaq hər bir şəxs hər hansı virtual şəbəkədən istifadə etdikdə qeydiyyatdan keçən zaman quqlun məhsullarından istifadə edir.

Ötən gün quql bununla bağlı illik hesabatını açıqlayıb. Hesabatda göstərilir ki, bütün dünya ölkələrinin hüquq-mühafizə orqanlarından anonim vətəndaşlarla bağlı məlumatlarla əlaqədar neçə müraciət quqla daxil olub. Gürcüstandan 9 müraciət var. Təkcə bir ildə Rusiyadan 500, Türkiyədən 600 müraciət daxil olub. Məsələn, Türkiyə hökuməti quqla müraciət edib ki, yutubda qanunazidd əməllər var. Bu əməllər X adlı şəxsə məxsusdur, onun məlumatlarını mənə göndər.
Kim zəmanət verir ki, bu şərhləri yazanlar adam öldürməyəcək?Ancaq Azərbaycandan quqla heç bir dənə də olsun müraciət göndərilməyib. Mən buna çox təəccübləndim. Bu, o deməkdir ki, ya bizimkilər hər şeyi bilir, ya da maraqlı deyillər. Yalnız 2018-ci ildə quqla bir dənə müraciət edilib".

Ekspert qeyd edir ki, qlobal sosial şirkətlər olan quql, feysbuk, yutub hökumətlərdən gələn rəsmi müraciətləri nəzərdən keçirirlər: "Mən demirəm ki, qlobal şirkətlərdə hər şey yağ kimidir. Onlarda da ikili standartlar var. Amma 60-70 faiz müraciətlərə cavab göndərilib. Bu barədə 1 milyon quqla müraciət daxil olub. Təkcə Amerikadan 50 min müraciət edilib. Əgər quqla verilmiş sorğunun altında bir məhkəmənin, yaxud cinayət müstəntiqinin qərarı olsa həmin məlumatlar təqdim edilir. Bu, sadəcə bir nümunədir. Hüquq- mühafizə orqanları özləri də axtarıb tapmalıdır. Hökumətin əlində olan xeyli mexanizmlərdən biri də budur. İkinci məsələ isə, maarifləndirmə ilə bağlıdır. Bu, təkcə hüquq-mühafizə orqanının deyil, cəmiyyətin problemidir. Biz gəncləri, uşaqları qorumalıyıq. Təhsil müəssisələri, ictimai qurumlar və media maarifçilik işi aparmalıdır. Məsələn, adamın 15 yaşı var. O bilmir ki, onun yazdığı hansı məsuliyyəti yaradır. Bilməlidir ki, çağırışı hansı cinayət məsuliyyətini yaradır. Deyəcək ki, bilmədən yazmışam. Bu halda həmin şəxs inzibati məsuliyyət daşıya bilər".

"Qafqazinfo" sosial şəbəkə profillərində cinayəti təşviq edən çağırışçılarla bağlı monotorinqlərin aparılıb-aparılmadığı barədə hüquq-mühafizə orqanlarına da müraciət edib. Bu məsələnin hazırda araşdırıldığı, gələn həftə ərzində məlumat veriləcəyi qeyd edilib.

Qeyd edək ki, oktyabrın 1-i səhər saat 9 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə gəldiyi barədə məlumat alıb. O, dərhal şöbəyə gəlib və üzərində olan xidməti silahdan atəş açaraq X.Məmmədovanı orada qətlə yetirib. İstintaqın təqdimatı əsasında məhkəmə İ.Məmmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri qərarı seçib.
Kim zəmanət verir ki, bu şərhləri yazanlar adam öldürməyəcək?


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5123   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr
.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr