Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTO

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOBu gün əfsanəvi döyüşçü, Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Əliyar Əliyevin anım günüdür.

Onun haqqında maraqlı faktları təqdim edirik:

Əliyar Yusif oğlu Əliyev 1957-ci il dekabrın 14-də Qubadlı rayonunun Qəzyan kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə diplomu ilə bitirərək, bir müddət Qubadlı rayonunun Dondarlı kənd orta məktəbində idman müəllimi işləyib.

Əliyar tələbə olanda bacısıgilin qonşuluğunda yaşayan Pəri adlı qıza vurulur. Pəri isə qəribədir ki, Əliyarı tanımazdan əvvəl onu yuxuda görür. İlk dəfə Əliyarla qarşılaşan gənc qız üşənir. Ürəyində deyir, deyəsən bu oğlan mənim qismətdimdir.

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOGünlərin bir günündə isə elə düşündüyü kimi də olur. İşdən çıxan Pəri Əliyarı öz iş yerinin qarşısında dayanan görür.
Qonşu kimi salamlaşıb yanından ötmək istəyəndə Əliyar onun yanınca getməyə başlayır. Bir neçə gündən sonra o, Pəriyə elçi yollayır.

1979-cu il sentyabrın 15-də onlar ailə qurur. Gənc ailə Qubadlıda yaşamağa başlayır. Onların Emin, Yusif adlı iki oğlu və Pərvanə adlı bir qızı dünyaya gəlir.

Əliyar idmanla yanaşı musiqini də çox sevir. Qarmonda ifa etməyi bacarır. Tez-tez ailəsini başına yığıb qarmonda mahnılar ifa edir, uşaqlarına deyir ki, oynayın, görüm necə oynayırsınız. Özü də onlara mütləq Məşədi İbadın mahnısını oynadır.

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOQarabağ müharibəsi başlayanda Əliyar Əliyev könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sırasına qoşulur. Müharibədə özünü təkcə döyüşçü kimi yox, həm də hərbi işin təşkilatçısı kimi göstərməyə başlayır.

Əvvəlcə taborun kəşfiyyat bölməsinin komandiri, sonra tabor komandirinin təchizat üzrə müavini təyin edilir. Onun təşkil etdiyi tabor camaat arasında "Pəhləvanlar taboru" kimi da tanınır. Çünki könüllülərin əksəriyyəti onun rəhbərlik etdiyi Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin üzvlərindən ibarət idi. Lakin o, təvazökarlıq göstərib, komandir olmur. 1992-ci ildə Əliyar Əliyev taborun kəşfiyyat bölməsinin komandiri təyin edilir.

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTO1991-ci ilin may ayında Qubadlının Yuxarı Cibikli kəndi, 1992-ci ilin oktyabr ayının 12-də isə bu rayonun Topağac-Başarat yüksəkliyi uğrunda gedən döyüşlərdə də onun rəhbərlik etdiyi alay düşməni ağır itkilərə məruz qoyur.

Xalq öz qəhrəmanlarını heç zaman unutmur, onlar haqqında əfsanələr quraşdırır, onları öz qəlblərində yaşadaraq bu yaşantıları həm də gələcək nəsillərə ötürür. Əliyar isə özü haqqında əfsanələr yaratmır. Onun müharibə zamanı etdikləri həqiqət idi. Təkbaşına erməni postlarını ələ keçirən, ayaq üstə əlində silahla onların üzərinə gedən, 300 dən çox erməni öldürüb Ermənistana üç günlük matəm elan etdirən qəhrəmanlıqlar göstərir.

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOBirinci Qarabağ müharibəsində Qubadlı camaatının qəlbində bir ad olur. O da Əliyar Əliyev adı... Hamı düşünürdü ki, Əliyar sağdırsa, deməli, Qubadlı da işğal oluna bilməz. Hamı istəyir ki, övladı Əliyarın özünün yaratdığı "Pəhləvanlar" adlı batalyonunda xidmət etsin. Atalar, analar düşünürlər ki, Əliyarın batalyonunda döyüşən övladına heç nə ola bilməz. Bu inamı Əliyar öz zəhməti, öz xidməti sayəsində qazanmışdı. Xalq onu sevirdi, ona inanırdı. Əliyar isə çalışırdı ki, batalyona ancaq tanıdığı adamları, tələbələrini, şagirdlərini, qohumlarını götürsün. O, özününkülərə ərk edirdi. Çox vaxtı onun qabağını kəsib, bizim uşaqları niyə batalyonuna qəbul etmirsən sözlərini də deyirdilər. Heç bir cavab verə bilmirdi. Amma sonralar deyirmiş ki, tanımadığım insanların balaları şəhid olsa, mən onların valideynlərinin üzünə necə baxaram?!

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOPəri xanım Əliyarın döyüşə başladığı, "Pəhləvanlar" batalyonunu yaratdığı ilkin dövrlər barədə müsahibələrinin birində deyir:

"Əliyar idman müəllimi idi. Hər gün işə gedib gəlir, dinc həyat yaşayırdıq. Müharibə başlananda Əliyar dedi ki, idmanı saxlamaq lazımdır, idman vaxtı deyil. İndi vətəni qorumaq lazımdı. Başına yığılanların da hamısı mərd, qorxmaz uşaqlar idilər. Onun bir videosu var, orada deyir ki, Laçına kimlər gedəcəksə, bir addım irəli çıxsın. Sonra onların içərisindən də özü ilə aparacağı adamları seçir. Onlardan elələri olur ki, evin tək oğlu olur, onları özü ilə ağır döyüşə aparmır, deyir, sən evin tək oğlusan, ata-ananın yeganə ümidisən. Ona görə camaat onu çox istəyirdi. Uşaqları, tələbələri də ona bağlı idilər. Öz ata və analarından çox Əliyara rəğbət bəsləyirdilər. O, öz batalyonunda qəhrəmana, qardaşa, şəxsiyyətə çevrilmişdi. Əliyarın səsi, adı gələn yerə onlar gözü yumulu gedirdilər. Elə bilirdilər ki, onlara heç nə olmayacaq, çünki orda Əliyar var. Mənə həmişə deyirdi ki, məni yüz erməninin içində də görsən, qorxma, bil ki, mən sağ-salamat gələcəm. O, ölümü nə özünə, nə də bizə yaxın buraxmazdı. Ancaq bir dəfə, şəhid olmazdan bir az əvvəl mənə dedi ki, Pəri bu işlər, ölüm-itim əvvəl olsaydı, dözməzdin, amma indən belə həyatda nəsə olsa, dözəcəksən. Elə deyəndə ağladım, məni yaş boğdu.

Pəri xnım daha sonra Əliyarın son gedişini yada salır: Son gedişini də çox pis xatırlayıram. O, getməzdən əvvəl yuxu görmüşdüm. Yuxudan ayıldım ki, gedim suya danışım, gördüm həyətdə hər yer aydınlıqdı, elə bir səhər vaxtıdı. Sən demə, yaxınlıqdakı hərbi hissəyə silah sursat gətirirlər, ona görə ətrafı işıqlandırıblar. Otağa qayıtdım. Onda Əliyar da elə bil hiss elədi, dedi, nə olub Pəri? Ona heç nə demədim, yuxunu da danışmadım. Fikirləşdim ki, psixoloji təsir edər, fikirli olar. Səhəri gün Əliyar yola düşdü. Torbada ona qoz-fındıq yığmışdım, dedim, gedəndə apararsan. Elə oldu ki, o gedəndə həmin boxça əlimdə qaldı. Əliyarın anası dedi ki, payını aparmadı, ona qismət olmayacaq. Elə bil hamı nə isə şübhəyə düşmüşdü. Hamı düşünürdü ki, görəsən o, evə gələcək, yoxsa, yox. Həmin gün saat beşdə onu vurdular.

Ataları şəhid olanda onun uşaqlarından bu xəbəri gizləmək istəyirlər. Onları bir otağa salıb, başlarını qatmağa çalışırlar. Ertəsi gün əmiləri onlara deyir ki, atanız uzaq bir səfərə çıxıb. Bir gün qayıdacaq.

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOQəhrəmanın qızı Pərvanə xatırlayır: Ölüm nədir dərk edənə kimi gözümüz atamı axtardı. Həyətimizə hərbçi maşını gələndə, qaçıb pəncərədən baxmışıq ki, bəlkə papa gəlib. Və yaxud da qohumlarımıza Qubadlıdan kimsə qonaq gələndə deyirdim onların yanında hündür bir kişi də gördünüzmü? Mən hələ də tam dərk etməmişəm onun ölümünü. Əmimin dediyi o uzaq səfər sözü mənim yaddaşımda ilişib qalıb. Elə bilirəm ki, o qayıdacaq. Mənə sual versələr ki, qapı açılsa, atan içəri girsə, nə edərsiniz, mənim cavabım belə olardı ki, belə bir şeyin ola biləcəyinə inanıram. Bəlkə nə isə möcüzə baş verə bilər... Bu bizim iç dünyamızdır. Onun gəlişini görsəm, sağ qaldığına inana bilərəm. Baxmayaraq ki, şəhid olduğunu, dəfn olunduğunu da dəqiq bilirəm

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTOƏliyar Əliyevin son döyüşü 1992-ci il oktyabrın 3-də Laçının iki kilometrliyində olub. "Tikanlı zəmi" yüksəkliyi uğrunda döyüşdə tabor komandiri Əliyar Əliyev və onun sürücüsü Əlisadət Ağayev qəhrəmancasına həlak olurlar. O, Qubadlı rayonunun Qəzyan kəndində dəfn olunur. Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 1992-ci il tarixli 301 nömrəli Fərmanı ilə Əliyar Yusif oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Milli qəhrəmanlar Şirin Mirzəyev və Allahverdi Bağırov kimi onun ölümü haqqında da müxtəlif versiyalar dolaşmaqdadır. Əliyarın xəyant nəticəsində öldürüldüyünü deyənlər də var.

Qubadlı rayonu işğaldan azad olunandan sonra Əliyarın hərbçi oğlu Emin atasının məzarını kəndlərində tapır və yenidən bərpa etdirir

Ermənistana üç günlük matəm elan etdirən qəhrəman: O, necə şəhid oldu? - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6710   Tarix: 03 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr
.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr