Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMA

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMAPlastik və ya dəmir qablardakı içkilərin daşınması prosesində iştirak edən personal, həmçinin bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş şüaları altında saxlanılmasından heç bir zərər gəlməz.

Yayın bürküsündə susuzluğumuzu yatırmaq üçün sərin içkilərə ehtiyac duyuruq. Zövqdən, seçimdən asılı olaraq marketlərdən qazlı və ya qazsız sular, müxtəlif şirələr alıb içirik. Həmin an bu qida məhsullarının istehlakçıya çatdırılana qədər harada və necə, hansı şəraitdə saxlanılması çoxumuzu maraqlandırmır.

Daha ətraflı "Kaspi" qəzetinin araşdırmasını təqdim edirik.

Mədə-bağırsaqda fəsadlar, maya göbələkləri

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMAFərqinə varmırıq ki, bəzi marketlər yer darısqallığından bu məhsulları tələb olunan şəraitdə deyil, küçədə, avtomobil yolunun kənarında, toz-torpağın içində, günəşin yandırıcı şüaları altına saxlayır, sonradan soyuduculara, içəridəki piştaxtalara yığırlar. Bu isə yolverilməzdir. Çünki spirtsiz içkilər 0-20 dərəcə temperaturda saxlanılmalıdır. Meyvə şirələri və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə temperaturda saxlanıla bilər. Günəş şüaları altında və 20 dərəcədən yuxarı saxlanılan spirtsiz içkilərin istifadəsi olduqca təhlükəlidir. Ekspertlərin qənaətinə görə, təbii meyvə-giləmeyvə ekstraktı ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallar, rəngləyici, digər bioloji fəal maddələr mövcuddur. Bəzi hallarda bu məhsullar saxlanma müddətindən artıq saxlanıldığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənməyə səbəb ola, mədə-bağırsaq sistemində fəsadlar və maya göbələkləri yarada bilər.

Keyfiyyət və təhlükəsizlik standartları

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMAAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Keyfiyyətə nəzarət departamentinin aparıcı mütəxəssisi Emin Əfəndibəyli mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında bildirib ki, günəş işığı qida məhsulunun keyfiyyət və təhlükəsizlik göstəricilərinə mənfi təsir edir. Onun sözlərinə görə, günəş şüalarının yaratdığı istilik və işıq vitaminlər, minerallar və bəzi turşular kimi, maddələrin kimyəvi deformasiyası zamanı "katalizator" rolunu oynayır: "Hətta bəzi hallarda günəş şüası irradiasiyaya da səbəb ola bilər. Lakin bu, nəzərə alınmayacaq qədər çox kiçik ehtimaldır. Qablaşdırılmış içkilər ən yüksək keyfiyyət və təhlükəsizlik göstəricilərinə məhz "qablaşdırıldığı zaman" malik olur. Daha sonrakı daşıma, paylama kimi proseslərdə bu məhsullar ətraf mühitin təsirinə məruz qala bilər. Günəş şüaları da bu təsirlərdən biridir. Günəş şüaları təsirinə məruz qalmış içkilərdə ən çox "rəng solğunlaşması", "dad dəyişməsi" müşahidə oluna bilər. Bir başqa məsələ də etiketlərdir. Əgər rəng solğunlaşması etiketdə də müşahidə olunursa, bu da məhsulun günəş işığına məruz qaldığına işarə ola bilər. Əgər hər hansı məhsulun dadında "ənənəvi" dadından fərqlilik və ya rəngində fərqlilik müşahidə olunarsa, istehlakçılara tövsiyə olunur ki, bu məhsulların istehlakından imtina etsinlər".

"İSO 22000" qida təhlükəsizliyi

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMAİstehsal meneceri Sayat Quliyeva bizimlə söhbətində vurğulayıb ki, Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da qida məhsullarının istehsalı və istehlakı üzrə beynəlxalq standartlar tətbiq edilir. Onun fikrincə, bunlardan ən vacibi "İSO 22000" qida təhlükəsizliyi standartıdır: "Qida məhsullarının istehsalından, yəni istehsal xəttindən istehlakçının süfrəsinə qədər olan prosesin tənzimlənməsi bu standartda öz əksini tapır. Məhsulların daşınması və saxlanması da bu prosesin bir hissəsidir. Təəssüf ki, bəzi kiçik və orta qida satışı məntəqələri, eləcə də ictimai iaşə obyektləri bu prosesin tamlığına xələl gətirirlər. Xüsusilə də, plastik və ya dəmir qablardakı içkilərin daşınma prosesində iştirak edən personal, həmçinin bəzi istehlakçılarımız düşünürlər ki, məhsulun saatlarla günəş şüaları altında saxlanılmasından heç bir zərər gəlməz. Lakin bu, belə deyil, hər bir məhsulun istehsalı, saxlanması, daşınması və istehlakı zamanı standartlar, tələb olunan qaydalar var. Onlara ciddi əməl olunmalıdır".

Susuzluğu yatırmaq əvəzinə zəhərlənmək? – ARAŞDIRMAMenecer bildirib ki, qablaşdırmasından asılı olmayaraq, günəşin zərərli şüalarının təsiri və yüksək temperatur şəraitində içkilərin fiziki-kimyəvi, eləcə də orqanaleptik göstəriciləri dəyişir, xarici görünüşündə deformasiyalar yaranır: "Nəticədə istehlakçının zəhərlənməsi kimi fəsadlar ortaya çıxır. Adətən rəngli içkiləri şüalardan, qazlı və qazsız suya nisbətən daha çox qoruyurlar. Lakin unutmamalıyıq ki, qazlı, yaxud qazsız olmasından asılı olmayaraq, suların qablaşması materialları şüanın və temperaturun təsirinə məruz qalır. Həmin materiallarda dəyişiklik baş verir. Bu dəyişiklik zamanı əmələ gələn və ayrılan maddələr isə məhsulun tərkibinə qarışır. Nəticədə insan zərərli maddələrlə çirklənmiş içkini qəbul edir. Bu zaman istehlakçının zəhərlənməsi, hətta gec müdaxilə edilərsə, ölməsi də baş verə bilər".
Qanunsuzluğa yol verənə tətbiq edilən cəza

S.Quliyeva söyləyib ki, qeyd olunan uyğunsuzluqlar "Yeyinti məhsulları haqqında" Qanunla tənzimlənir: "Qanunla vətəndaşa – istehlakçıya zərər verən subyekt müvafiq zərəri ödəməyə borcludur. Bu kimi hallarda vurulan zərərin miqyasına uyğun maliyyə cəzası tətbiq edilir. Yaxud qanunsuzluğa yol verən obyektin standartlara uyğun şəraitlə təmin olunana qədər bağlanması mümkündür. Daha ağır hallar, yəni ölüm hadisəsi baş verərsə, qanunsuzluğa yol vermiş obyekt sahibi həbs oluna bilər. Bu sahədə qanun pozuntusunun araşdırılması və müvafiq tədbirlərin görülməsi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digər səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir. Yaxşı olar ki, istehsalçı, logistik xidmətlər üzrə firmalar, qida satışı məntəqələri, iaşə obyektləri bu uyğunsuzluqların olmaması, insan sağlamlığının qorunması üçün üzərlərinə düşən işləri vaxtında və tam icra etsinlər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3066   Tarix: 03 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"General Hospital" və "Yaşam Medical"a qarşı saxta arayış və hepatit analizi İTTİHAMLARI - ŞİKAYƏT

Bakıda fəaliyyət göstərən "General Hospital" daha bir vətəndaşa saxta sağlamlıq arayışı verib. "Yaşam Medical" klinikası isə vətəndaşa düzgün olmayan analiz cavabı göndərib. "Unikal"a istinadla xəbər verir ki, şikayətçi Ruslan Hüseynov paytaxtda yerləşən restoranlardan birind

12 may
.

Gəncədə 16 yaşlı oğlanın meyiti tapıldı

Gəncədə 16 yaşlı yeniyetmənin meyiti tapılıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Bağbanlar küçəsində qeydə alınıb. 16 yaşlı Davud Qulizadənin meyiti yaşadığı evin həyətində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir. Faktla bağlı Gəncə şəhər prokurorluğund

11 may
.

Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub - FOTO

Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub. xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib. Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqay

10 may
.

Azərbaycanda hantavirus yayılıb? (RƏSMİ)

Bir sıra Avropa ölkələrində hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?. Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarə

12 may
.

Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə həyatını itirən azərbaycanlı əsilli hərbçilərin sayı artmaqda davam edir. xəbər verir ki, müxtəlif vaxtlarda Rusiya ordusunun tərkibində döyüşlərdə iştirak edən daha 8 Azərbaycan əsilli hərbçi və Azərbaycan vətəndaşının öldüyü məlum olub. Həlak olan digə

11 may
.

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı (VİDEO)

Su ərazidə o qədər qalıb ki, küçə çömçəquyruqların məskəninə çevrilib. Sakinlər də çətinliklə hərəkət edirlər. Qaynarinfo Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağları, Rauf Hacıyev küçəsi döngə 7 ünvanındandır. Sakinlər bildirilər ki

12 may
.

WUF13-də təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) mənzil təminatı sahəsində innovativ yanaşmaları təşviq etmək məqsədilə Biznes və İnnovasiya Mərkəzini təqdim edir. xəbər verir ki, bu mərkəz öz xüsusi proqramı vasitəsilə şəhərsalma prosesinin bütün mərhələlərini (dəyə

11 may
.

Bakıda 26 yaşlı motosikletçi FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - ANBAAN GÖRÜNTÜSÜ

Mayın 10-u saat 06 radələrində paytaxtın Xətai rayonu ərazisində motosikletçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, 8 Noyabr prospektində hərəkətdə olan 99-M-279 nömrəli motosiklet yolda

11 may
.

Məşhur tarixi abidənin sökülməsi böyük narazılıq yaratdı

İstanbulun Sancaktepe rayonunda üzərində Səlcuq simvolu, Osmanlı tuğrası və ay-ulduz yerləşən abidənin sökülməsi zamanı ortaya çıxan görüntülər böyük narazılıq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, abidənin sökülməsi zamanı çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olu

12 may