Ermənilərin Gəncədə törətdiyi ilk terrordan bir il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan bir il ötürİkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından bir il ötür.

Sonxeber.az xatırladır ki, 2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşüb.

Düşmən tərəfindən Gəncənin bombalanması nəticəsində 1 mülki şəxs - Əliyev Tunar Qoşqar oğlu şəhid olub, 32 mülki şəxs isə yaralanıb. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

Ermənistanın bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənarda edilən ilk ciddi hücum idi.

Hadisədən sonra Azərbaycanın Baş prokuroru Kamran Əliyev bəyanat yayıb. Bəyanatda bildirib ki, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma "Dağlıq Qarabağ Respublikasının prezidenti" Arayik Arutunyan tərəfindən Cenevrə konvensiyasının tələbləri birbaşa pozularaq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb: "Buna görə də tərəfimdən Arayik Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (qəsdən adam öldürmə), 186.3 (əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (terrorçuluq), 218.3 (cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
Ermənilərin Gəncədə törətdiyi ilk terrordan bir il ötürErmənilərin Gəncədə törətdiyi ilk terrordan bir il ötürErmənilərin Gəncədə törətdiyi ilk terrordan bir il ötürErmənilərin Gəncədə törətdiyi ilk terrordan bir il ötür


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 967   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda bir neçə yol bağlanır

Bakının Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şosesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA

27 oktyabr
.

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür. xatırladır ki, 2020-ci il oktyabrın 27-də cəbhə zonasından kənarda yerləşən Bərdənin Qarayusifli kəndinin "Smerç" raketləri ilə atəşə tutulmas

27 oktyabr
.

Çıxarışı olmayan evlərə sənəd almaq mümkündürmü? - EKSPERT DANIŞDI

Azərbaycanda çıxarışı olmayan evlər və torpaq sahələri mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından bir çox vətəndaş üçün aktual problem olaraq qalır. Sənədləşdirilməmiş əmlakın alqı-satqısı, vərəsəlik yolu ilə ötürülməsi və digər hüquqi əməliyyatlar zamanı çətinliklər yarana, mülkiyyət hüququnu

26 oktyabr
.

Sentyabrda pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı

Bu ilin sentyabr ayında əlilliyə görə 239 971 nəfər pensiya alıb. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, ötən ay 224 173 nəfər aylıq müavinət, 92 146 nəfər isə Prezident təqaüdü alıb

27 oktyabr
.

Razi Əliyevanı döyməkdə təqsirləndirilən iş adamına hökm oxundu

Model Raziyyat Əliyevayaya (Razi) qarşı zorakılıqda ittiham olunan iş adamı Ziya Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilə

27 oktyabr
.

Müəllimlərin iş dəftəri və test aldırması nə dərəcədə vacibdir? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Şagirdlərin dərs prosesində istifadə etdiyi iş dəftərləri və əlavə test topluları valideynlər üçün əlavə xərc yaradır. Bir sıra hallarda müəllimlər şagirdlərdən bu vəsaitləri almalarını istəyirlər. Bu isə həmin materialların tədris prosesində nə dərəcədə zəruri olduğu və dərsliklərin şagirdlərin bili

27 oktyabr
.

Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "WhatsApp" və "WhatsApp Business" istifadəçilərinin hesablarının kiberdələduzlar tərəfindən ələ keçirilməsi hallarının artması ilə bağlı xəbərdarlıq edib. Agentlik mövcu

27 oktyabr
.

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tərk edib. Qaynarinfo xəbər verir ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, E. İsaqzad

27 oktyabr
.

"HZR Group"un rəhbərinə "stop" qoyuldu - Yarım milyon manatlıq borc

Türkiyəli iş adamı, "HZR Group" Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Kalaycı Ceyhanın ölkədən çıxışına məhdudiyyət qoyulub. Qaynarinfo xəbər verir ki, məhkəmə şirkətin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə belə qərar qəbu

27 oktyabr